İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 19-07-2022, 17:45
Kütləvi zəhərlənmələr  – Onların sayı niyə artır?

Son günlər ölkədə zəhərlənmə halları xeyli artıb. Yay aylarında daha çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir. Səbəbi isə bir sıra faktorlardan asılıdır.

Elə bu gün yenə kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıldı. TƏBİB də Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.
Məlumata görə, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38-i uşaq olub.

Butov.az Lent.az-a istinadən xəbər verir ki, qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər zəhərlənmənin əsas əlamətləridir.
Bəs, bu təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?
Havanın temperaturu çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də qida zəhərlənmələrinə daha çox rast gəlinir. Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasından baş verir. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları, məsələn, dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur.

Ehtiyatı əldən verən və zəhərlənən insanlara tibbi yardımlar fərqli tətbiq olunmalıdır. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədovanın sözlərinə görə, belə hallarda uşaqlara və böyüklərə ayrıca yanaşma tələb olunur:

“Uşaqlarda zəhərlənmə baş verəndə çəkisinə fikir verilməlidir. Belə ki, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir. Ev şəraitində uşaqların mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye qəbul etməlidir. Zəhərlənmə əlamətləri keçməsə, uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir”.

Həkim Məmmədova bildirib ki, yetkin insanların zəhərlənmə zamanı 10 ədəd aktivləşdirilmiş kömür içməyi məsləhətdir. Təbii ki, bol su qəbulu da vacibdir. Böyük şəxslərin belə halda mədəsini yumaq və imalə etmək olar. Amma onu da qeyd etmək lazımdır ki, məsləhətlisi vaxtında həkimə müraciət etməkdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!