Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-06-2024, 15:22
Prezident Xəzərlə bağlı qanunu təsdiqlədi


Prezident Xəzərlə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunu təsdiqləyib.
Qanun ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.
Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.
Qanun Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib ölkə Prezidentinə məlumat verməlidir.
6-06-2024, 14:56
İranda prezidentliyə namizədlərin siyahısının açıqlanacağı tarix dəyişdi


İranda prezidentliyə namizədlərin siyahısının açıqlanacağı tarix dəyişdi

İranda prezidentliyə namizədlərin yekun siyasısı gələn həftə - iyunun 12-də açıqlanacaq.
Bu barədə İran Konstitusiyasını Müdafiə Şurasının sözçüsü Hadi Tahan Nazif bildirib.
İranın daxili işlər naziri Əhməd Vahidi prezident seçkilərində namizəd kimi iştirak üçün 80 nəfərin müraciət etdiyini deyib.
Vahidi seçkilərin təbliğat kampaniyasının iyunun 12-dən 27-si səhərə qədər aparılacağını bildirib.
6-06-2024, 13:44
Qazi doğum gününə 1 gün qalmış vəfat etdi


Qazi doğum gününə 1 gün qalmış vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib.
A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib:
“Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə alsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.
İyunun 4-ü doğum günü olacaqdı, 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı olan Azad subay idi”.
6-06-2024, 13:38
Şəhid ataları və qazilər Şərqi Zəngəzurda

Şəhid ataları və qazilər Şərqi Zəngəzurda

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Bakı, Lənkəran, Astara, Sabirabadda doğulub 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında erməni işğalçılarına qarşı savaşlarda igidlik göstərərk şəhid olmuş əsgərlərimizin valideynlərinin və yaralı döyüşçülərin həmin torpaqlara səfərini təşkil edib.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində gerçəkləşib.

Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının şəhid olduqları məkanları ziyarət ediblər, onların səngər yoldaşları, son döyüşlərinin şahidləri baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun xatirələrini dinləyiblər.
Şəhidlərin II Qarabağ müharibəsində hərbi xidmət keçdikləri N. hərbi hissəsinin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən şəhid ataları və qazilər, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist, tarix üzrə fəlsədə doktoru Hacı Nərimanoğlu, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, şair, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu və başqaları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdikləri igidlikdən danışmış, qazanılan möhtəşəm zəfərin tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyətini vurğulamışlar.
Səfərdə iştirak edənlər Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda görülən genişmiqyaslı bərpa, tikinti işləri ilə, Zəngilan rayonunun Aşağı Ağalı kəndində yurd yerlərinə qayıdan ailələr üçün yaradılan nümunəvi şəraitlə əyani tanış olublar.


6-06-2024, 13:28
Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü


Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistanın Tavuş rayonunun Voskepar kəndindəki kilsənin yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb.
Bu barədə Tavuşdan olan jurnalist Oskan Sarkisyan məlumat yayıb.
“Bir müddət əvvəl Voskeparın 7-ci əsrə aid Surb Astvastatsin kilsəsi yaxınlığında piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb, ayağı qopub”, - deyə o yazıb.
Jurnalist bəzi detalları da təqdim edib. O bildirib ki, yaralanan həbçi MTN sərhəd qoşunlarının əsgəri, 2000-ci il təvəllüdlüdür.
“Əslən Aşotskdan olan hərbçi hazırda Noyemberyan tibb mərkəzində müalicə alır”.
Qeyd edək ki, hadisənin baş verdiyi Voskepar kəndi Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşir. Kənddə delimitasiya işləri yenicə başa çatıb.
6-06-2024, 13:15
Şəhidlər ölməz…

