MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                        Xırdalan sakinləri üçün şad xəbər .....                        Bakı metrosunda 51 yeni stansiya .....                        Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü .....                       
Tarix : 19-05-2017, 10:38
Bakıda avtobuslarla bağlı yeni tələblər

Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb. Yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Butov.az xəbər verir ki, BNA-dan AzVision.az-a verilən məlumata görə, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində BNA-nın verdiyi eyniləşdirmə kodunun və “141 Çağrı Mərkəzi”nin nömrəsinin olmasıdır. Məqsəd, sərnişindaşıma sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq və dövlət nəzarətini daha da təkmilləşdirməkdir. Artıq agentliyin tələbi və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.

“BNA-nın “ALO 141” Çağrı Mərkəzi vətəndaşlara daha rahat və operativ formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab almaq imkanı verir. Əsas hədəfimiz ictimai nəqliyyat xidməti sektorunda vətəndaş məmnunluğunun təmin edilməsi, bu istiqamətdə yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltməkdir. Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də ləğv edilir. Bununla da ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək. Yaxın vaxtlarda “Çağrı Mərkəzi”nin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər”, - deyə məlumatda qeyd olunur.

Avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir. 5 rəqəmdən ibarət eyniləşdirmə nömrəsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. BNA-nın tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək. Eyniləşdirmə nömrələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq.

Qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq məntəqələrinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici lövhələr də vurulub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!