Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Bütöv.az xəbər verirk i, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX birjasında fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6.05% artaraq 4.15 ABŞ dolları təşkil edib.
Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,21% artaraq 1 barelə görə 81,92 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18% artaraq 79,04 dollar təşkil edib.
Rəsmi qurumların un və çörəyin qiymət həddini müəyyən etmək hüququ yoxdur
2022-ci il yanvarın 6-da Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bir sıra iri üyüdülmüş buğda idxalçıları, eləcə də un və çörək istehsalçıları ilə müzakirələr aparılıb. Görüş qiymət manipulyasiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir kimi təşkil olunub. İdxal olunan məhsulların qiymətləri və emal xərcləri nəzərə alınmaqla unun və çörəyin yuxarı qiymət həddi müəyyən edilib: 50 kq unun topdansatış qiyməti 35,9 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (500 q) 0,5 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (650 q) - 0,65 manat. İqtisadçı ekspert Azər Mehdiyev AYNA-ya şərhində deyib ki, Azərbaycanın dövlət strukturlarının, o cümlədən Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin un və çörəyə yuxarı və ya aşağı qiymət həddini təyin etmək hüququ yoxdur: “Bu xidmət bu və ya digər sahədə inhisarçılığın mövcudluğunu müəyyən etməli, bu barədə ictimaiyyəti məlumatlandırmalı və onların aradan qaldırılması üçün təkliflər hazırlamalıdır”. Tarif Şurasının nümayəndəsi Səməd Əliyev də AYNA-ya etiraf edib ki, Azərbaycanda dövlətin unun və çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdur: “Ölkədə qiymətlərin tənzimlənməsi ilə Tarif Şurası məşğul olur. Lakin Tarif Şurasına un və çörəyin yuxarı qiymət həddini müəyyən etmək səlahiyyəti verilməyib”. Əgər dövlət qurumlarının unun və ya çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdursa, onda Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və ya çörək istehsalçılarına öz şərtlərini hansı əsasla diktə edir? Cavab almaq üçün Xidmətin daxil olduğu İqtisadiyyat Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndəsi Seyran Ədilov un və çörəyin qiymətinə yuxarı həddin müəyyən edilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələrinin un və çörək istehsalçıları ilə görüşməsi faktını təsdiqlədi. Dövlət qurumlarının unun və çörəyin qiymətini müəyyən etmək hüququ olmadığını xatırlatmağımıza isə Ədilov “bunu bilmirəm” qısa cavabı ilə kifayətlənərək, telefonu qapatdı...
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin havanın axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Oxucularımız da təsdiq edərlər ki, meşə qənimləri hər il , hər yerdə, həmişə olub. Lakin, 2020-2021-ci illərdə ölkə ərazisindəki meşələrə qarşı sanki, "açıq müharibə" aparılır. Hər həftə, hər gün oxuduğumuz, izlədiyimiz xəbərlər sırasında mütləqdir ki, qırılmış ağaclar, ziyan dəymiş meşələr barəsində ən azı bir məlumat olur. Heç uzağa getmədən, dərin araşdırma aparmadan sosial mediada axtarış edib, baxmaq kifayətdir ki, Ağsu, Oğuz, Tovuz, ən əsas və ən çox da cənub meşələri barəsində "nəfəsimizi kəsən" məlumatları görə bilək. Bu dəfə isə "DogruXeber.az" olaraq biz sizə Samux rayon ərazisində yerləşən meşələrin taleyindən, daha doğrusu acınacaqlı taleyindən xəbər verəcəyik.
Videogörüntülərdə gördüyünüz bu ərazi vətəndaşın da qeyd etdiyi kimi, Samux rayonunun "Yeni Nəbiağalı" qəsəbəsidir. Gördüyünüz ərazi əvvəllər 50 metr enində meşə zolağı olub. Lakin, artıq meşə zolağından əsər-əlamət qalmayıb. Ərazidə yerləşən əkin sahələrinin sahibi tərəfindən ağacların dibində tonqal yanırılmaqla, ağaclar məhv edilib. Məhv edilən ağacların da yerləri əkin sahələrinə qatılıb və nəticədə əkin sahələri genişləndirilib. Bu da onun sübutudur ki, meşə zolağı məqsədli şəkildə, qəsdən məhv edilib. Bundan əlavə, vətəndaşın bildirdiyinə görə 50 metrdən, məhv edilməklə, 15 metrə qədər azalan meşə zolağı hələ də kimlərinsə sözün əsl mənasında yerini dar edir. Odur ki, qalan 3-5 ağacdan ibarət meşə zolağına da yaxınlıqdakı yaşayış ərazilərinin məişət tullantıları gətirilib tökülür ki, bu da meşə ağaclarının inkişafına mənfi təsir göstərir.
"Ağ ciyərlərimiz"in məhvini göz görə-görə görməzdən gələn kimlərdir?!
Bu hər kəsə məlumdur ki, ölkənin istənilən ərazisində heç kim aidiyyəti tərəflərin xəbəri olmadan, qətiyyən bir hərəkət edə bilməz. Yəni nələrisə qurmaq, yaxud məhv etmək.
Məsələn, kimsə həyətində bir dam tikəndə və o damın örtüyü hasardan azacıq görünəndə, o dəqiqə İcra Hakimiyyəti işçiləri, ərazi üzrə sahə müvəkkili, kommunal xidmətlər, mənzil kommunal təsərrüfat idarəsi, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və sair həmin sakinin qapısında "cərgə" düzənləyirlər. Bu hələ tikmək üçündür. O ki, qaldı sökmək, yaxud məhv etmək ola...
Ona görə də hansısa bir sadə sakinin, bir fermerin bu cür özbaşınalığa yol verməsi açıq desək, heç inandırıcı görünmür.
Dağıntı varsa, təbii ki, o dağıntıları "görməmək" üçün "əl sıxışan" "hörmətli müəllim"lər (müraciət olaraq) də var.
O icazə verən "filankəs müəllim"in kimliyini araşdırmaq və aidiyyatı tədbirlər görmək isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işidir. Bu görüntülərdən sonra "Məlumatsız idik" kəliməsi gülünc olar. Artıq, məlumatı biz sizə verdik. Ardı da var. Lakin, o "ardı"nda yazacaqlarımız isə birbaşa adıçəkilən nazirlikdən asılıdır. Ya lazımi tədbirlər görüb, "ağciyər düşməni"nin layiqli cəzasını alması üçün addımlar atacaq, ya da bir neçə ay əvvəl xəbər verdiyimiz Daşkəsən rayonunun, "Çanaqçı" kəndinin yaxınlığında, çayın bir neçə metrliyində yerləşən malikanə kimi, bunu da görməzdən gəlib, susacaq.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə elektron ünvanına rəsmi məlumatlar göndərməyimizə, dəfələrlə agentliyimizdə yayımladığımıza baxmayaraq, hansısa "sirli" səbəblər üzündən, bizim gördüyümüz, hətta əyani görüntülərlə göstərdiyimiz o malikanəni yenə də "görə bilmir ki, bilmir".
Amma, sözügedən bu ciddi mövzunun, aidiyyatı qurumların gözünü açana qədər ardı var...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. (DogruXeber.az)
Bütöv.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru