23-01-2026, 19:47
Rusiya-Ukrayna-ABŞ görüşü başladıABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.
23-01-2026, 19:16
İranda Azərbaycan dili tədris olunur?Hazırda Təbriz şəhərində Azərbaycan dili üzrə fəaliyyət mövcuddur.
Bunu İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə bildirib.
“Hazırda Təbrizdə azərbaycan dilində mədəniyyət otağımız var. Konstitusiyamızda ana dilində dərs qanunidir. Mədəniyyət və konstitusion çərçivə əsasında Azərbaycan dilində yayımlanan ümumilikdə dörd televiziya kanalı fəaliyyət göstərir. Bu kanallar vasitəsilə Azərbaycan dilində mədəniyyət və digər mövzular üzrə proqramlar yayımlanır”,- deyə o qeyd edib.
23-01-2026, 18:58
Ceyhun Bayramov kollegiya iclası keçirdi23 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.
İclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiya iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
23-01-2026, 18:42
Etirazlarda İrana nə qədər ziyan dəyib?İran XİN başçısının müavini Vahid Cəlalzadə İranda aksiyalar zamanı vurulan ziyandan danışıb.
O, bu barədə azərbaycanlı jurnalistlərlə görüşdə deyib.
“305 avtobus, təcili tibbi xidmət maşını, 700 market, 300 yaşayış evi, 750 bank, 414 dövlət binası, 742 polis, 350 məscid, 15 kitabxana, 800 şəxsi avtomobil ziyan görüb”.
23-01-2026, 18:30
Etiraz aksiyalarını 12 günlük müharibənin 13-cü günü sayırıq - Cəlalzadə
Etiraz aksiyalarını 12 günlük müharibənin 13-cü günü sayırıq.
Bunu İran xarici işlər naxirinin müavini Vahid Cəlalzadə azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
“Bir neçə ay qabaq ABŞ və İsraillə 12 günlük müharibəmiz vardı. Plan beləydi ki, hərbi hücumu olacaq, onun davamında əhali etiraz aksiyalarına çıxacaq. Etiraz aksiyalarını 12 günlük müharibənin 13-cü günü sayırıq.Bu neçə ay keçir 1000 nəfər şəhid verdik, cümə axşamı cümə 3117 camaatdan, millətdən, polisdən şəhid olub.8-9 yanvarda baş verənləri terror hadisələri sayırıq. Hansı aksiyalarda 300 polis öldürülür? 1 nəfər də ölürsə bu etirazçılardan olur”, - o qeyd edib.
23-01-2026, 17:53
Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladıİranın xarici işlər naziri Abbas Araqçi ölkədəki son iğtişaşlarda ölənlərin sayını açıqlayıb.
Abbas Araqçi bu barədə X-dəki paylaşımında qeyd edib.
Nazirin bildirdiyinə görə, İranda kütləvi etirazlar zamanı 3117 nəfər həlak olub.
O, qeyd edib ki, bunlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələri, eləcə də 690-ı "terrorçu" olub.
23-01-2026, 17:53
Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladıİranın xarici işlər naziri Abbas Araqçi ölkədəki son iğtişaşlarda ölənlərin sayını açıqlayıb.
Abbas Araqçi bu barədə X-dəki paylaşımında qeyd edib.
Nazirin bildirdiyinə görə, İranda kütləvi etirazlar zamanı 3117 nəfər həlak olub.
O, qeyd edib ki, bunlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələri, eləcə də 690-ı "terrorçu" olub.
23-01-2026, 17:42
Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıbSon bir neçə gündə kürdlərdən ibarət SDQ (Suriya Demokratik Qüvvələri) tərəfindən idarə olunan ərazi 80% azalıb.
Şimal-şərqi Suriya ərazisində onlar Suriya hökumət qüvvələri döyüşdən öncə, 50 min kvadrat kilometr əraziyə nəzarət edirdisə, son 1 həftədə döyüşlər zamanı 40 min kvadrat kilometr ərazini tərk ediblər.
Ərazidə əhalisinin əhəmiyyətli bir hissəsini kürdlərin təşkil etdiyi şəhər və kəndlər SDQ-nin nəzarəti altında qalır.
23-01-2026, 17:28
Kamran Əsədov HƏBS OLUNDUTanınmış təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə proses keçirlib.
Məhkəmə təqsirləndirilən Kamran Əsədovun həbsinə dair qərar çıxarıb. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, K.Əsədova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
23-01-2026, 17:24
Ermənistan Azərbaycana baxıb hərəkət edir
Ermənistan Ukraynaya 10 generator göndərir.
Generatorlar Ukraynanın təmas xəttinə yaxın yaşayış məntəqələrinə göndəriləcək.
Xatırladaq ki, bundan 3 gün öncə Azərbaycan 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil göndərmişdi.