Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
28-08-2024, 20:58
Naxçıvan yenidən atəşə tutuldu


Naxçıvan yenidən atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
28-08-2024, 20:27
Üçtərəfli razılaşmaların alternativi yoxdur - Rusiya XİN


Üçtərəfli razılaşmaların alternativi yoxdur - Rusiya XİN

Moskva Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova regionu könüllü olaraq tərk etmiş ermənilərin Qarabağa qayıtması ilə bağlı sualına cavab verərkən bildirib.
“Ermənistan tərəfinin bununla bağlı hər hansı geniş proqramı varmı? Proqram mövcud olsaydı, mən onu şərh edərdim. Siz başqa dövlətin nümayəndəsindən bunu necə görə biləcəyini niyə soruşursunuz? Biz tərəfləri bu məsələnin həll edilməsinə sövq edirik, lakin başa düşdüyünüz qədər, əldə edilmiş razılaşmalar həyata keçirilmədən bunu etmək olduqca çətindir”.
Zaxarova əlavə edib ki, Rusiya dövləti Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşmaların hələ də alternativi olmamasından çıxış edir.
“Qeyd edilən razılaşmalar sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı da daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas istiqamətlərini əhatə edir”, - deyə Zaxarova bildirib.
28-08-2024, 20:20
Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi


Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi

Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.
М.Maqomedov bildirib ki, Azərbaycan Prezidentinin verdiyi orden çox dəyərlidir.
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm", - deyə Olimpiya mükafatçısı bildirib.
Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
28-08-2024, 19:02
MSK-nın bugünkü iclasında müzakirə olunan məsələlər


MSK-nın bugünkü iclasında müzakirə olunan məsələlər

Avqustun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın avqustun 27-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.
28-08-2024, 18:31
Pavel Durov azad edildi


Pavel Durov azad edildi

Fransada saxlanılmış "Telegram"ın yaradıcısı Pavel Durov həbsdən azad edilib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Fransa məhkəməsinin hakimi Pavel Durovun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul edib.
O, məhkəməyə qədər polis nəzarətindən azad olunub.
Qeyd edilib ki, Durov ilk dəfə dindiriləcək və ona qarşı ittihamlar irəli sürülə bilər.
28-08-2024, 17:46
İranda Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın oldu


İranda Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın oldu

İran prezidenti Məsud Pezeşkianın təklifi və Nazirlər Kabinetinin mətbuat katibi ilk dəfə qadın təyin edilib.
Bu vəzifə Fatimə Mohaceraniyə tapşırılıb.
Mərhum prezident İbrahim Rəisinin administrasiyasında Hökumətin sözçüsü Əli Bahadori Yəhromi olub.
1970-ci ildə Markazi vilayətində anadan olan Fatimə Mohacerani 11-ci hökumətdə Şəriət Texniki və Peşə Tədris Universitetinin (qadınlar üçün ixtisaslaşdırılmış) rəhbəri vəzifəsində çalışıb.
2017-ci il oktyabrın 17-də Mohacerani Fövqəladə İstedadlar Mərkəzinin rəhbəri seçilib.
28-08-2024, 17:43
Culfada maşın yoldan çıxaraq dərəyə aşdı


Culfada maşın yoldan çıxaraq dərəyə aşdı

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
28-08-2024, 17:34
Milli Məclisdə təmir işlərinə başlanılır


Milli Məclisdə təmir işlərinə başlanılır

Milli Məclisdə təmir işlərinə başlanılır.
Bununla bağlı dəyəri 186 min manatdan çox olan iki tender keçirib.
Milli Məclisin inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işləri, santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin, fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınması üzrə hər iki tenderin qalibi “Atlantis Construction Group” MMC olub.
Avqustun 27-də sözügedən şirkətlə 121,6 min manat və 64,5 min manat olmaqla, ümumilikdə 186,1 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.
28-08-2024, 17:10
Durov məhkəməyə gətirildi


Durov məhkəməyə gətirildi

Teleqramın həmtəsisçisi Pavel Durov Paris məhkəməsinə gətirilib.
Agentliyin məlumatına görə, onun ilkin saxlanılma müddəti başa çatıb.
Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.
O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.
28-08-2024, 16:51
Saatlıda qazi və qardaşı xəstəxanada həkimə xəsarət yetirdi


Saatlıda qazi və qardaşı xəstəxanada həkimə xəsarət yetirdi

"Saatlı rayon sakini, veteran, l qrup əlil Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir".
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, H.Mehtiyev avqustun 25-də saat 21:30 radələrində qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə pereparat verilməsini tələb edib: "Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi pereparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.
Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər".
Məlumata görə, H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!