21-12-2023, 21:01
“Qərbi Azərbaycana Qayıdış: xatirələrin bizi gözlədiyi yer” adlı layihə baş tutdu - FOTO“Gənc Politoloqlar” təşkilatının təşkilatçılığı və S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasının dəstəyi ilə 17 noyabr 2023cü il tarixdə “Qərbi Azərbaycana Qayıdış: xatirələrin bizi gözlədiyi yer” adlı möhtəşəm layihə baş tutdu. Layihənin keçirilməsində əsas məqsəd cənab prezident İlham Əliyevin 24 dekabr 2022ci ildə elan etdiyi “Qərbi Azərbaycana qayıdış”proqramı çərçivəsində gənclərin rolunun artırılması və Qərbi Azərbaycan həqiqətlərinin hərkəsə tanıdılması idi. “Gənc Politoloqlar” təşkilatının sədri Elçin İsmayılov keçirilən layihə və Qərbi Azərbaycan gerçəkləri haqqında xüsusi məsələlərə aydınlıq gətirdi. Təşkilatın idarə heyətinin üzvlərindən Babayeva Nigar, Soltanzadə Jalə, Əliyeva Tahirə, Bayramov Rəhim, Mahmudzadə Svetlana və Hacızadə Rəfiqə isə hazırladıqları materiallar ilə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, məhv edilmiş memarlıq abidələri və xalqımızın bu tarixi torpaqlarından deportasiyası haqqında məlumat verdilər. Bakı Dövlət Universitetinin tələbəsi Məmmədzadə Aysu Qərbi Azərbaycanın bitki örtüyü haqqında məlumat verdi və eyni zamanda gətirdiyi bəzi bitkilərdən təqdirə layiq stend düzəldərək tədbir iştirakçılarının əyani şəkildə bitkiləri görməsinə şərait yaratdı. Keçirilən maraqlı tədbirdə Qərbi Azərbaycan İcmasından nümayəndə heyəti, əslən Qərbi Azərbaycanlı olan dövlət qulluqçuları, universitet tələbələri və gimnaziya heyəti iştirak etdi.
21-12-2023, 19:09
Şamaxıda qətl: Polis əməkdaşı qohumunu güllələdiDekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.
21-12-2023, 18:30
Azərbaycanla Ermənistan arasında sülh fürsəti daha da güclənib - Hakan Fidanİkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.
Bunu Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.
Nazir deyib ki, Türkiyə Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəltdiyi münasibətlərini hər sahədə genişləndirir.
Hakan Fidan bildirib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dəstək verir.
21-12-2023, 18:13
Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna yeni təyinatPrezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub.
Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.
O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.
21-12-2023, 18:08
Şəhid övladlarının Xankəndiyə səfəri təşkil olunduYAŞAT Fondu, Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub.
7-12 yaş aralığında olan 25 şəhid övladı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununu izləmək üçün YAŞAT Fondunun nümayəndələri ilə birgə Xankəndiyə yollanıblar.
Bu il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanların övladları tarixi görüşdən öncə futbolçularla birlikdə meydana çıxıblar, daha sonra isə tribunadan matçı izləyiblər.
Qeyd edək ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində keçirilən ilk rəsmi futbol oyunu olub.
21-12-2023, 17:57
Bayram günlərində “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində olacaqYeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dan verilən məlumata görə, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.
21-12-2023, 17:54
Moskva bu il də bayramı atəşfəşansızlıq qeyd edəcəkMoskvada Yeni il sakit bir formatda keçiriləcək.
Bu barədə Moskva şəhər merliyi açıqlayıb.
"Şimal müharibəsi şəraitində paytaxtda atəşfəşanlıq yenidən ləğv edilib. Keçən il olduğu kimi, bu il də bayramı atəşfəşanlıqsız qeyd edəcəyik", - məlumatda bildirilib.
20-12-2023, 22:25
Paşinyan İran Prezidentiylə “3+3” platformasını müzakirə etdiErmənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Liderlər ikitərəfli münasibətləri müzakirə edib. Tərəflər sazişlərin icrasının gedişi barədə danışıblar.
Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
20-12-2023, 21:40
Futbol matçında kütləvi dava baş verdi - 5 oyunçu qırmızı vərəqə aldıTürkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib.
Oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.
Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbekirspor), Cem Çelik (Diyarbekirspor), Bünyamin Yürür (Diyarbekirspor).
Meydana daxil olan azarkeş isə saxlanılıb.
Qeyd edək ki, Türkiyə 2-ci liqasında baş tutan matç "Diyarbekirspor"un səfərdə "Bursaspor" üzərində 2-0 hesablı qələbəsi ilə başa çatıb.
20-12-2023, 21:24
Ərdoğan misirli həmkarıyla Qəzzanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-HƏMAS müharibəsi və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.