Şəhidlər ölməz…

Əziz oxucular, 1987-ci ildə bünövrəsi qoyulmuş Bütöv Azərbaycançı Tələbə- Gənclər qrupunun ilk üzvlərindən olan Əbdüləli Əhmədov artıq tələbəlik illərini çox geridə qoyub. Ömrünün müdriklik çağlarını yaşayan həkim dostumuzun ürəyi yenə də Bütöv Azərbaycan eşqilə döyünür. Elə bu dəfəki paylaşımı da Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarından biri haqqındadır. Həmin paylaşımı və şəhidimizin fotosunu diqqətinizə çatdırırıq:
“Salam olsun Azərbaycan xalqınin dəyərli övladlarına. Sizlərə unudulmaz bir Şəhidimiz haqqında məlumat vermək istərdim. Ölməz Şəhidimiz 1974- cü ildə Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində Əsgər atanın və Qönçə ananın ailəsində dünyaya göz açmış Abış Məmmədovdur. Qəhrəman Şəhidimiz 1988- ci ilə qədər Zeyvə qəsəbəsində orta məktəbdə təhsil almışdır. Hərbi qulluğa gedən qeyrətli eloğlumuz 1993- cü ildə I Qarabağ Müharibəsində Qubadlının müdafiəsinə qoşulub.
Elə o vaxtdan da Abışdan xəbər tutmaq mümkün olmayıb. Bir sözlə uzun illər itkin hesab olunub. Nəhayət 31 ildən sonra 03. 06.2024 tarixində qəhrəmanımızın nəşi Füzuli royonunun kütləvi məzarlığında aşkarlanıb. Şəhidlik zirvəsinə yüksəlmış dəyərli eloğlumuzun nəşi 04.06.2024 tarixində Qızıldaş qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Cəmi Şəhidlərimizə Allahdan rəhmət diləyirəm məkanları cənnət, ruhları şad olsun, Amin! Torpaq uğrunda ölən varsa o torpaq Ana Vətəndir.
Şəhidlər ölməz,
Vətən bölünməz.
Bütün Şəhidlərimizin ruhuna ehtiramla:

Əbdüləli ƏHMƏDOV
6-06-2024, 13:00
Prezident daha bir icra başçısını işdən çıxardı


Prezident daha bir icra başçısını işdən çıxardı

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olib. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.
O, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da vəzifəsindən azad edib.
6-06-2024, 12:44
Hava yenidən dəyişəcək - Yağış və dolu yağacaq


Hava yenidən dəyişəcək - Yağış və dolu yağacaq

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
6-06-2024, 12:25
Polad, daha bir 50…

Polad, daha bir 50…

Sosial medianın ən fəal və aparıcı nümayəndələrindən biri olan Polad Poladovu respublikamızda çox adam tanıyır. Qərbi azərbaycanlılar arasında isə, demək olar ki, tanımayan yoxdur. Çünki Polad bütün şüurlu həyatını Qərbi Azərbaycanın mədəni irsinin, milli-mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin, ziyalı zümrəsinin təbliğinə həsr edib. Elə bu məqsədlə də “Ellilər”(Qərbi Azərbaycan), “İrəvan”, “Qafan eli” qruplarını və bir neçə internet səhifəsi yaradaraq informasiya yayımı ilə məşğul olur. Poladın ictimai-siyasi fəaliyyəti göz qabağında olsa da, imzasını tanıtsa da, təvazökarlığından özünü tanıtmağa həvəs göstərmir.
Əziz oxucular, bu gün hamımızın sevimlisi, Qərbi Azərbaycan İcmasının formalaşmasında xüsusi xidmətləri olan, Qafan rayon icmasının qurucularından biri, cəfakeş, təəssübkeş və çoxumuzun mükəmməl informasiya mənbəyi olan Polad bəyin dogum günüdür. Bu münasibətlə onu “Bütöv Azərbaycan” ailəsi adından, özünün də bir tərəfinin mənsub olduğu Əfəndi uşağı adından və Kurud-Kirs icması adından təbrik edirik. Sağlam, uzun ömür və yorulmaz fəaliyyətində uğurlar arzulayırıq. Elə bu arzularla da Poladın qısaca tərcümeyi-halını diqqətinizə çatdırırıq.
Polad Osman oğlu Poladov 1974-cü il iyunun 6-da Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində döğulub. 8 illik təhsilini doğma kənddə alıb. Tam orta təhsili Bakı şəhərindəki 106 nömrəli məktəbdə başa vurub. Müəllim ailəsində doğulan Polad sazın, sözün sehrində böyüyüb. Beşiyi başında saz çalındığından gendən, qandan gələn milli təəssübkeşlik, fədakarlıq ruhuna da hopub. Ona görə də Vətəninə, millətinə, elinə, obasına qırılmaz tellərlə bağlanıb.
Polad Poladov 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr pilləsini, 2001-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həqiqi hərbi xidmət keçib. 2003-cü ildə baş leytenant hərbi rütbəsində ordu sıralarından tərxis olunub.
20 ildən çoxdur mülkü həyatını xeyirxah işlərə, el-obaya, dövlətə, millətə xidmətə həsr eləyib. 50 ilin aşırımından geri boylanan Polad bəyə daha bir 50 il irəli boylanmağı, doğulduğu Zəngəzura qovuşmağı arzulayırıq.

Sevgi və sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
5-06-2024, 22:24
Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu


Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.
Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!