Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
Tarix : 2-05-2016, 16:38
"Bütövlükdə problemli kreditlərlə bağlı məsələ hələ öz həllini tapmayıb. Ən azı yaxın 2-3 il ərzində də bu problem öz həllini tapmayacaq. Olduğu kimi qalacaq".

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bankların problemli kreditlərinin faiz dərəcəsini az göstəməsinin səbəbləri haqqında danışarkən deyib.

Əkrəm Həsənov bildirib ki, banklar öz problemləri kreditlərinin faizini az göstərirlər: "Rəsmi statiska da bankın verdiyi məlumat əsasında hesablanır. Banklar Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumatı verirlər və bu qurum da həmin məlumatlara əsaslanır. Banklar da problemli kreditlərin həcmini az göstərirlər. Çünki problemli kreditlərin həcmi çox olanda banklar qanunvericiliyi pozmuş olurlar. Kapitallarına dair tələbləri pozurlar. Buna görə də müxtəlif yollara əl atırlar. Məsələn, ödəniş geciksə də, bunlar onu gecikmiş borc kimi göstərmirlər və ya gecikmə müddətini az göstərirlər. Prinsipcə burda qeyri-adi heç nə yoxdur".

Ekspertdən bədbin proqnoz: "Güzəşt gözləməyin"


Ekspertin sözlərinə görə, "Moody`s"in yaydığı statistika real göstəricilərə əsaslanır: "Onun statistikasına etibar etmək olar. Bank nəzarəti səlahiyəti Mərkəzi Bankdan alınaraq Maliyə Bazarlarına Nəzarət palatasına verilib. Təəssüf ki, banklar Mərkəzi Bankın dövründəki kimi öz maliyyə göstəricilərini düzgün vermirlər. Ümid edək ki, bəlkə bundan sonra həqiqəti göstərdilər. Tövsiyə edirəm ki, hamı problemli kreditlərlə bağlı "Moody`s"in göstəricisini əsas tutsun".

Əkrəm Həsənov vurğulayıb ki, bütövlükdə problemli kreditlərlə bağlı məsələ hələ öz həllini tapmayıb: "Ən azı yaxın 2-3 il ərzində də bu problem öz həllini tapmayacaq. Olduğu kimi qalacaq. Problemli kredit deyəndə yalnız əhalinin kreditləri düşünülür. Amma bu növ kreditlərin əksəriyyəti biznes kreditləridir. Əgər "Moody`s" 20 faiz göstərirsə, bu yaxın gələcəkdə daha da artacaq. Problemli kreditlərə dair elə bir qərar qəbul olunmayacaq. İnsanlar hər hansı bir güzəşt gözləməsin. Bu ehtimal getdikcə azalır. Bankların ödənilməyən kreditləri az göstərməsinin səbəbi başqadır. Banklardan hamı vəsaitlərini çıxardır, xaricdən vəsait cəlb edə bilmirlər. Hansı bankın problemli krediti çoxdu, təbii ki, o bankın özünə də heç yerdən kredit vermirlər. Bütün bunlar bankın vəziyətinin pis olduğunu göstərir".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!