Rusiya Avropa ölkələrinə neft nəqlini dayandırdı .....                        "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri .....                        Son sutkada 1668 vaksin vurulub .....                        Yoluxma artmağa davam edir - Ölən var .....                        Ərdoğan illər sonra Əsədlə danışa bilər - Putin təklif edib .....                        Bayden NATO-nun gözlədiyi qərarı verəcək .....                        Babadağda həlak olan şəxsin meyiti tapıldı .....                        Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi .....                        İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib .....                       
Tarix : 17-06-2022, 09:26
Peşə Təhsil Mərkəzində "Açıq qapı"

Peşə Təhsil Mərkəzində "Açıq qapı"

10 iyun 2022-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü keçirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- Əli Axundov və həmin şöbənin müdir müavini Bəhmən Hüseynov, YAP Nizami rayon təşkilatının sədri- Ramil Vəlibəyov, Nizami Gənclər və idman idarəsinin rəis vəzifəsini icra edən – Vasif İsayev, Azərbaycanın şöhrət ordenli kulinarı- Tahir Əmiraslanov, “Tənhalara Dayaq" İctimai Birliyinin sədri- Xoşbəxt Seyidova və digər qeyri hökümət təşkilatlarının nümayəndələri, Şəhid məzunlarımızın valideynləri, İqtisad universiteti bölmə rəhbəri- dosent Mehriban Məhərrəmova və müəllimləri, işəgötürən təşkilatların nümayəndələri, Nizami rayonunda yerləşən bütün orta ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti və eyni zamanda Bakı şəhərinin digər rayonlarında yerləşən orta ümumtəhsil məktəbinin müəllim və şagird heyəti, uğurlu məzunlarımız, qazi məzunlarımız və valideynlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mahir Namazov açdı. Sonra isə qonaqların çıxışları dinlənildi. Tədbirdə iştirak edən şəhid məzunlarımızın valideynlərinə söz verildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
"Açıq qapı" gününün keçirilməsində əsas məqsəd tədbirdə iştirak edən səlahiyyətli rəsmi qonaqların mərkəzin rəhbərliyinin, mühəndis - pedaqoji heyətinin və tələbələrin fəaliyyəti ilə tanışlığına şərait yaratmaq və eləcə də orta ümumtəhsil məktəb şagirdlərinin və gənclərimizin peşə seçimində düzgün qərar verməsinə dəstək olmaqdır. "Açıq qapı" günündə mərkəzdə tədris olunan peşələr üzrə tələbələrin əl işləri sərgiləndi.
“Knauf” şirkətinin təyinatı ilə mərkəzdə tədris olunan "Quru inşaat ustası" ixtisası üzrə təhsil alan tələbələr quru inşaat materiallarından istifadə edərək inşa etdikləri "Ev modeli" ni sərgilədilər. "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru" və "Elektrik xətt quraşdırıcısı üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbələr qurulmuş "Ev modeli" nin elektrik xətlərinin çəkilməsini təmin etmiş və eyni zamanda yüksək professionallıqla yığdıqları müxtəlif elektrik sistemlərini nümayiş etdirdilər.

"Kompüter ustası" ixtisaslı tələbələr kompüterin işləmə sxemini real detallarla stend üzərində yığmış və "Qrafik dizayner" ixtisası üzrə təhsil alan tələbələr stend üzərində işləyən bu kompüterdə qrafik fayllarını nümayiş etdirmişlər.
Həmişə aktual olan "Aşpaz" ixtisası bu gün də öz reytinqini qoruyub saxladı. Tələbələrin yüksək peşəkarlıqla təqdim etdiyi ləziz təamlar tədbirin peşəkar qonaqları tərəfindən yüksək qiymətləndirildi. "Dərzi" və "Geyim üzrə dizayner" ixtisası üzrə təhsil alan tələbələr hazır əl işlərini nümayiş etdirdilər. Eko çantaların tikilməsi və geyimlərin konstruksiyasının çəkilməsi üzrə master klas təqdim etdilər. "Bərbər, vizajist və manükürçü" ixtisaslı tələbələr saçların kəsilməsi, saç düzümləri, manükür və tatuların çəkilməsi üzrə master klas göstərdilər.


Tədbirdə iştirak edən şagirdlərə və valideynlərə növbəti tədris ili üçün hazırlanmış bukletlərlər paylandı. Daha sonra isə "Anket sorğusu" blankı dolduruldu. Tədbirin səviyyəsi və əhəmiyyəti doldurulmuş blanklarda yüksək qiymətləndirilmişdir.
Sonda qeyd edək ki, Peşə Təhsil Mərkəzi olaraq ən ümdə məqsədimiz gələcək nəslin ilk növbədə vətənpərvər olması və düzgün peşə seçimidir.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!