Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
1-02-2026, 09:58
Liviyada qum fırtınası - Məktəblər bağlandı


Liviyada qum fırtınası - Məktəblər bağlandı

Qum fırtınası səbəbilə Liviyanın Misrata, Zliten, Zuvara, əl-Cəmil, Zaltan və əl-Cədidə şəhərlərində təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.
Səhiyyə Nazirliyinin tabeliyindəki Liviya Təcili Yardım Bölməsi ölkənin mərkəzi və qərb bölgələrindəki bütün şöbələrə xəbərdarlıq edib.
Paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanında qum fırtınası səbəbilə uçuşlar ləğv olunub.
1-02-2026, 09:32
Nə İrana, nə də ABŞ-yə müharibə lazımdır - Pezeşkian


Nə İrana, nə də ABŞ-yə müharibə lazımdır - Pezeşkian

Nə ABŞ, nə də İran Yaxın Şərqdə növbəti müharibədən qazanacaq və bu, bütün regionu gərginləşdirəcək.
İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında bildirib.
"İran İslam Respublikası müharibəyə can atmayıb, can atmır, müharibənin İranın, ABŞ-nin və ya regionun maraqlarına uyğun olmayacağına tam əmindir", - o, qeyd edib.
Pezeşkian həmçinin ümid etdiyini bildirib ki, Vaşinqton Tehranı təhdid və güc yolu ilə danışıqlara məcbur etməyin mümkünsüzlüyünü anlayıb. "İran İslam Respublikasının ərazisinə hər hansı təcavüz və ya hücumun qətiyyətli və səlahiyyətli cavabla qarşılanacağı aydındır, lakin İran diplomatik həllər axtarmağa davam edir", - o əlavə edib.
1-02-2026, 09:17
Tovuzda 32 yaşlı şəxs kafedə BIÇAQLANDI


Tovuzda 32 yaşlı şəxs kafedə BIÇAQLANDI

Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 32 yaşlı şəxs kafedə bıçaqlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
1-02-2026, 09:10
İran ABŞ ilə ciddi danışıqlar aparır - Tramp


İran ABŞ ilə ciddi danışıqlar aparır - Tramp

İran ABŞ ilə ciddi danışıqlar aparır.
Bunu ABŞ Prezidenti Donald Tramp Floridaya uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.
"Onlar bizimlə ciddi danışıqlar aparırlar", - Prezident deyib.
31-01-2026, 23:08
Milli Azərbaycan Tarixi muzeyində  M.Ə.Rəsulzadənin anadan olmasının 142-ci ildönümü


Milli Azərbaycan Tarixi muzeyində
M.Ə.Rəsulzadənin anadan olmasının 142-ci ildönümü


