Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
Tarix : 9-05-2017, 13:52
Ramil Usubov polis veteranlarını təltif etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə 1941-1945-ci illər müharibəsinin iştirakçıları - istefada olan polis polkovnikləri İsmayıl Qasımovun və Yunis Məmmədovun, istefada olan polis polkovnik-leytenantı Mehdi Mehdiyevin, istefada olan polis mayoru Əli Hacıyevin “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmaları barədə müvafiq əmr imzalanıb.

Mayın 9-da DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev 92 yaşlı İsmayıl Qasımovun evində olub, nazirliyin rəhbərliyinin səmimi salamlarını və xoş arzularını ona çatdırıb, təltif olunduğu yubiley medalını veterana təqdim edib.

Görüşdə faşizm üzərində tarixi qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub, məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra 9 mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, Prezident İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb.
Ramil Usubov polis veteranlarını təltif etdi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!