Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
30-09-2025, 18:38
"Ailə və məktəb əməkdaşlığı gənclərin sağlam formalaşması üçün vacibdir"


"Ailə və məktəb əməkdaşlığı gənclərin sağlam formalaşması üçün vacibdir"

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva açıqlamasında ailə və məktəb tərbiyəsinin gənclərin formalaşmasında mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, hər iki institut arasında dinamik əlaqənin təmin olunması və bir-birini tamamlaması vacibdir:
“Ailə və məktəb gənclərin formalaşmasında, vətənpərvər ruhda böyüməsində birbaşa iştirak edir. Təəssüf ki, bu gün yeniyetmə və gənclər arasında narkomaniyaya aludəçilik, məktəblərdə siqaret istifadəsi, şagirdlər arasında bıçaqlanma halları kimi mənfi meyillərə rast gəlinir. Boşluqları aradan qaldırmaq üçün məktəb ilə ailə, müəllim ilə valideyn arasında körpü yaratmaq, əməkdaşlıq vacibdir. Bizim layihəmiz də məhz bu istiqamətə yönəlib və donor təşkilatın dəstəyi ilə bu il də müvəffəqiyyətlə başa çatdırılacaq”, – deyə Quliyeva vurğulayıb.
Birliyin sədri bildirib ki, milli-mənəvi dəyərlər cəmiyyəti ayaqda saxlayan və ictimai həmrəyliyi təmin edən əsas sütunlardır:
“Bu sütunlar güclü olduqda, cəmiyyət yad təsirlərdən qorunmuş olar. Prezident İlham Əliyev də andiçmə mərasimində qeyd etmişdir ki, milli-mənəvi dəyərlər sarsılmazdır və onları möhkəmləndirmək bizim əlimizdədir”, – deyə Könül Quliyeva əlavə edib.

Pərvanə Fərhadqızı
30-09-2025, 18:37
Baş katibin müavini Hikmət Hacıyevin qəbulunda


Baş katibin müavini Hikmət Hacıyevin qəbulunda

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı, eləcə də üzv dövlətlərdən gəlmiş nümayəndə heyətlərini qəbul edib.
Bu barədə TDT-nin "X" hesabında bildirilib.
Görüş Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin XI toplantısı çərçivəsində keçirilib.
30-09-2025, 18:30
Prezidentlərin təkbətək görüşü keçirildi


Prezidentlərin təkbətək görüşü keçirildi

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü keçirilib.
30-09-2025, 18:20
İtaliya Prezidentinin qarşılaşma mərasimi olub


İtaliya Prezidentinin qarşılaşma mərasimi olub

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.
30-09-2025, 18:07
Yeni general Anar İsmayılov kimdir?


Yeni general Anar İsmayılov kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.
Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.
52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.
Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir.
30-09-2025, 17:51
Cabir İmanov son mənzilə yola salındı


Cabir İmanov son mənzilə yola salındı

Əməkdar artist Cabir İmanov bu gün doğmalarının, sənət dostlarının və sənətsevərlərin müşayiəti ilə son mənzilə yola salınıb.
Əməkdar artistlə vida mərasimi əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimini Xalq artisti Murad Dadaşov açaraq, bu ağrılı anların nə qədər çətin və sarsıdıcı olduğundan bəhs edib. O, Cabir İmanovun Azərbaycan mədəniyyətində oynadığı roldan, onun dəyərli insani və sənətkar keyfiyyətlərindən söz açıb.
Mərhumun qardaşı Tahir İmanov da çıxış edərək qardaş itkisi ilə barışmağın nə qədər çətin olduğunu dilə gətirib:
“Hər kəs atadan, anadan yetim qalar deyirlər, amma mən qardaşdan yetim qaldım”,- deyə o söyləyib.
Həyatı boyu səhnədə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Cabir İmanovun vəfatı mədəniyyət ictimaiyyəti üçün ağır itki olub. Mərasimdə Mənsum İbrahimov, Elməddin Cəfərov, Fatma Mahmudova, Dilarə Əliyeva, Nicat Rəhimov və digər sənət adamları iştirak ediblər. Onlar Cabir İmanovun sənətə verdiyi töhfələrdən, yüksək mənəvi dəyərlərindən və səhnə arxasındakı sadə, səmimi münasibətindən danışıblar.
Səssiz hüzn içində keçən vida anları onun sənətdə buraxdığı dərin izləri bir daha xatırladıb.
Vida mərasimi başa çatdıqdan sonra Cabir İmanovun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
30-09-2025, 17:41
Qriqoryan ABŞ səfiri ilə 8 avqust Memorandumunu müzakirə etdi


Qriqoryan ABŞ səfiri ilə 8 avqust Memorandumunu müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib.
Tərəflər avqustun 8-də Vaşinqtonda Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
30-09-2025, 17:33
Ermənistan və Türkiyə nazirləri görüşdülər


Ermənistan və Türkiyə nazirləri görüşdülər

Sentyabrın 30-da Belqradda keçirilən RISE 2025 konfransı çərçivəsində Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.
Görüş zamanı sosial müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Tərəflər iki ölkənin sektoral prioritetlərini və bu sahələrdə həyata keçirilən işləri müzakirə ediblər. Bu kontekstdə sosial xidmətlərin çeşidinin genişləndirilməsinin və keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıblar.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunaraq, sektor əməkdaşlığının da buna töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
30-09-2025, 17:23
Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq


Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, Oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
"Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək".
30-09-2025, 17:18
Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı


Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı

Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi, BMT-nin humanitar koordinatoru Ramiz Ələkbərov təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.
O, Qəzzadakı vəziyyəti “son onilliklərin ən ağır faciəsi” adlandırıb.
Ramiz Ələkbərovun sözlərinə görə, 22 aydır davam edən müharibə nəticəsində minlərlə insan həlak olub, bölgədə humanitar böhran yaşamır.
O qeyd edob ki, münaqişə başlayandan bəri 240-dan çox jurnalist öldürülüb. BMT rəsmisi, həmçinin 50 girovun hələ də HƏMAS-ın əlində olduğunu və onların ağır şərtlərdə saxlanıldığını bildirib.
Ramiz Ələkbərov xəbərdarlıq edib ki, Qəzza ərazisinin 86 faizi hərbi zonaya çevrilib və aclıq sürətlə yayılır. Onun sözlərinə görə, İsrailin buraxdığı məhdud humanitar addımlar vəziyyəti yüngülləşdirmir.
O, beynəlxalq ictimaiyyəti təcili olaraq atəşkəsə nail olmağa və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!