Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 26-12-2016, 19:25
Beş marşrut xətti sərnişindaşınmadan kənarlaşdırılır

Bakıda ictimai nəqliyyat sektorunda istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib.

Butov.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol nəqliyyat hadisəsi baş verib:

"Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib.

Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli qərarının tələblərinə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası) uyğun qeydiyyatın aparılmadığı müəyyənləşdirilib.

Avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyatı jurnalı yoxdur, eyni zamanda, yol nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb.

Həmçinin, baxş zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı yoxdur".

BNA bəyan edib ki, baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb: "Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildiririk ki, hazırda istehsalat bazalarının qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq. Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək.

Müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!