Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Tarix : 8-05-2017, 19:00
Bakıda bu qatarlarda gediş pulsuz olacaq

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.

Butov.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün Tədbirlər Planı hazırlanıb.

Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər KİSS markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda Bakı sərnişin stansiyasında və KİSS markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycan Respublikası ilə bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.

Yarışların keçiriləcəyi müddətdə Bakı sərnişin stansiyasında və “Koroğlu” stansiyasında sıxlığın yaranmasının qarşısının alınması və işin lazımi qaydada həyata keçirilməsi məqsədi ilə sərnişinlərin qarşılanması, onların yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!