İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
20-04-2024, 15:04
Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi


Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.
Bu barədə Rusiya KİV-ləri xəbər verib.
Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.
Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.
Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.
20-04-2024, 14:58
Vətən Qadın

VƏTƏN QADIN

Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də... Yaxası orden, medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram.
1970 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Heydər Əliyev rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilərlər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.
Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməlliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi - bütövlükdə mükəmməl idi. Bütün bunları bir arada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik, eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.
Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da. Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də. Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.
Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa, bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım, bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.

Təranə DƏMİR,
Şair-publisist.
AYB-nin və AJB-nin üzvü.
20-04-2024, 14:55
Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyandan etiraf


Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyandan etiraf

"Bir daha qeyd etmək istəyirəm ki, əlbəttə, bu qərar Azərbaycan üçün nailiyyətdir, lakin vurğulamaq istəyirəm ki, razılaşma Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşündə əldə olunmuş razılıq qərarına istinadən bildirib.
“Əslində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqlədi. Onlar təsdiq etdilər ki, demarkasiya prosesi zamanı yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən de-yure sərhəd bərpa olunur”, - deyə Paşinyan qeyd edib.
"Bu təməl daşıdır və bu təməl daşının ətrafında tikinti və yaradılma prosesini həyata keçirə bilməliyik", - Baş nazir əlavə edib.
Paşinyan onu da deyib ki, işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə qərar Ermənistanın Baganis-Kirants-Voskepar bölgəsində sahib olduğu üstünlüyü əhəmiyyətli dərəcədə azaldacaq.
“Biz Taviş bölgəsi istiqamətində razılığa gəldik, lakin biz həm də sərhədin sonrakı demarkasiyası prosesi üçün əsas prinsipi qəbul etdik, bu da o deməkdir ki, biz danışıqlar masası arxasına əyləşə və bütün mübahisəli məsələləri həll edə bilərik. Artıq əldə olunmuş razılaşmalar var”, - deyə Ermənistanın baş naziri vurğulayıb.
Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.
Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.
Qərara alınıb ki, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.
20-04-2024, 13:16
TƏBİB Əməkdar artistin ölümü barədə məlumat yaydı


TƏBİB Əməkdar artistin ölümü barədə məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-in məlumatına görə, bu gün saat 12:03-də Cavanşir Məmmədovla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
20-04-2024, 00:32
Hikmət Hacıyev ADA-da COP29-dan danışdı


Hikmət Hacıyev ADA-da COP29-dan danışdı

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.
Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri təmsil edən iştirakçılar yekun mərasim zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını dinləyiblər.
Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azad edilməsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasət kursundan və geosiyasi kimliyindən, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat yollarının kəsişməsində yerləşən ölkəmizin iqtisadi münasibətlərindən bəhs edib.
Çıxış zamanı COP29-a toxunan Hikmət Hacıyev Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsini diplomatik və siyasi cəsarətimizin təcəssümü və yaşıl enerjiyə transformsiya kimi qiymətləndirib, sonda iştirakçıların müxtəlif mövzulardakı suallarını cavablandırıb.
Mərasimdə çıxış edən ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yalnız ADA Universitetini deyil, eyni zamanda Azərbaycanı dünyaya tanıdan bir platforma olduğunu bildirib.
İştirakçıları ölkəmiz barədə öyrəndiyi bilikləri öz həmkarları ilə də bölüşməyə səsləyən Rektor Paşayev proqramda təmsil edilən ölkələrlə ADA Universitetinin əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib. Sonda çıxışçılar 18 ölkəni təmsil edən iştirakçılara sertifikatlarını təqdim ediblər, onlarla xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində aprelin 18-i Ağdama səfər edərək Cümə Məscidini, Konqres Mərkəzini, Şəhidlər Xiyabanını və digər yerləri zayarət ediblər, buradakı bərpa və quruculuq işləri ilə tanış olublar.
Əlavə edək ki, ADA Universitetinin professor-müəllim heyətinin, müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələri birhəftəlik proqram çərçivəsində iştirakçılar qarşısında mühazirələrlə çıxış ediblər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edib.
20-04-2024, 00:21
Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər


Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər

Qazax sakinləri Ermənistanın işğalında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanı böyük sevinclə qeyd ediblər.
Bir qrup sakin qərarın açıqlanmasından sonra Azərbaycan bayrağı ilə sevinc hisslərini nümayiş etdiriblər.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub.
19-04-2024, 23:36
NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi


NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək etməyə razılaşıblar.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yekunlarına dair mətbuat konfransında məlumat verib.
Baş katibin sözlərinə görə, Şuranın iclasında iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri döyüş meydanındakı vəziyyət və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyi barədə məlumatlandırıb.
“NATO-nun müdafiə nazirləri hava hücumundan müdafiəni gücləndirmək də daxil olmaqla, daha çox hərbi dəstək verməyə razılaşıblar. NATO Alyans daxilində mövcud imkanların siyahısını hazırlayıb və buna görə də mən hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni açıqlamalar gözləyirəm. Bunlar yaxın gələcəkdə Ukraynanın müdafiə qabiliyyətini artıracaq”, - deyə Stoltenberq bildirib.
O, Almaniyanın əlavə “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürmək qərarını alqışlayıb. Baş katibin qeyd etdiyi kimi, müttəfiqlər “Patriot”la yanaşı, SAMP-T zenit-raket kompleksini də ötürə bilərlər.
Mövcud sistemləri olmayan bir çox müttəfiqlər onları Ukrayna üçün əldə etmək məqsədilə maliyyə dəstəyi verməyi təklif ediblər.
“Biz təkcə hava hücumundan müdafiəni müzakirə etmədik. Müdafiə nazirləri, həmçinin Ukraynanın digər ehtiyaclarını, o cümlədən 155 mm-lik mərmilər, uzaq mənzilli imkanlar və dronları müzakirə ediblər. Hər bir NATO müttəfiqi nə təmin edəcəyinə özü qərar verəcək. Bir sıra müttəfiqlər görüş zamanı konkret öhdəliklər götürüblər və indi töhfələri yekunlaşdırırlar. Mən gözləyirəm ki, bu, tezliklə elan olunacaq", - deyə baş katib əlavə edib.
Xatırladaq ki, Rusiya işğalçılarının Ukraynaya raket və dron hücumlarını intensivləşdirməsindən sonra Prezident Volodimir Zelenski Kiyevin Ukrayna-NATO Şurasının iclasını çağıracağını açıqlamışdı.
19-04-2024, 22:37
İstanbulda torpaq sürüşməsi baş verdi


İstanbulda torpaq sürüşməsi baş verdi

İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən bir gecəqondu məhəlləsində torpaq sürüşməsi baş verib.
Bu barədə İstanbul Valiliyi açıqlama yayıb.
Məlumata əsasən, hadisə zamanı 14 tikiliyə ciddi zərər dəyib, onlardan üçü tamamilə dağılıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində bölgədən 70 nəfər təxliyə edilib. Xəsarət alan yoxdur.
19-04-2024, 22:22
“Nərimanov” stansiyasında bədbəxt hadisə


“Nərimanov” stansiyasında bədbəxt hadisə

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.
Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.
Sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib, zədə aldığı məlum olub. Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.
Qatarlararası interval pozuntusuna yol verilməyib.
19-04-2024, 21:21
Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır


Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar "X" hesabında bildirib.
"Bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir", Klaar bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!