Siyəzəndə qəza: Ailənin 4 üzvü yaralandı .....                        Ata ehtiyatsızlıqdan iki yaşlı qızını öldürdü .....                        Qukasyan da həmin görüşdə iştirak edibmiş... - DETALLAR .....                        Azərbaycanda blogerlərlə bağlı qanun qüvvəyə mindi .....                        Tramp Netanyahu ilə İranı müzakirə etdi .....                        "Xankəndi" tarixində ilk dəfə kubok qazandı .....                        Nuranəni öldürən əri barədə qərar verildi .....                        Təyyarə yaşayış binasına çırpıldı - ölənlər var .....                        Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi .....                       
Tarix : 17-04-2017, 12:10
Tovuz rayonunun 4 mindən çox sakini səyyar “ASAN xidmət”dən yararlanıb

Səyyar “ASAN xidmət” martın 28-dən Tovuz şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb. Bu xidmətdən indiyədək rayonun 4 mindən çox sakini yararlanıb.

Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Butov.az xəbər verir ki, Səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-a bildirib ki, martın 28-dən aprelin 17-dək 4037 sakinə xidmət göstərilib.

Qeyd edək ki, Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 13 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər də xidmətlərdən yararlanırlar.
Tovuz rayonunun 4 mindən çox sakini səyyar “ASAN xidmət”dən yararlanıb
Tovuz rayonunun 4 mindən çox sakini səyyar “ASAN xidmət”dən yararlanıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!