I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI .....                        Ərdoğanla Paşinyan birgə bəyanat verəcək .....                        İran yenidən İsraili vurdu .....                        Müdafiə haqqında qanun dəyişir .....                        Parlamentin növbəti plenar iclasının gündəliyi .....                        Putinə dedim ki, öz problemlərini həll et - Tramp .....                        Solovyovun təxribatçı açıqlamasına rəsmi reaksiya .....                        DİN-dən küçə ticarəti ilə məşğul olanlara çağırış .....                        Qəza aradan qaldırılır - Bakıya su bu tarixdə veriləcək .....                       
2-04-2025, 16:55
Cinsi zorakılığa məruz qalmış uşaqlarla bağlı yeni qərar


Cinsi zorakılığa məruz qalmış uşaqlarla bağlı yeni qərar

Uşaq hüquqlarının həyata keçirilməsinin uşaqların təhlükəsizliyinin təmini sahəsində təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyənləşib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Müvafiq orqanlar tərəfindən cinsi istismarın və cinsi zorakılığın qurbanı olan uşaqların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin təşkili, cinsi istismar və ya cinsi zorakılığa məruz qalmış uşaqlarla işləyən mütəxəssislərin hazırlanması, doğumun qeydiyyatı, doğumu qeydiyyata alınan 5 yaşadək uşaqların sayı və uşaqların ümumi sayında faizlə nisbəti və uşaq alverinin qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər bu meyarlar sırasına daxil edilib.
2-04-2025, 16:50
Pezeşkian İlham Əliyevə məktub göndərdi


Pezeşkian İlham Əliyevə məktub göndərdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.
Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".
2-04-2025, 16:42
Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı


Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı

Türkiyəli aktrisa Aybüke Pusat TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.
Bu barədə kanalın özü məlumat yayıb.
Bildirilib ki, aktrisanın serialdan uzaqlaşdırılmasına səbəb onun boykot çağırışları ilə bağlı paylaşım etməsidir.
"Bir siyasi qrupun öz siyasi məqsədləri üçün irəli sürdüyü boykot çağırışında vəsilə olmaq TRT-nin prinsiplərinə, ictimai yayım anlayışına və peşəkarlığına açıq şəkildə ziddir. Bu kontekstdə TRT 1-də yayımlanan “Teşkilat” serialında rol alan aktrisanın paylaşımları TRT-nin institusional prinsipləri ilə tamamilə uyğun gəlmir. Sözügedən şəxs “Teşkilat” serialının izləyicilərini məyus edən paylaşımlara görə serialdan uzaqlaşdırılıb", - açıqlamada bildirilir.
Qeyd edək ki, Aybüke “Teşkilat” serialında “Neslihan” obrazını canlandırırdı.
2-04-2025, 16:37
FHN-in bu səlahiyyəti ləğv edildi


FHN-in bu səlahiyyəti ləğv edildi

Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq.
İndiyə qədər bu işi ETSN Fövqəladə Hallar Nazirliyi (FHN), "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" və “Azərenerji” ASC-lərin iştirakı ilə hazırlayırdı.
Bundan başqa, ADSEA ETSN və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemlərini təsdiq edəcək.
2-04-2025, 16:30
Prezident təhsil sazişini təsdiqlədi


Prezident təhsil sazişini təsdiqlədi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Somali Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.
2-04-2025, 16:15
Ukrayna ABŞ-dan nadir metallar müqaviləsinin yeni versiyasını alıb


Ukrayna ABŞ-dan nadir metallar müqaviləsinin yeni versiyasını alıb

Ukrayna ABŞ-dan nadir torpaq metalları müqaviləsinin yeni versiyasını alıb. Kiyev sənədin müvafiq versiyasını diplomatik kanallar vasitəsilə martın 28-də alıb.
Ukrayna mətbuatında dərc olunan məlumatlara görə, sənədin hazırlanması üzərində iş davam edir. Bununla belə, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa mətbuat konfransı zamanı bəzi təfərrüatları açıqlayıb.
Hazırda Ukrayna qanunvericiliyində nəzərdə tutulmuş prosedurlara uyğun olaraq, bu variantın daxili inkişafı davam edir.
Nazir Sibiqanın sözlərinə görə, artıq Amerika tərəfi ilə məsləhətləşmələrin bir raundu keçirilib və Kiyev bağlanacaq sazişin həm ABŞ, həm də Ukraynanın maraqlarına cavab verməsini vacib hesab edir. Sənəd Ukraynada Amerika biznesinin təsirinin, o cümlədən təhlükəsizlik infrastrukturuna investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Kiyev bunu vacib hal hesab edir və bu istiqamətdə işləyəcək.
2-04-2025, 16:06
Putinlə deyil, Rusiyadan başqa biri ilə danışıqlara hazırıq! - Zelenski


