31-05-2024, 20:56
15 minə yaxın çətənə kolu məhv edildi Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ordubad və Culfa Rayon Polis şöbələrinin, həmçinin Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
31-05-2024, 20:00
Ağsuda qonşu qonşusunu güllələdiAğsuda güllələnmə hadisə baş verib.
Hadisə rayonun Padar kəndində qeydə alınıb. Hadisənin qonşular arasında münaqişə nəticəsində baş verdiyi bildirilir.
İkin məlumata əsasən, qonşu qonşusuna ov tüfəngindən atəş açaraq, onu qol nahiyəsindən ağır yaralayıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
31-05-2024, 19:34
14 yaşlı yeniyetməni ildırım vurub öldürdüTovuzda yeniyetməni ildırım vuraraq öldürüb.
Bədbəxt hadisə mayın 31-i axşam saatlarında baş verib.
Məlumata görə, rayon sakini, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.
O, hadisə yerində ölüb.
31-05-2024, 18:32
Doktorantura təhsili ilə bağlı yeni QƏRARAzərbaycanda doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların yeni siyahısı təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
31-05-2024, 18:24
İrlandiyada Azərbaycan Bayrağı ucaldıldıİrlandiyada Azərbaycan Bayrağı ucaldılıb.
İrlandiya vətəndaşı Maykl Kortni mayın 28-də ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Bayrağını dalğalandırıb.
Səfirlik İrlandiya vətəndaşına göstərdiyi təşəbbüsə görə təşəkkür edib, gələcəkdə də bu istiqamətdə onu dəstəkləyəcəklərini bildirib.
Qeyd edək ki, Maykl Kortni dünyanın müxtəlif ölkələrinin müstəqillik günlərində onların dövlət bayraqlarını dalğalandırır.
31-05-2024, 17:48
Abşeronda ağır qəza - İki nəfər öldüAbşeronda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə təzə yolda qeydə alınıb. Daevo "Centra" və “Ural” markalı avtomobillər toqquşub.
Nəticədə Daevo "Centra"da olan Emin Xudiyev və onun dostu (şəxsiyyəti dəqiqləşdirilir) ölüb.
Faktla bağlı araşdırma aparılır.
31-05-2024, 17:20
Yerin maqnit sahəsində pozulma başlayıbYer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın 29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.
Məlumata görə, maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif) səviyyəsinə yüksəlməyib.
Alimlərin fikrincə, 31 may - 1 iyun tarixlərində G3 səviyyəsinə (güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir.
31-05-2024, 17:17
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandıTaksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 3000-ni ötüb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən məlumat verir.
"Təlimlərə qoşulan taksi sürücülərinin sayında da dinamik artım müşahidə olunur", - deyə agentlikdən bildirilib.
31-05-2024, 16:55
Biz Baqrat Srbazanın namizədliyini dəstəkləyirik - Sarkisyan“Mən demişəm və indi də təkrar edirəm: bəli, təkcə mən yox, partiyamız və tərəfdarlarımız Baqrat Srbazanın irəli sürdüyü namizədi dəstəkləyirlər”.
Bunu jurnalistlərə Ermənistanın 3-cü prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan bildirib.
“Baqrat Srbazan dedi ki, baş nazir olmağa özü namizəddir. Bu o deməkdir ki, biz onu dəstəkləyirik. Konstitusiya parlamentin 2/3 hissəsinə Ermənistanda ikili vətəndaşlığı olan şəxslərin yüksək vəzifə tutmasını qadağan edən bəndi dəyişdirməyə icazə verir. Yəni, bu çıxış yoludur”, - Serj Sarkisyan bildirib.
31-05-2024, 16:39
32 il əvvəl Xocalıda yarımçıq qalan toy... - Sabah yenidən olacaq - FOTOXocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasimi sabah təkrar keçiriləcək.
Bu barədə Xocalı sakini Valeh Hüseynov bildirib.
Onun sözlərinə görə, sabah bununla əlaqədar Xocalıya gedəcəklər:
“Mən Xocalıya gedib qayıdandan sonra dərin stress keçirdim və açıq ürək əməliyyatı olundum. Xocalıya köç başlayıb və bu, bizi çox sevindirir. Köhnə evimizin bərpa edilib mənə verilməsiylə bağlı ölkə başçısına müraciət etmişəm. Sabah axşam isə Xocalıya yola düşürük. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan və Xocalıda sonuncu toy kimi tarixə düşən Vasif Qafarovun təkrar toyu olacaq”.
Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunda döyüşüb.