Magistralda avtoxuliqanlıq edən sürücü tutuldu .....                        Oğlunu əsgərliyə yola salan ana qəfil öldü .....                        Yenidən AŞPA-nın prezidenti seçildi .....                        Körpə doğuş vaxtı öldü .....                        Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                        Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi .....                        Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdı .....                        Səfərbərlik hərbçilərinin maaşları da artacaq - 10 FAİZ .....                        FHN əməkdaşlarının maaşı qaldırılır .....                       
Tarix : 3-05-2017, 18:07
70-dək dövlət xəstəxanası pullu olacaq

Azərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququ verilə bilər.
Butov.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

E.Əzizovun sözlərinə görə, hələ 1997-ci ildə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pullu tibbi xidmətlərin göstərilməsi məsələsi öz əksini tapıb: “Lakin bundan sui-istifadə halları olduğuna görə bu məsələləri həll etmək üçün müəyyən bir müddət lazım idi. Hələ 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə uyğun olaraq, dövlət müəssisələrində pullu xidmət tam dayandırıldı. Digər tərəfdən, həmin vaxt dövlətin də imkanı var idi ki, əhaliyə tam pulsuz xidmət göstərə bilsin. Dövlət müəssisələri bu gün də əhaliyə pulsuz xidmətlər göstərirlər. Amma bununla belə inkar edilmir ki, dövlət müəssisələrində xidmətə görə ödənişin tələb edilməsi halları olur”.

E.Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. E.Əzizov hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar: “Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir".

E.Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: “Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!