ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 7-02-2020, 13:47
Mərkəzi Elmi Kitabxana tərəfindən 27 biobiblioqrafik göstərici tərtib edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafik sorğular bölməsinin fəaliyyətinin əsas istiqamətlərindən birini “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında biobiblioqrafik göstəricilərin tərtib edilməsi və redaktəsi təşkil edir. Bölmənin fəaliyyət istiqamətlərindən biri də müxtəlif qəzetlərdə olan elm, təhsil, mədəniyyət, görkəmli elm və ictimai xadimlər haqqında məqalələrin seçilməsi və məqalələrin biblioqrafik kartotekasına daxil edilməsi üçün biblioqrafik təsvir verilməsidir.
MEK-dən bildirilib ki, bölmə tərəfindən 27 biobiblioqrafik göstərici tərtib edilib, 7 biobiblioqrafik göstəricinin redaktəsi həyata keçirilib.
Bölmənin əməkdaşları biblioqrafik sorğu xidməti göstərərək, biblioqraflar tərəfindən növbəli şəkildə oxucuları maraqlandıran mövzular barədə onların sorğularını elektron və ənənəvi kataloq vasitəsilə həyata keçirir. Bölmə tərəfindən ayrı-ayrı institutlar və təşkilatlar üzrə müxtəlif mənbələrin dəqiqləşdirilməsi və axtarılması məqsədilə dəqiqləşdirilmə sorğuları, görkəmli elm və ictimai xadimlər haqqında və tarixi əhəmiyyətli mövzulara dair sorğular yerinə yetirilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi haqqında sərəncamlarına əsasən görkəmli xadimlərin yubileyləri ilə əlaqədar hazırlanmış mövzu sorğularını xüsusilə qeyd etmək olar.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!