Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
31-07-2022, 07:50
Evi olmayanların nəzərinə: qaydalar dəyişdi


Evi olmayanların nəzərinə: qaydalar dəyişdi

Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara dəyişikliklər edilib.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.
Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin "bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması" tələb olunmur.
29-07-2022, 08:43
İşıqlı Atalı yazır: Doğayla Ruhdaşlıq: Doğanın Mənasına yetmək


İşıqlı Atalı


Doğayla Ruhdaşlıq: Doğanın Mənasına yetmək

Ürəyinizdə Günəş olsun!
Səhər saat 10 olar. Kəndimizdə - Kalvada, üzü Suraxanı kəndinə baxanda – Dal zəmi deyilən yerdəyəm. Bu duyğulu səhərdə Doğanın ruhuyla qovuşma – (təmas) mənim üçün bənzərsiz bir hal yaradır. Düşünürəm ki, nədən insanlar çox vaxt Doğayla, yəni Göylə (Səmayla), Günəşlə, Meşəylə, Ağacla, Çayla, Bulaqla, Yolla, Səhərlə, Gecəylə danışa bilmir? Ona görə ki, adamlar içlərindən uzaqdırlar.
Kəndlərdə evlər tikirlər, çoxu ildə iki ay gəlib qalsa, yenə yaxşıdır. Ancaq baxıram, adamları maddiyyatçılıq qayğıları alıb aparır. Təbii, mənim də maddiyyat qayğılarım var, ancaq ruhumuzu unuda bilmərik.
Adamlarda daha çox bioloji-instinktiv əhval üstündür. Ruhsal duyğular sanki qəhətə çəkilib. Doğa (Təbiət) onlara nə veribsə, onunla da yetərlənirlər. Əslində Doğa ilk baxışda bizə az şey verir. İmkanlarımız başqa məsələ. Yəni özümüzü yaratdığımız dərəcədə Doğayla insani ilişgimizi yarada bilərik. Gərək insan özünün öyrətməni olsun, Doğanın verdiyiylə yetərlənməsin, bacardığı qədər insanlıq imkanlarını aşkarlasın, var olsun. Hər kəs Doğanın verdiyi insanlıq imkanını aşkarlamır. Özünü öyrənmək – çətin işdir. Bunu bizə cəmiyyət məktəblərində öyrətmirlər. İnsan hər şeyi öyrənir, özündən başqa. Adi sayılanı başa çıxarır, özü ayağa düşür.
Doğadan öyrənmək – İnsana çox şey verər. Doğa – İnsanın öyrətmənidir dedik. Həm də İnsan Doğanın öyrətməni ola bilər haradasa. Özünü öyrənib Doğanı sevməklə, yaşatmaqla... Doğanın sükutuyla, coşğunluğuyla, şəfqətiylə, həyanlığıyla dediyini dərindən anlayıb, ipə-sapa düzüb, daha gözəl, ümidli biçimdə özümüzə yetirə bilərik. Doğa tükəndikcə biz də tükənirik.
***
İndi elə bir yerdəyəm ki, aydınlatmağa söz yetmir. Doğada halım gözəlləşir, daha da dirilir, tamlaşır. Doğanı ardıcıl anladıqca susquncasına, heyrətlə baxıram. Ruhun çılğınlıq çaları da var. Doğa onunla iç-içə olanı coşdurur, ruhlandırır, özünə yetirir.
Doğanın Mənasına yetən – Özünə yetir.
İnsanda üzə çıxan gözəlliklər hələ azdır.
Tükənməzlik – Doğanın və İnsanın əbədi birlik imkanıdır.
İnsan, yetər özündən ayrıldığın...
***
Doğa hikmətlərini asanca vermir.
Doğa ancaq onunla iç-içə olanındır.
İç-içəlik ardıcıl olsun gərək.
Ruhsal ənənəmiz ardıcıl yaransın, yenilənsin...
Doğanın ən gözəl yerində ev quran, ancaq içiylə - özüylə bir olmayan – Doğasızdır. Adamlar Doğaya daha çox yaxşıca yeyib-işmək, bu yolla ömür artırmaq imkanı kimi baxırlar.
Təkcə bu istək biz var etməz axı?

***
Doğayla Ruhdaşlıq – dərin ruhsal anlaq tələb edən bir işdir.
Gərək İnsan içəridən köklənsin. Zahiri köklənmə adamı qovuşmaya yetirməz.
Hər an ruhən Doğayla bir olmaq...
Doğaya eşq mahiyyətcə İnsanlığa eşqin tərkib hissəsidir, dünyanın mənasını anlamaq yolunda atılan ciddi addımlardan biridir. Bu yolla İnsan özünü ciddi biçimdə kökləyir: həm Doğaya baxışını müəyyən edir, həm də İnsanlıq üstə köklənir, özünə, başqasına davranışında bu, özünü göstərir.
***
Güclü İnsan Həyatı (Yaşamı) dəyişdirir.
Zaman-zaman quruluşların dəyişməsi buna örnəkdir. Ancaq Bəşərin Yaşam ölçüsü insanlığa uyğun olmadı. Yaşamı Ali ölçüyə (Ali Yaşama-Həyata) yetirmək İnsanlığın üzağlığı olacaq. Əminəm, bu ölçüyə köklənən gücünü həm də Doğadan alacaq.
***
İndiyə kimi yaşam (həyat) daha çox adamların instinktiv tələbləri əsasında var olub. İnsan bu gedişlə razılaşsınmı? Razılaşmır axı? İnsan Doğanı yaşatmadan, Yaşamı (Həyatı) dəyişdirmədən, Ali İnsani ölçüyə yüksəltmədən var ola bilərmi? Əgər bu baş tutmayacaqsa, insanın kamilləşməsinin, yüksək ölçülü bədii-mədəni sərvətlərin, yaradıcılıqların nə anlamı qalır?
Özü üçün fərd olaraq kamilləşmək həm də bəşərləşmək deməkdir. Kamillik ölçüsü Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə yetməkdir. Ancaq ali yaşam prinsipləri əsasında toplumun yaşaması baş tutmursa, artıq bu, ciddi sorunlar yaradır. Tək-tük insanlıq qayğısını yaşayanların ağrısını gerçək cəmiyyət daşıyıcılarının duymaması bu halda doğal görünür. Bu, bəşərin minillərdir davam edən ağrılı yaşamıdır.
İnsançı istək odur ki, Bəşərin halı kökündən dəyişsin. Çıxış yolu – İnsanın Mütləqə İnam Dünyabaxışı üstə var olmasıdır.

17 Bölək günü, Közərti ayı, 44-cü il, Kalva (17 iyun 2022-ci il)














28-07-2022, 13:06

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilibBakı şəhər regional miqrasiya baş idarəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclas keçirilib. Tədbirdə cari ilin birinci yarısında həyata keçirilmiş işlərə nəzər salınıb, ilin ikinci yarısında icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlər ətrafında danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov vurğulayıb ki, illik fəaliyyət planında yanvar-iyun aylarına dair yer almış fəaliyyətlər əsasən icra olunmuş və bu barədə məlumat həm mediada geniş işıqlandırılmış, həm də hesabat şəklində aidiyyəti üzrə Xidmətə təqdim edilmişdir. Xüsusilə qeyd olunub ki, Şuranın nəzdində psixoloji yardım, əmək miqrasiyası, təhsil, turizm və digər sahələrdə fəaliyyət göstərən işçi qruplar aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş, əcnəbilərin inteqrasiyasını şərtləndirən əlverişli mühitin yaradılması üçün zəruri səylər göstərmişlər.

Tədbir iştirakçılarının ümumi qənaətinə görə, cari ilin birinci yarısında həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.
2022-ci ilin ikinci yarısında icra olunacaq fəaliyyətlər barədə danışan İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra ediləcək tədbirlər barədə danışıb, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış ediblər.
Xüsusilə qeyd olunub ki, qarşıdan gələn aylarda miqrasiyanın aktual məsələləri ilə ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək, bölgələrdə monitorinqlər aparılacaq, əcnəbi miqrantların inteqrasiyası üçün dəstək proqramları icra ediləcəkdir.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şuranın illik planına uyğun icra edilmiş fəaliyyətləri müsbət qiymətləndirib, irəli sürülən yeni təkliflərə münasibət bildirib.
28-07-2022, 07:14
"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir”


"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir”

Qəzvin əyalətinin İran parlamentindəki nümayəndəsi Fatimə Məhəmmədbeygi hökumətin Avuc və Ələmut bölgələrində daşqınlardan zərər görən vətəndaşlara nəzərdə tutulan təzminatı ödəmədiyini deyib.
F. Məhəmmədbeygi bundan öncə bölgə əhalisi və daşqınların fəsadlarını aradan qaldırmaq üçün təsdiq edilən 400 milyard tümənin verilmədiyini deyib və məsulların məsələyə laqeyd yanaşmasını tənqid edib. Millət vəkili təzminat məbləğinin az olduğunu deyib. Onun sözlərinə görə, vəsait ödənilmədiyi üçün Avuc və Ələmut bölgəsinin kəndliləri ev-eşikləri, kənd təsərrüfatlarını bərpa edə bilmir, iş ardınca böyük şəhərlərə köçmək məcburiyyətində qalırlar.
Qedy edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib. Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb.
Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib.

Timur
28-07-2022, 07:04
"Toz fırtınaları Tehrana çatacaq"


"Toz fırtınaları Tehrana çatacaq"

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki təmsilçisi Ruhullah Mütəfəkkir Azad ekoloji faciə barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruması ilə toz fırtınalarının Tehran yaxınlığına qədər çatacağını deyib. Millət vəkili hazırda milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin yaşandığını söyləyib:
"Urmu gölünün quruması nəticəsində bölgə şoranlıq və səhralığa çevriləcək. Bu isə 600 kilometrə bərabər radiusda duz fırtınalarının baş qaldıracağı deməkdir.
14 milyon insan xərçəng, astma riski altındadır. Urmiya gölünün bərpası üçün indi pul xərcləməsək, gələcəkdə bu xəstəliklərin müalicəsi üçün pul xərcləməli olacağıq"-deyə, millət vəkili bildirib.
Cavidan

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!