Yanvarın 30-da Milli Azərbaycan Tarixi muzeyində “Rəsulzadə ev muzeyi ictimai qrup”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, istiqlal məfkurəsinin daşıyıcısı və Azərbaycançılıq ideologiyasının banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə elmi tədbir keçirildi. Həmin gün elmi tədbirdə təşkil olunan sərgiyə də baxış keçirildi. Sərgidə tarixçi alim Dilqəm Əhmədin şəxsi kolleksiyasından Məhəmməd Əmin Rəsulzadəyə aid eksponatlar və onun müəllifi olduğu kitablar təqdim olundu.
Öncə Azərbaycan Dövlət Himni oxundu. Sonra tarix üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi muzeyinin direktoru Nailə Vəlixanlı çıxış etdi. Nailə Vəlixanlı çıxışında tədbirin Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə keçirildiyini qeyd etdi. Polşanın Varşava Universitetinin şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru və Polşanın Azərbaycan Araşdırmalar Mərkəzinin müdiri Şəhla Kazımova M.Ə.Rəsulzadənin Avropa mühacirəti ilə bərabər “M.Ə.Rəsulzadə mühacirətdə - fikir və missiya, seçim, yoxsa zərurət?” mövzusunda məruzə ilə çıxış etdi. O, 2007-2010-cu illərdə araşdırmalar apararkən M.Ə.Rəsulzadə ilə bağlı apardığı tədqiqatlarda xeyli sayda arxiv sənədləri ilə qarşılaşdığını söylədi. Yazdığı kitabda M.Ə.Rəsulzadənin Avropadaki fəaliyyətindan danışarkən, M.Ə.Rəsulzadənin bu fəaliyyətinin missiya olaraq davam etdiyini xüsusi olaraq vurğuladı. Şəhla Kazımova bildirdi ki, “ bu günki məruzəmin də əsas məqsədi M.Ə.Rəsulzadənin mühacirətini tarixi hadisə kimi yox, ideoloji, mənəvi və missiya kimi təhlil etməkdir.”
Təqiqatçı alim Şəhla Kazımova tədbir iştirakçılarına məruzə ətrafında “Polşa baxışı: Mətbuat əsas amil kimi”, “Yalnız qalan ideya: Rəsulzadə Türkiyə ilə Polşa arasında”, “Varşava-Berlin xətti:Təbliğat və mübarizə”və digər mühim məsələlər haqqında ətrafl məlumatlar verdi. Tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxışında xüsusi bir məqamı qeyd etdi ki, “Azərbaycan tarixşünaslığında Rəsulzadəşünaslıq istiqaməti artıq formalaşıb. Solmaz Tohidi sonra vurğuladı ki, “Cümhuriyyət tarixçiləri könüllü olaraq o tarixi araşdırmağa başlayıblar.2019-cu ildən biz konkret vəzifə qoyduq ki, M.Ə.Rəsulzadənin ev muzeyi olsun, tədbirlər keçirək. Muzeydə araşdırma mərkəzi yaradılsın. Hazırda iki kitab nəşr olunub. Bu gün M.Ə.Rəsulzadə irsini sistemli şəkildə geniş araşdırmalıyıq. Şəhla xanım da o araşdırmaçılardan biridir. Polyak əsilli Amerikalı alim Tadeuş Svetoxovski də Şəhla xanımın elmi rəhbəri olub.” Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə çıxışında M.Ə.Rəsulzadənin İ.Stalinə yazdığı məktubu xatırladı.O, qeyd etdi ki, “o illərdə M.Ə.Rəsulzadə dövlət başında, nazir də ola bilərdi. Ancaq hamısından imtina etmişdi. Stalin də deyirdi ki, “nə deyirəmsə M.Ə.Rəsulzadə hamısından imtina edir.” M.Ə.Rəsulzadənin siyasəti başqaydı. 1926-cı ildə Bakıda birinci Türkoloji qurultay keçirilmişdi. Sonradan qurultayda iştirak edənlər güllələndilər.

Onların hamısını yox etdilər.” Rais Rəsulzadə babası M.Ə.Rəsulzadənin gördüyü mühim işləri tariximizin şanlı səhifəsi adlandırdı. O, çıxışının sonunda Milli Azərbaycan Tarixi muzeyinin direktoru Nailə Vəlixanlıya, dəyərli qonaqlara, tədbir iştirakçılarına təşəkkür etdi. Tədbirdə ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin M.Ə.Rəsulzadənin yaşadığı binaya virtual xatirə lövhəsi vurulması layihəsi təqdim olundu. Vahid Mustafayev söylədi ki, “M.Ə.Rəsulzadənin virtual ev muzeyinə yaşadığı məkandan asılı olmayaraq daxil olmaq mümkündür. Xatirə lövhəsi üzərində Azərbaycanın xəritəsinin, üç rəngli bayrağımızın təsviri də verilib.”
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında M.Ə.Rəsulzadə irsinin tədqiqinə görə xidmətləri olan alimlərə təşəkkür etdi. O, bildirdi ki, “həqiqətən real düşünən, ən siyasi xətti götürən, bəşəri prinsiplərə söykənən M.Ə.Rəsulzadədir. Arxiv sənədlərinin təsdiqlənməsi də ən dəyərli mənbələrdir. M.Ə.Rəsulzadə çox tədqiq olunmalı, çox araşdırılmalıdır. M.Ə.Rəsulzadə bütün Azərbaycana məxsusdu.” Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış edərək söylədi ki, “M.Ə.Rəsulzadənin ev muzeyi virtual olaraq mövcuddur, 8 min ziyarətçisi vardır. Ev muzeyi açılsa belə missiya, Rəsulzadə irsini öyrənmək, tədqiq etmək və təqdim etməkdir. Rəsulzadə irsini ümumi öyrənsək də, öyrənmək baxımından zəngin material vardır.” Firdovsiyyə Əhmədova sonra qeyd etdi ki, “onun varlığı da missiya deməkdi. Rəsulzadə irsində vətəndaş kimliyi, hüquqları əsasdır. M.Ə.Rəsulzadə həm də real siyasətçi idi. Onu bütöv Azərbaycanın dəyəri kimi də tədqiq edirik.”
Tədbir istirakçilarinin diqqətinə Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın təbriki də çatdırıldı.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, xatirə şəkli çəkildi.

