Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
3-07-2024, 15:30
“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin ikinci verilişi yayımlandı


“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin ikinci verilişi yayımlandı

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir. Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı- hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində "Qərbi Azərbaycan - qədim yurd yerimiz" adlı ikinci veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.
Verilişin qonağı, tarix üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Televiziyasında Tarix Şöbəsinin müdiri Mahir Qəribov olub. Veriliş çərçivəsində Qərbi Azərbaycandan deportasiya və soyqırımın tarixi mərhələləri, Azərbaycanın maddi-mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılması, erməni yalanlarının və ideyalarının iflasa uğraması mövzularında müzakirələr aparılıb.





3-07-2024, 13:16
Mirzoyan Gürcüstanda səfərdədir


Mirzoyan Gürcüstanda səfərdədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Gürcüstan XİN-in binasında onu gürcü həmkarı İlya Darçiaşvili qarşılayıb.
Nazirlər arasında təkbətək formatda görüş keçirilib.
3-07-2024, 12:52
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
3-07-2024, 12:34
Ermənistanda hərbçi öldü


Ermənistanda hərbçi öldü

Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Sarkis Xaçatryan naməlum şəraitdə adlığı güllə yarasından ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında baş verib.
Nazirlik həmçinin faktla bağlı araşdırmaların aparıldığını da açıqlayıb.
3-07-2024, 12:18
"BakuBus" yeni marşrut xətti istifadəyə verdi


"BakuBus" yeni marşrut xətti istifadəyə verdi

"BakuBus" MMC 140 E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib.
Avtobuslar 10 dəqiqə intervalla "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi ilə paytaxtın Şüvəlan qəsəbəsi arasında hərəkət edəcək.
Gedişhaqqı 80 qəpikdir.
2-07-2024, 23:27
Dini ibadətgahdakı izdihamda 116 nəfər öldü


Dini ibadətgahdakı izdihamda 116 nəfər öldü

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.
Bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.
Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.
2-07-2024, 22:35
Güləşçimiz Avropa üçüncüsü oldu


Güləşçimiz Avropa üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlıların Avropa çempionatı davam edir.
İkinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
Rahim Həsənov (55 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.
Əvəzində Məhəmməd Şükürzadə (63 kiloqram) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.
Davud Məmmədov (77 kiloqram) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kiloqram) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.
2-07-2024, 22:20
Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü


Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Bakıda Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.
Həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkillin dişini çəkərkən azyaşlının halı pisləşib, edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 iyul 2024-cü il tarixində günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkili hər iki valideyni ilə birgə müraciət edib.
Müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.
Azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib. Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.
Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.
Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.
Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətiriblər. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm xəstəliyi olub.
2-07-2024, 22:13
Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda


Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
1/8 finalda Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gələn Niderland millisi növbəti raunda vəsiqə qazanıb.
Matçda hesab 20-ci dəqiqədə açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Görüşdə digər qolları isə 83 və 90+3-cü dəqiqələrdə Daniel Malen vurub.
Niderland millisi 1/4 finalda Avstriya-Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.
2-07-2024, 21:45
Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür


Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib.
Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir. Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.
Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.
İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.
Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!