İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 2-11-2016, 10:37
“ASAN xidmət” mərkəzlərinin əməkdaşları sağlam həyat tərzi ilə bağlı məlumatlandırılıblar


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil edilib.

Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən tədbirdə İSİM-in həkim-metodisti çıxış edərək sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə məlumat verib. Fiziki aktivliyin gənclərin həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışan məruzəçi bunun üçün əhalinin maarifləndirilməsinin çox vacib olduğunu bildirib.

Tədbirdə Bakıdakı 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinin, eləcə də telekörpü vasitəsilə Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ "ASAN xidmət" mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq gənclərə sağlam həyat tərzi aşılamaq, tütünün və digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!