Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
17-07-2024, 17:40
Elşən Musayev bu dairədən namizəd olacaq


Elşən Musayev bu dairədən namizəd olacaq

VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev namizədliyini irəli sürəcəyi seçki dairəsini dəqiqləşdirib.
Deputat Elşən Musayev bildirib ki, o,116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.
"Bəli, hansı dairədən namizədliyimi verməyimlə bağlı qərarımı dəqiqləşdirdim. Həmin dairə 116 saylı Qəbələ seçki dairəsi olacaq",- Elşən Musayev vurğulayıb.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 116 saylı Qəbələ seçki dairəsindən namizədi Ədilə Tağıyevadır.
17-07-2024, 17:23
Xocalı xəstəxanasının direktoru Xankəndidən namizəd oldu


Xocalı xəstəxanasının direktoru Xankəndidən namizəd oldu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 122 saylı Xankəndi seçki dairəsindən Məmmədov Aqil Kamran oğlunun namizədliyini irəli sürüb.
Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Aqil Məmmədov Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktorudur.
17-07-2024, 16:47
SOCAR-ın sabiq vitse-prezidenti deputatlığa namizəddir


SOCAR-ın sabiq vitse-prezidenti deputatlığa namizəddir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) sabiq vitse-prezidenti Bədəl Bədəlov YAP-ın deputatlığa namizədlər siyahısında yer alıb.
Onun namizədliyi 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürülüb.
Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. O, 2011-ci ildə SOCAR-ın vitse-prezidenti təyin edilib və 28 iyul 2023-cü ildə vəzifəsindən azad edilib.
17-07-2024, 16:43
Keçmiş deputatın oğlu YAP-ın namizədi oldu


Keçmiş deputatın oğlu YAP-ın namizədi oldu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün özünün namizədlər siyahısını açıqlayıb.
Siyahıda xeyli maraqlı adlar var. Onlardan biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Samir Əhməd oğlu Vəliyevdir.
Qeyd edək ki, Samir Vəliyev keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin böyük oğludur.
O, 2021-ci ilin sentyabr ayında YAP Nərimanov rayon təşkilatına sədr seçilib.
Samir Vəliyev həm də Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.
Ə.Vəliyevin digər oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər ikisi profesordur.
Əhməd Vəliyev Milli Məclisin üçüncü (2005–2010) və dördüncü (2010–2015) çağırış deputatı olub. O, 2005-ci ildə 31 saylı Siraxanı ikinci seçki dairəsindən, 2010-cu ildə isə 107 saylı Qazax seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, Vəliyevlərə məxsus 1992-ci ildən fəaliyyət göstərən “Muğan Bank” 2023-cü ildə müflis elan olunaraq bağlanıb.
17-07-2024, 16:17
Məşhur zavod direktoru Zahid Orucun dairəsindən namizəd olacaq


Məşhur zavod direktoru Zahid Orucun dairəsindən namizəd olacaq

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin qərarı ilə Xanlar Fətiyevin 98 saylı Bərdə - Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
İndiyə kimi həmin dairənin deputatı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc idi. Z.Oruc ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin üzvü olub.
O, 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərində Bakıdakı 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Zahid Orucun 98 saylı Bərdə - Tərtər seçki dairəsindən çəkildiyini nəzərə alan YAP oradan Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyevin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Xanlar Fətiv daha əvvələr iki dəfə deputat olub. O, dördüncü və beşinci çağırış (2010-2015 və 2015-2020) Milli Məclisin üzvü olub.
X.Fətiyev hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.
17-07-2024, 15:53
Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin etdi


Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin etdi

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.
O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, “Azərbaycan Ağır Atletika Federasiyası” İB-nin İH sədrinin müavini işləyib, hazırda “Azərbaycan Stolüstü Tennis Federasiyası” İB-nin vitse-prezidentidir.
17-07-2024, 15:38
YAP Qənirə Paşayevanın dairəsindən Nizami Səfərovun namizədliyini irəli sürdü


YAP Qənirə Paşayevanın dairəsindən Nizami Səfərovun namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası (YAP) mərhum deputat Qənirə Paşayevanın təmsil etdiyi 106 saylı Tovuz seçki dairəsindən VI çağırış Milli Məclisin 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat olmuş Nizami Səfərovun namizədliyini irəli sürüb.
Bu barədə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Nizami Səfərov hazırda VI çağırış Milli Məclisin 102 saylı Samux-Şəmkir seçki dairəsini təmsil edir.
Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə vəfat edib.
17-07-2024, 15:15
Rektor YAP-ın deputatlığa namizədi oldu


Rektor YAP-ın deputatlığa namizədi oldu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 51 saylı Şirvan seçki dairəsindən Heydər Xanış oğlu Əsədovu özünün deputatlığa namizədi göstərib.
Heydər Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasına rektoru vəzifəsində işləyir. O bu posta 2019-cu ilin aprel ayının 3-də təyin olunub.
Heydər Əsədov 1995-ci ildə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
17-07-2024, 14:56
İcra başçısı deputatlığa namizəd oldu


İcra başçısı deputatlığa namizəd oldu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.
Siyahıda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da adı var.
Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.
Qeyd edək ki, Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
17-07-2024, 14:34
YAP-ın azad olunmuş ərazilərdən namizədləri - SİYAHI


YAP-ın azad olunmuş ərazilərdən namizədləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin tam siyahısı açıqlanıb.
Siyahıda işğaldan azad olunmuş ərazilərdən namizədliyi irəli sürülən şəxslərin də adı yer alıb:

118 saylı Ağdam - Xocalı Məmmədov Elman Camal oğlu

119 saylı Ağdam Məmmədov İbrahim Raqif oğlu
Ətraflı


120 saylı Cəbrayıl - Qubadlı Məmmədov Ceyhun Valeh oğlu

121 saylı Laçın Muradov Rövşən Şahbaz oğlu

122 saylı Xankəndi Məmmədov Aqil Kamran oğlu

123 saylı Kəlbəcər Əhmədova Aidə Ələsgər qızı

124 saylı Şuşa - Ağdam - Xocavənd Babışova Leyla Adil qızı

125 saylı Zəngilan - Qubadlı İsmayılov İmamverdi İbiş oğlu
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!