Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
26-09-2025, 19:34
Toyda zəhərlənənlərin sayı 70-i keçdi


Toyda zəhərlənənlərin sayı 70-i keçdi

İmişli rayonunda zəhərlənənlərin sayı 74-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.
26-09-2025, 19:22
Yeni diplomat Azərbaycanla tanışlıq üçün Atəşgaha getdi


Yeni diplomat Azərbaycanla tanışlıq üçün Atəşgaha getdi

ABŞ-nin Azərbaycandakı Səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlon ölkəmizin mədəniyyəti ilə tanışlıq məqsədilə ilk olaraq Atəşgah məbədini seçib.
Bu barədə səfirliyin feysbuk hesabında paylaşım edilib.
Bununla yanaşı, paylaşımda E.Karlonun məbəddə lentə alınan ilk videomüraciəti də yer alıb.
ABŞ-nin Azərbaycandakı yeni missiyasının rəhbərinin müavini öz videomüraciətində iki ölkənin 30 ildən çoxdur tərəfdaş olduğunu diqqətə çatdırıb: “Biz birlikdə terrorizmlə mübarizə aparmışıq, enerji təhlükəsizliyini inkişaf etdirmişik və hər iki ölkə üçün rifah yaratmışıq”.
Onun sözlərinə görə, Azərbaycan və ABŞ üçün tarixi bir anda ölkəmizdə olmaq onun üçün böyük şərəfdir: “Ağ Evdə avqustun 8-də sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz bölgəsi üçün cəsarətli yeni bir səhifənin başlanğıcını qoydu. ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmağa yardım etməyə sadiqdir. Bu sülh yolunu möhkəmləndirməklə Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu da özlüyündə gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir.
Vaşinqtonda prezidentlər Donald Tramp və İlham Əliyevin imzaladığı Anlaşma Memorandumu ABŞ-Azərbaycan strateji tərəfdaşlığının yaradılması istiqamətində ilk addımdır və ümid edirik ki, bu, ortaq maraq doğuran məsələlər üzrə əlaqələndirməni gücləndirəcək”.
Diplomat vurğulayıb ki, növbəti 3 il ərzində məqsədi iki ölkə arasında münasibətləri daha da gücləndirmək, regionda sülh prosesini dəstəkləmək, həm amerikalılar, həm də azərbaycanlılar üçün faydalı olacaq ortaq iqtisadi imkanları təşviq etməkdir.
26-09-2025, 19:05
Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri bu şəxsə keçir


Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri bu şəxsə keçir

SOCAR-ın İnvestisiya departamentinin sabiq direktor müavini Adnan Əhmədzadənin həbsindən sonra onun Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb.
Bu barədə “Haqqın.az” məlumat yayıb.
Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır.
Nəşr şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyini açıqlayıb.
Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb.
Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.
26-09-2025, 19:00
Güclü külək məktəbin darvazasını aşırdı


Güclü külək məktəbin darvazasını aşırdı

Güclü külək 20 nömrəli məktəb-liseyin Parlament prospektinə tərəf çıxışındakı darvazanı aşırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
26-09-2025, 18:51
Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ


Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı NATO, Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyətlə bağlı sərt açıqlamalar verib.
O, partiyaya yaxın “Türkgün” qəzetinə müsahibəsində bildirib ki, əgər NATO Ankaranın maraqlarını nəzərə almırsa, Türkiyə “həm Şərqə, həm də Qərbə baxmalıdır”.
Bağçalının sözlərinə görə, NATO üzvlüyü yalnız blok daxilində hücumlardan müdafiə ilə məhdudlaşmamalıdır:
“Bəzi müttəfiqlər Türkiyənin həyati prioritetlərini görməzdən gəlir. Cəmiyyətdə də buna qarşı etiraz artır. Türkiyənin təhlükəsizlik sahəsində təxirəsalınmaz ehtiyacları var”.
MHP lideri ABŞ, Qərb və İsrailin Suriyada atdığı addımların bölgədə sabitliyi pozduğunu, orada “ikinci İsrail” yaratmaq cəhdləri olduğunu bildirib.
O qeyd edib ki, İsrail hökuməti hazırda eyni vaxtda altı dövlətə - Fələstin, Livan, Yəmən, İran, Suriya və Qətərə qarşı aqressiv siyasət yürüdür və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Vaşinqton bu prosesə tam dəstək verir.
Bağçalı, həmçinin Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasında maraqlı olduğunu vurğulayıb:
“Türkiyə tarixi boyunca məzlum xalqların taleyinə diqqət göstərib və öz tarixi missiyasına uyğun hərəkət etməyə hazırdır”.
MHP sədri qlobal güc mərkəzlərinin Asiyaya yönəldiyini, Rusiyanın sarsıntılara baxmayaraq hərbi-siyasi qüvvə kimi qaldığını qeyd edib. O, Türk dünyasını və Türk Dövlətləri Təşkilatını Avrasiya mərkəzində mühüm beynəlxalq aktor kimi qiymətləndirib.
26-09-2025, 18:30
Şuşa 31 milyona 12 bina tikiləcək - şirkət məlum oldu


Şuşa 31 milyona 12 bina tikiləcək - şirkət məlum oldu

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tenderlərin nəticələrini açıqlayıb.
Birinci tenderdə Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi işləri nəzərdə tutulur.
Tenderin qalibi "Crystal İnşaat" ASC (VÖEN: 1603491051) olub. Qalib şirkətə 16 milyon 675 min 260,66 manat ödəniləcək.
Həmçinin Şuşa şəhəri D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikinti işləri üzrə keçirilən tenderin qalibi də "Crystal İnşaat" ASC olub. Qalib şirkətlə 14 milyon 176 min 846,46 manat dəyərində müqavilə bağlanıb.
İki tenderin ümumi dəyəri 30 milyon 852 min 107,12 manatdır.
Şirkət bundan əvvəl “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin 6 milyon 50 min manatlıq Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi ilə bağlı tenderin qalibi olub.
Qeyd edək ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.
26-09-2025, 17:38
Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan


Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan

“Mən təklif edirəm ki, Serj Sarkisyan və Robert Köçəryan uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları kimi siyasətdən getdiklərini elan etsinlər”.
Bunu sentyabrın 26-da parlamentdə jurnalistlərlə söhbətində vitse-spiker Ruben Rubinyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə küçəyə toplaşan izdihamı xatırladaraq deyib.
"Mən təklif edirəm ki, “Daşnaksütyun” özünü ləğv etsin, çünki o, 004 saylı sirkulyarında məqsədinin Ermənistanın müstəqilliyindən imtina etmək olduğunu qeyd edən bir partiyadır. Bu barədə sonra danışacağıq. Xalq bizim hakimiyyətdə olmağımızı istəmədiyini söyləyəndə, iqtidardan gedəcəyik. Mexanizm hamıya məlumdur - seçkilər", - Rubinyan bildirib.
R.Rubinyan deyib ki, keçmiş iqtidar korrupsiyaya uğramasaydı, Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmazdı.
“Hələ Baş Prokurorluğun Robert Köçəryan və onun ailəsindən tələb etdiyi, təxminən 200 milyon dollar dəyərində olan çoxsaylı aktivləri demirəm. O, mütləq ödəyəcək”.
26-09-2025, 17:10
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət


Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
26-09-2025, 17:02
Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı


Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı

Lənkəranda ahıl şəxsin təqaüd kartından pul oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.
Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
26-09-2025, 16:43
Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin nəzərinə


Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin nəzərinə

Məlum olduğu kimi, Microsoft şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatır. Bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, mövzular və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr 2025-ci il tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10”la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!