Təranə CƏBİYEVA
31-01-2026, 18:27
Komitə sədri Leyla Calalovanı təbrik edib


Komitə sədri Leyla

Calalovanı təbrik edib


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qərbi Azərbaycan İcmasının üzvü, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanı təbrik edib.
Təbrik məktubunda deyilir:
"Sizi – Qərbi Azərbaycan mövzusunun elmi araşdırılması, tarixi yaddaşın qorunması və ictimai platformalarda ardıcıl təbliği ilə seçilən tarixçi-alimi – əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, habelə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının və Dərələyəz (Keşkənd) icmasının fəal üzvü olaraq, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə apardığınız tədqiqatlar, özəlliklə Azərbaycanın xanlıqlar dönəminə dair araşdırmalarınız elmi obyektivlik və mənbə əsaslı yanaşma ilə seçilir. İctimai fəaliyyətiniz, bir alim olaraq gördüyünüz işlər, ümumən milli-mənəvi dəyərlərimizin yaşadılması və tarixi ədalətin bərpası yönündə çalışmalarınız təqdirəlayiqdir.
Qərbi Azərbaycana qayıdış platformasında “Yurdun Səsi” qəzetində və “İz” jurnalında redaksiya fəaliyyətiniz, eləcə də “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” (Bakı, 2025) adlı monoqrafiyanız bu hərəkatın elmi-intellektual əsaslarının möhkəmlənməsinə sanballı töhfədir. Bu fəaliyyətlər ictimai şüurun formalaşmasına, milli yaddaşın sistemli şəkildə cəmiyyətə çatdırılmasına xidmət edir.
Əlamətdar yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, elmi və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!"

31-01-2026, 18:20
Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb


Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb

Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.
Hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.
Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.
C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.
C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verən də isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.
Buna görə də ər-arvad arasında dava başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.
31-01-2026, 18:10
Azərbaycan opera kollektivi dünya səhnəsində


Azərbaycan opera kollektivi dünya səhnəsində

Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq.
Tamaşa əsas partiyada Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcək. Eyni zamanda səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək.
Azərbaycan kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir.
Qeyd edək ki, bu opera evi Ərəb dünyasında ölçüsünə görə ikinci ən böyük opera teatrı hesab olunur.
Dünya opera irsinin tanınmış əsərlərindən olan “Toska” operasının Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.
Tamaşada Floriya Toska rolunu italyan soprano Carmen Giannattasio, Mario Kavaradossi rolunu tenor Yusif Eyvazov, Baron Skarpia rolunu isə tanınmış bariton Ambrogio Maestri ifa edir. Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rollarda çıxış edərək səhnə heyətinin bədii bütövlüyünü təmin edirlər.
Tamaşanın səhnə quruluşu Davide Livermore, musiqi rəhbərliyi isə dirijor Fabio Mastrancelonun rəhbərliyi ilə həyata keçirilir.
Xatırladaq ki, “Royal Opera House Muscat” Sultan Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.
31-01-2026, 17:53
"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM


"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
"Qarabağ" Futbol Klubu özünün Facebook səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
"Neftçi" klubunun da Facebook hesabında anoloji paylaşım edilib:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.
31-01-2026, 17:48
Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır


Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır

ABŞ Ədliyyə Nazirliyi tərəfindən pedofiliya və seks alverində ittiham olunan məşhur maliyyəçi Ceffri Epşteyn haqqında açıqlanan dosyedə Prezident Donald Trampı 13 yaşlı qıza təcavüz etməkdə ittiham edən ifadələr də yer alır.
Açıqlanan sənədə görə, zərərçəkmiş ifadə verərək, Trampın ona 13 yaşında ikən təcavüz etdiyini iddia edib.
İddiaçı deyib ki, Trampa qarşı oral seks etməyə məcbur edilib. İfadəyə görə, zərərçəkmiş Trampı dişləyib və vəziyyətə gülüb, Tramp isə onun üzünə yumruq vurub.
Bu arada, “The Independent” qəzeti hesablayıb ki, Epşteyn dosyesinin son nəşrində Trampdan 3000 dəfədən çox bəhs olunub.
Ümumilikdə, cümə günü 2000-dən çox video və 180.000 şəkil daxil olmaqla üç milyon səhifədən çox sənəd yayımlanıb. Bunların sonuncu olması gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!