Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
10-07-2024, 11:16
QAZAX ƏDƏBİYYAT MUZEYİNDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİNƏ AİD KONSERT KEÇİRİLİB


QAZAX ƏDƏBİYYAT MUZEYİNDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİNƏ AİD KONSERT KEÇİRİLİB

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində kəlağayıdan bəhs edən konsert keçirilib.
Konserti giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, qonaqları salamlayıb. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Güllü Eldar Tomarlı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi "Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçirildiyini bildirib. Güllü Eldar Tomarlı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsert və sərgilərin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. Layihə rəhbəri Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğunu deyib. O, çıxışında kəlağayımıza dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac olduğunu vurğulayıb. 2024-cü il Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi qeyd olunur. Bu münasibətilə birliyimiz tərəfindən konsert proqramları və qədimi kəlağayıların sərgisini keçirərək, kəlağayımızı əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artırmağa nail olmağa çalışırıq.
Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai, siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Gülnar Quliyevaya söz verildi. O, öz çıxışında kəlağayımızın tarixindən, istifadə qaydalarından, istehsalından danışdı. O, qeyd etdi ki, bu gün gənclərimiz nənələrin yadigarı kəlağayımızı sevərək milli dəyər kimi istifadə edirlər. Əlbəttə ki, bu da azərbaycan kəlağayılarının təbliğinin nəticəsidi. Nənələrin kəlağayıları sandıqdan azad olub qız - gəlinlərimizin yaraşığı olub.
AYB- nin Qazax filialının rəhbəri, Əməkdar İncəsənət Xadimi Barat
Vüsal kəlağayının təbliğinin vacibliyindən geniş söhbət açdı, nənələrimizin abır-ismət mücəssəməsi kəlağayının bu günə, bu gündən sabahlara ötürülməsinin önəmli olduğunu qeyd etdi.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya çıxış edərək bildirib ki, kəlağayı milli adət-ənənələrimizdə əvəzsiz yeri olan baş örtüyüdür, xanımlarımızın qeyrət simvoludur. Onun təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bu layihənin çox önəmli və vacib olduğunu bildirib. Daha sonra ifası ilə tamaşaçıların könlünü oxşayıb.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- Brilyant Atəş, Mələk İsmayıl, Güləndam Dağlarqızı kəlağayı haqqında yazdıqları şeirləri səsləndriblər. Təqaüdçü müəllim Bəsti Ələkbərova, Qazax rayon MKS- nin Qazaxbəyli kənd kitabxana filial müdiri Sevinc Alməmmədova, Tamella Poladlı, Qulu Xaləddinoğlu, Elman Yolçiyev Rəhim Rəhimli kəlağayı
haqqında xatirələrini, fikirlərini söyləyiblər..
Aşıq Samir Qazaxlı, Ömər Nəsibov, Məhəmməd Əlivəliyev saz havaları ilə tamaşaçılara xoş ovqat bəxş ediblər. Qazax rayon 2 saylı musiqi məktəbinin muğam üçlüyünün - tarda Pərvin Hüseynov, kamançada Nərmin Qurban, Samir Mehdizadənin ifası maraqla qarşılandı.

Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert proqramında səslənən rəngarəng musiqi töhfələri, saz havaları, kəlağayı haqqında şeirlər tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılanıb.
Sonda Güllü Eldar Tomarlı maddi dəstək üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstək üçün Qazax şəhər İcra Hakimiyyətinə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsala təşkilati dəstək üçün təşəkkürlərini bildirib.







10-07-2024, 01:00
AVRO-2024-ün ilk FİNALÇISI


AVRO-2024-ün ilk FİNALÇISI

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
10-07-2024, 01:00
AVRO-2024-ün ilk FİNALÇISI


AVRO-2024-ün ilk FİNALÇISI

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
9-07-2024, 20:19
İlham Əliyev Pezeşkiana zəng etdi


İlham Əliyev Pezeşkiana zəng etdi

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
9-07-2024, 19:45
Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar


Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar

Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - məlumatda qeyd edilib.
9-07-2024, 19:44
MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır


MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
9-07-2024, 19:09
Meloni Vaşinqtona getdi


Meloni Vaşinqtona getdi

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO-nun 75-ci yubiley sammitində iştirak etmək üçün ABŞ-a səfərə gedib.
Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
İyulun 9-11-də keçiriləcək sammit çərçivəsində C.Meloninin müxtəlif ikitərəfli görüşlər keçirməsi gözlənilir.
9-07-2024, 18:25
Azərbaycanda bu kanalların yayımı dayandırılır


Azərbaycanda bu kanalların yayımı dayandırılır

Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.
Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.
Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.
9-07-2024, 18:04
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək


Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək.
İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.
Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.
Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.
9-07-2024, 17:44
Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?


Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?

İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Onların diplomları tanınmayıb.
Bəs diplomlar hansı hallarda tanınmır? Bu kimi hallar əsasən hansı ölkələrin ali məktəbləri ilə bağlı yaşanır?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə məsələylə bağlı fikir bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması xüsusi bir prosedurdur:
“Bunun üçün ilk növbədə ali təhsil müəssisəsi akkreditasiyadan keçməlidir. Hər bir ölkədə ali məktəblər akkreditasiyadan keçir. Bu həmin ali təhsil müəssisəsinin öz ölkəsində və digər ölkələrdə tanınması deməkdir. Bəzən bizim tələbələr xarici ölkələrə gedir, bu məqama diqqət etmədən akkreditasiyadan keçməmiş ali məktəblərə daxil olur, təhsil alırlar, sonda isə diplomları tanınmır”.
Şura sədri bildirib ki, bu kimi halların baş verməsində başqa səbəblər də ola bilər:
“Ola bilər ki, tələbənin təhsil aldığı universitet qeyri-qanuni olaraq fəaliyyət göstərir, tələbə adını ora yazdırır və dərslərdə iştirak etmir. Belə hallar da aşkar edildikdə diplom tanınmır. Ümumiyyətlə, diplomların tanınması ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir”.
H.Əlizadə sonda qeyd edib ki, bu problem əsasən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan bir sıra universitetlərlə yaşanır:
“SSRİ dağılandan sonra potsovet məkanında müxtəlif ali məktəblər formalaşdı. Ali məktəbin formalaşması üçün müəyyən dövr tələb olunur. Bir sıra ali məktəblər özlərinin nüfuzlu ali məktəblər sırasına daxil olması üçün zəruri olan işləri həyata keçirə bilmədilər. Bunun nəticəsində də həmin ali məktəblərin diplomları hətta öz ölkələrində də tanınmır. Nəticədə onlarda təhsil alan tələbələr çətinlik çəkirlər. Bu hallar əsasən Ukraynada yerləşən bəzi ali məktəblərdə yaşanır. Belə halların yaşandığı ölkələrdə çox nüfuzlu ali təhsil müəssisələri də mövcuddur, diplomları yüksək səviyyədə qəbul edilir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!