Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi .....                        Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ .....                        Baş nazirdən aviasiya ilə bağlı yeni qərar .....                        Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        İtaliyada 5 günlük matəm .....                        Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ .....                        Gəncədə döyülən yeniyetmənin son durumu .....                        Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA .....                        “Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” .....                       
Tarix : 5-06-2017, 18:12
Metro gecə 2-yə kimi işləyəcək

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 şəhərciyi"nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları məlum olub.
Butov.az xəbər verir ki, Bakı Şəhərə Həlqəsindən "Ölkə.Az"a verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 5, 53 və 65 saylı marşrutlar üzrə hərəkət edən avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Trekə gəlmək üçün 65 saylı marşrut xətti ilə hərəkət edən avtobusların xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində, Mərkəzi Univermağın (MUM) yaxınlığında yerləşən dayanacaqda düşərək, bilet aldığı tribunayadək piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 saylı marşrut xətti ilə hərəkət edən avtobuslar qeyd edilən marşrutla keçəcək: Ə.Cavad küçəsi - Azərbaycan prospekti - Füzuli meydanı - Z.Əhmədbəyov küçəsi - Tbilisi prospekti - “20 Yanvar” küçəsi - H.Məhərrəmov küçəsi - Mir Cəlal küçəsi. Avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 saylı marşrut xətti ilə hərəkət edən avtobuslarla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində avtobusların keçəcəyi dayanacaqlar bunlardır: “Nəriman Nərimanov” metrostansiyası - "28 May" metrostansiyası (Salatın Əsgərova küçəsi) - “28 May” metrostansiyası (Cəfər Cabbarlı küçəsi) - “28 May” küçəsi (Səməd Vurğun bağı) - Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına mahnı teatrının yanı). Avtobuslar 3 dəqiqəlik intervalla hərəkət edəcək.

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) - Bakı Su İdmanı Sarayı - Milli Bayraq Meydanı - Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobuslar 6 dəqiqəli intervalla hərəkət edəcək.

Yarışın keçiriləcəyi məkana metro vasitəsilə gəlmək istəyən bilet sahibləri “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, iyunun 22-si saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!