Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
Tarix : 25-08-2017, 12:09
11 "müəllim"in diplomu saxta çıxıb



Butov.az xəbər verir ki, avqustun 21-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.


Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 5225 nəfərin buraxıldığı müsahibə mərhələsində bu günədək artıq 3000-dən çox namizəd keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Universitetə yaxınlaşdıqca qələbəliyin də artdığının şahidi olursan. Qapının qarşısı isə keçilməzdir. Buraya toplaşan namizədlər içəri girməyə can atır. Ancaq qapıda dayanan mühafizə polisi hər şığıyanı içəri buraxmır.
İçəridə də sırasını gözləyənlər var. İki sıra düzülən namizədlər qeydiyyat bölməsində müvafiq prosedurdan keçir. Burada onların diplomlarının uyğunluğu yoxlanılır.

Məlumatda bildirilib ki, komissiya üzvləri hər namizədlə bağlı qərarını verərkən bir çox məqamı nəzərə alır. “Bəzən bir namizədlə bağlı fikirləri üst-üstə düşür, bəzən isə hər biri fərqli düşünür. Belə olanda müzakirə edirlər. Bəzən komissiya üzvlərinin müzakirəsi tamamlanmadan növbəti namizəd gəlir. Məcburən onu bir az gözlədirlər. Masa başında ayaq üstə gözləyən namizəd diqqətimizi çəkdiyindən maraqlanırıq. Nəyə qərar verə bilmirlər? Komissiyanın müəllimliyə layiq hesab etmədiyi həmin şəxs və ya şəxslər kimlərdir? Əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanlar müəllimliyə uyğun görülmür.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”.

R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!