Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                       
Tarix : 23-07-2024, 17:31
Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək


Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək

Azərbaycanda vahid tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Kartların gələn tədris ilindən istifadəsi nəzərdə tutulub. Rəsmi açıqlamada deyilir ki, sözügedən kart sayəsində tələbələr müəyyən endirimlərdən yararlana biləcəklər.
“Yeni tədris ilində biz ali təhsil müəssisələri ilə danışıb razılığa gəlmişik. Vahid tələbə kartı ilə bağlı həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. kimi müxtəlif endirimlər tətbiq ediləcək”, – deyə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elnur Nəsibov bildirib.
Təhsil üzrə ekspert Elnur Aydın Modern.az-a açıqlamasında bildirib ki, vahid tələbə kartı nəqliyyatda, müəyyən iaşə obyektlərində güzəştli imtiyazlar verən kart sistemidir: "Həmçinin, alış-veriş zamanı karta keşbeklər gələcək. Bu dünya praktikasında da çox yayılmış sistemdir. Kart sistemi mərhələli şəkildə olacaq və bütün bakalavr tələbələrinə aid edilməsi nəzərdə tutulub. Tələbərin nəqliyyat xərclərində vahid kart sistemində güzəştlər nəzərdə tutulub".
Qeyd edək ki, bir çox ölkələrdə istifadə edilən tələbə kartlarının aşağıdakı üstünlükləri var:


- İctimai nəqliyyatda (metro, avtobus, dəmiryolu, gəmi və sair) endirim təmin edir.

- İdman mərkəzləri, kinoteatrlar, teatrlar və əyləncə mərkəzlərində tələbələrə endirim təklif edilir.

- Muzey və mədəni tədbirlərdə endirimli və ya pulsuz giriş hüququ verir.

- Bəzi restoranlar və marketlərdə tələbələrə endirim təklif edir.

- Tələbə kartı ilə kitabxanalarda kitablar ala bilər, bəzi elektron resurslara (məsələn elektron kitabxanalar) daxil olaraq endirimlə və ya pulsuz istifadə etmə imkanı əldə edə bilərlər.

- Bəzi şirkətlər və müəssisələr tələbə kartı daşıyanlara təcrübə müddətində imtiyazlar təklif edə bilər.

Bu üstünlüklər ölkə və təhsil müəssisələrinin siyasətinə və tərəfdaşlıq proqramlarına bağlı olaraq dəyişə bilər. Tələbələr üçün vahid tələbə kartlarının əsas məqsədi təhsil və tədqiqat prosesini dəstəkləməkdir.
Nazirliyin rəsmi nümayəndəsi Elnur Nəsibov bildirib ki, vahid tələbə kartının yaradılması ilə bağlı hazırlıqlar davam edir:
“Kartın yaradılması barədə qərar qəbul olunmuşdu. Vahid kart vasitəsi ilə ödənişləri həyata keçirtmək, universitetə girişi təmin etmək, müxtəlif kampaniya və güzəştlərin həyata keçirilməsi mümkün olacaq. 1000-ə yaxın şirkətlərin siyahısı var, onlar tələbərin sosial vəziyyətini nəzərə alaraq endirimlər etməyə hazır olduqlarını bildiriblər. Bu barədə tədris ilinin əvvəllərində məlumat verəcəyik. Digər sahələrdə də dövlət tərəfindən müəyyən olmuş tariflər üçün razılaşma tələbi irəli sürülüb. Bu ilki addımın daha da inkişafı üçün Təhsilin İnkişaf Fondu universitetlərlə və özəl sektorlarun tərəfdaşları ilə birgə işləyirik. Təhsilin pilləsindən asılı olmayaraq tələbə adını daşıyan bütün şəxslərə aid olacaqdır", - o qeyd edib.
Təhsilin İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə deyir ki, kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub: "Buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər".
Onun sözlərinə görə, kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. "Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər”, - o, "Kaspi" qəzetinə açıqlamasında bildirib.
N.Qədirova ictimai nəqliyyatda tətbiq olunacaq güzəştlərlə bağlı suala cavab olaraq bildirib ki, bu barədə də işlər həyata keçirilir: “Hazırda nəqliyyatla bağlı konkret təklif və ya addım yoxdur. Amma biz artıq işlərə başlamışıq, müəyyən qurumlarla görüşlər keçirmişik. Bu istiqamətdə endirimlərin, güzəştlərin əldə olunmasına cəhd edirik. Tələbələrin əsas problemlərindən biri ictimai nəqliyyat olduğu üçün bu istiqamətdə də fond olaraq çalışırıq”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!