Putinlə deyil, Rusiyadan başqa biri ilə danışıqlara hazırıq! - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Kiyevin Rusiya prezidenti Vladimir Putinlə deyil, Rusiya ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
Bu barədə “İnterfaks”ın Ukrayna xidməti məlumat yayıb.
"Düşünürəm ki, prinsipcə biz onunla, Putinlə deyil, Rusiyanı təmsil edəcək başqa biri ilə danışmağa razılaşa bilərik", - prezident Zelenski deyib. Ukrayna prezidenti əlavə edib ki, Rusiyada Ukrayna ilə danışıqlar apara bilən və Kiyevlə Moskva arasında münaqişəni necə bitirmək barədə təsəvvürləri olan insanlar var.
Bu ilin aprel ayının ortalarında, ilkin versiyaya görə, Rusiya-Ukrayna danışıqlarının yeni raundu Səudiyyə Ərəbistanında, Ukraynanın nizamlanma gündəliyi ilə baş tuta bilər.
2-04-2025, 15:55
Göyçaya qonaq getdi - Meyiti dərədən tapıldı


Göyçaya qonaq getdi - Meyiti dərədən tapıldı

Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimovun üzərində xəsarətlər olan meyiti aprelin 2-də Göyçay rayonunda, “Əlvan dərəsi” adlanan ərazidə aşkar olunub.
Məlumata görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F.Kərimovdan xəbər almaq mümkün olmayıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
2-04-2025, 15:43
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsini qəbul edib


Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.
Dövlətimizin başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.
Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı.
Lü Tzyançao dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıldı.

2-04-2025, 15:31
Rusiyadakı azərbaycanlıların nəzərinə! - Miqrantlar üçün yeni SƏRT QAYDA


Rusiyadakı azərbaycanlıların nəzərinə! - Miqrantlar üçün yeni SƏRT QAYDA

Aprelin 1-dən etibarən Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu ilə bağlı sərt qaydalar qüvvəyə minib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin təşəbbüsü ilə qəbul edilən bu qanuna əsasən, əcnəbi uşaqlar məktəbə qəbul olunmaq üçün rus dili testindən 90% nəticə toplamalıdırlar.
İlk olaraq Rusiya Təhsil Nəzarəti Xidməti (Rособрнадзор) bu tələbin 30% səviyyəsində olmasını təklif etsə də, deputatlar bunu rədd edərək tələbləri daha da sərtləşdiriblər.
Nəticədə, indi əcnəbi uşaqlar aşağıdakı şərtləri yerinə yetirməlidirlər:

1-ci sinif – 10 sualdan 9-na doğru cavab verməlidir.

2–5-ci siniflər – 20 sualdan 18-nə doğru cavab verməlidir.

6–9-cu siniflər – 22 sualdan 20-nə doğru cavab verməlidir.

10–11-ci siniflər – 24 sualdan 22-nə doğru cavab verməlidir.

Təhsil Nazirliyinin əmrinə əsasən, testlər həm yazılı, həm də şifahi hissədən ibarət olacaq və prosedur audio və video yazılarla qeydə alınacaq. Əgər uşaq testi verə bilməsə, ona üç aydan sonra yenidən cəhd etmək şansı veriləcək. Bu müddət ərzində onun rus dili biliklərini inkişaf etdirmək üçün təhsil alması tələb olunur, lakin bu kursların kim tərəfindən təşkil ediləcəyi hələ də məlum deyil.
Rusiya Prezidenti Vladimir Putin miqrasiya məsələlərinin idarə olunmasını gücləndirmək üçün Daxili İşlər Nazirliyinin tərkibində yeni bir xidmət – Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı üzrə Xidmət yaradıb. Yeni xidmətin əsas vəzifələri arasında miqrant axınını tənzimləmək və onların qeydiyyatını daha ciddi nəzarətə götürmək var.
Bu xidmətin rəhbəri vəzifəsinə Rusiya Baş Prokurorluğunun keçmiş müavini Andrey Kikot təyin olunub. Kikot 2021-ci ildə Forbes jurnalının “Rusiyanın ən varlı güc strukturları rəhbərləri” siyahısında yer alıb. Həmin il onun ailəsinin rəsmi gəliri 37,7 milyon rubl təşkil edib, həyat yoldaşı isə 30,7 milyon rubl qazancını bəyan edib. Kikot əvvəllər Baş Prokurorluqda yüksək vəzifələrdə çalışıb və hüquq-mühafizə sistemində böyük təsirə malikdir.
Bu yeni qurumun yaradılması Rusiyada miqrantlar üzərində nəzarətin daha da güclənəcəyindən xəbər verir. Əcnəbi vətəndaşların qeydiyyat, yaşayış icazəsi və vətəndaşlıq məsələlərinin tənzimlənməsi bundan sonra daha sərt qaydalarla həyata keçiriləcək.
Rusiyada 600 mindən çox Azərbaycan vətəndaşı yaşayır, üstəlik 1.5 milyona yaxın etnik azərbaycanlı da bu ölkədə daimi məskunlaşıb. Yeni qanun, xüsusilə rus dili biliyi zəif olan, Rusiyaya yeni köçən ailələrin uşaqları üçün ciddi çətinliklər yaradacaq. Əgər valideynlər övladlarını bu tələblərə uyğun şəkildə hazırlaya bilməsələr, onların məktəb təhsili təhlükə altına düşə bilər.
Eyni zamanda, yeni miqrasiya xidməti azərbaycanlıların Rusiyada qeydiyyatı, icazələri və vətəndaşlıq məsələlərini daha da çətinləşdirə bilər. Bu, həm biznes fəaliyyətinə, həm də orada yaşayan azərbaycanlı icmasına təsir edə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!