Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
11-02-2026, 20:40
Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib


Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın münaqişənin həlli üçün Rusiya ilə danışıqların növbəti mərhələsini təşkil etmək təklifini qəbul etdiyini açıqlayıb.
Yeni müzakirələr gələn həftənin əvvəlində — fevralın 17-si və ya 18-i baş tuta bilər.
Gündəmdə əsas məsələ ABŞ-ın Donbas ərazisində azad iqtisadi zona yaradılması təşəbbüsü olacaq. Zelenski bildirib ki, həm Kiyev, həm də Moskva bu ideyaya ehtiyatla yanaşır.
“Tərəflərdən heç biri azad iqtisadi zona ideyasını tam dəstəkləmir — nə ruslar, nə də biz. Fikir ayrılıqlarımız var,” — deyə Ukrayna lideri əlavə edib.
Hazırda Rusiyanın ABŞ-a nümayəndə göndərib-göndərməyəcəyi hələ dəqiq məlum deyil. Ötən mərhələdəki məsləhətləşmələr BƏƏ-də həyata keçirilib.
11-02-2026, 20:16
Gəncədə 20 yaşlı oğlanı döyüb, kəsici alətlə xəsarət yetiriblər


Gəncədə 20 yaşlı oğlanı döyüb, kəsici alətlə xəsarət yetiriblər

Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
11-02-2026, 19:47
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb


Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
11-02-2026, 19:19
İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi


İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən və barəsində cinayət məcəlləsinin 234.1.1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilərək barəsində hökm çıxarılan İlhamə Elşadqızı birinci instansiya m əhkəməsinin qərarından kassasiya şikayəti verib.
Kassasiya şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Məhkəmənin ilk hazırlıq iclası fevralın 20-də keçiriləcək.
Qeyd edək ki, İlhamə Elşadqızı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə yekun prosesdə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Birinci instansiyanın qərarından apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.
Xatırladaq ki, İlhamə Elşadqızı "TikTok" əməliyyatları çərçivəsində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. O, aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
11-02-2026, 19:11
Paşinyan: "Metsamor AES-in istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər"


Paşinyan: "Metsamor AES-in istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər"

“Hazırda Ermənistan Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindədir. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il artırılması gözlənilir”.
Bunu hökumət saatı çərçivəsində parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Hazırda biz Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindəyik. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il – yəni 2046-cı ilə qədər uzadılması nəzərdə tutulur”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu müddət ərzində hökumət yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul etməlidir. Ermənistan yeni nüvə reaktoru məsələsini Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə edir.
“Biz bu məsələni bütün tərəfdaşlarımızla müzakirə edirik. Bu qərar strateji əhəmiyyət daşıyır. Qərar qəbul edərkən əmin olmalıyıq ki, hansı təklif Ermənistan Respublikasının maraqlarına daha uyğundur”, – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, atom energetikası bazarının keyfiyyətli və dəqiq araşdırılması problemi mövcuddur. Hazırda Metsamor AES-də istehsal olunan elektrik enerjisinin tarifi Ermənistanın enerji sistemində ən aşağı səviyyədədir.
Qlobal tendensiyalara toxunan Paşinyan bildirib:
“Mövcud qiymətləndirmələrə görə, hazırda məlum olan nüvə yanacağı ehtiyatları təxminən 70 il üçün kifayətdir. Bu isə o deməkdir ki, 40 ildən sonra atom enerjisinin 1 kVt·saatının neçəyə başa gələcəyini hesablamaq lazımdır. Burada iqtisadi məqsədəuyğunluq məsələsi də ortaya çıxır. Sual ondan ibarətdir ki, qiymət necə olacaq?”
O vurğulayıb ki, atom elektrik stansiyasının tikintisi üçün qoyulan investisiyaların geri qaytarılmasını təmin edən iqtisadi-maliyyə modeli hazırlanmalıdır. Ermənistanı qərarın tez qəbuluna təşviq edən tərəfdaşlar da var.
“Bütün hörmətlə yanaşı, biz bütün bu məqamları dərindən anlamalıyıq. Tutaq ki, 4–6 milyard dollar sərmayə qoyduq, atom elektrik stansiyası tikdik və uranın qiyməti 4–5, hətta 10 dəfə artdı. Nüvə yanacağının qiyməti yüksəlməyə başlasa, bu, layihənin iqtisadi səmərəliliyinə necə təsir edəcək?” – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, bunlar geniş və detallı müzakirə tələb edən ciddi məsələlərdir.
11-02-2026, 18:31
İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI


İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında aktivliyin artdığına dair yeni peyk görüntüləri yayılıb.
“Reuters”in təhlilinə əsasən, ABŞ qüvvələri Qətərdə yerləşən Əl-Udeyd Hərbi Hava Bazası ərazisində “Patriot” hava hücumundan müdafiə raketlərini mobil yük maşınlarına yerləşdirib. Bu addım raketlərin daha sürətli hərəkət etdirilməsi və mümkün hücum və ya əks-hücum ssenarilərində operativ istifadə imkanını artırır.
Məlumata görə, "Patriot" sistemləri M983 HEMTT tipli hərbi maşınlara quraşdırılıb. Analitiklər bildirirlər ki, raketlərin sabit platformalar əvəzinə mobil qurğularda saxlanması bölgədə risklərin artdığını göstərir.
Peyk şəkilləri yanvarın ortası ilə fevralın əvvəli arasında regiondakı ABŞ bazalarında təyyarə və hərbi texnika sayının artdığını ortaya qoyur. Əl-Udeyddə RC-135 kəşfiyyat təyyarəsi, C-130 və C-17 hərbi nəqliyyat təyyarələri, eləcə də KC-135 yanacaqdaşıyan təyyarələrin sayında artım qeydə alınıb. Eyni zamanda İordaniyadakı "Muwaffaq Salti" aviabazası ərazisində F-15E, A-10 və elektron müharibə təyyarələrinin yerləşdirildiyi müşahidə olunub.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə və ballistik raket proqramı ilə bağlı sərt bəyanatlar səsləndirib. Tehran isə mümkün zərbə halında regiondakı ABŞ bazalarına cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Peyk görüntülərində İranın “Şahid Bageri” pilotsuz aparat daşıyan gəmisinin Bəndər-Abbas yaxınlığında göründüyü də qeyd olunur. Hər iki tərəfin hərbi hazırlıqları fonunda regionda gərginlik artmaqda davam edir.













11-02-2026, 18:16
Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır!


Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır!

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı biznes nümayəndələrinə müraciət edərək Azərbaycan üzərindən ixrac üçün dəmir yolu marşrutunun açıq olduğunu bəyan edib.
O bildirib ki, Ermənistan biznesi bu faktı nəzərə almalı və yeni imkanları qiymətləndirməlidir.
Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı ən yüksək səviyyədə təminatlar mövcuddur.
Baş nazir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir gün əvvəl çıxışında Azərbaycanın tranzit və yükdaşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdığını, həmçinin Azərbaycanın artıq Ermənistana neft məhsulları ixracına başladığını açıqlayıb. Ermənistan hökumət başçısı qeyd edib ki, bu addımlar faktiki olaraq iki ölkə arasında ticarət və əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər.
O əlavə edib ki, Ermənistan yaxın günlərdə ABŞ tərəfinə “Tramp marşrutu” adlandırılan layihə üzrə saziş layihəsinə dair öz müşahidələrini təqdim edəcək. Onun sözlərinə görə, hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma prosesi aparılır.
Paşinyan çıxışında Ermənistanın yeni atom elektrik stansiyasının inşası məsələsinə də toxunub. O bildirib ki, rəsmi İrəvan hələ də hansı model üzrə stansiya tikiləcəyinə dair yekun qərar verməyib. Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda Paşinyan ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə ümumi dəyəri 9 milyard dollar olan Amerika istehsalı modul reaktorları üzrə (yanacaq və servis xidmətləri daxil olmaqla) saziş imzalayıb.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir və yekun qərar ölkənin maraqlarına ən uyğun olan layihənin xeyrinə veriləcək.
11-02-2026, 18:00
Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib


Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.
Bu barədə Şuradan məlumat verilib.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul etmişdir.
İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.
11-02-2026, 17:58
Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident


Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident

“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.
Bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib.
11-02-2026, 17:51
Türkiyə parlamentində dava - Deputat xəsarət aldı


Türkiyə parlamentində dava - Deputat xəsarət aldı

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.
Davaya səbəb Akın Gürlekin ədliyyə naziri kimi and içməsi olub.
Belə ki, CHP-li deputatlar keçmiş prokurorun siyasətlə məşğul ola bilməyəcəyini bildiriblər.
AK Partiyanın fraksiya sədrinin müavini Abdülhamit Gül isə buna cavab olaraq andiçmə mərasiminin baş tutmalı olduğunu vurğulayıb. Bundan sonra gərginlik artıb.
Akın Gürlek hərəkət etdiyi zaman bəzi AK Partiyalı deputatlar onun ətrafını əhatəyə alıblar. Ardınca CHP-li deputatlarla AK Partiyalı deputatlar arasında yumruq davası baş verib. CHP-dən Mahmut Tanal ilə AK Partiyadan Osman Gökçek arasında qarşılıqlı yumruqlaşma yaşanıb.
Hadisə zamanı tribunaya doğru iki ədəd Konstitusiya kitabçası atılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!