Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                        İsrailli generalın elektron poçtu sındırıldı .....                        “Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI .....                        Tramp İranla müharibəni dayandırmaq istəyir .....                        İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb .....                        Ərdoğan Türk dünyasına mesaj verdi: Bu il... .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
14-12-2025, 11:24
Sumqayıtda yaşayış binaları sökülür


Sumqayıtda yaşayış binaları sökülür

Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binaları sökülür.
Bununla bağlı FHN ərazidə söküntü işlərinə start verib.
Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli sökülməsinə başlayıblar.
Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacağı və ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər sakinlərin də ürəyincə olub.
Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması da planlaşdırılır.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən, 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq.
14-12-2025, 11:13
Rusiya təhdidinə qarşı hazırlıq görülməlidir - NATO-dan XƏBƏRDARLIQ


Rusiya təhdidinə qarşı hazırlıq görülməlidir - NATO-dan XƏBƏRDARLIQ

NATO özünün strateji çərçivəsini yenidən gözdən keçirməli, "Atlantika uğrunda döyüş" və ya Avropadakı quru əməliyyatlarının hüdudlarından kənara çıxacaq Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır.
Bu, NATO Hərbi Kollecinin son icmalında qeyd olunub.
Sənədin müəllifi, kollecin elmi əməkdaşı Endryu Monaqan iddia edib ki, dövlətin bütün dəniz qüvvələrinin inkişafı Moskvanın siyasətinin əsas xüsusiyyətidir. Ekspert qeyd edib ki, bu, Rusiyaya geoiqtisadi rəqabət dövründə özünü lider kimi göstərməyə imkan verir.
"Bu, NATO-nun oriyentirlərinin çərçivəsini bərpa olunmuş "Atlantika uğrunda döyüş"dən və ya Şimal-Şərqi Avropadakı quru əməliyyatları ssenarilərindən kənara, qlobal üfüqlərə malik, çoxcəbhəli, müxtəlif növlü Rusiya çağırışına doğru yönəldir", - icmalda bildirilib.
Alyans analitikləri onu da qeyd ediblər ki, böhran ssenariləri tez-tez Baltik dənizindən Kara dənizinə qədər vahid strateji istiqamətdə gərginliyin artmasına diqqət yetirir.
14-12-2025, 10:30
Tailand–Kamboca sərhədində toqquşmalar yenidən başladı


Tailand–Kamboca sərhədində toqquşmalar yenidən başladı

Tailand və Kamboca arasında yenidən başlayan sərhəd toqquşmaları ikinci həftəyə daxil olub.
Bu barədə "Aljazeera" məlumat yayıb.
Məlumata görə, bu Banqkokun ABŞ Prezidenti Donald Trampın atəşkəs razılaşması əldə edildiyi iddiasını rədd etməsindən sonra baş verir.
Qeyd edilir ki, Tailand ordusu “suveren ərazilərini geri qaytarmaq” adı ilə Kambocaya qarşı yeni hücuma başlayıb. Trampın atəşkəs razılaşması əldə edildiyi barədə iddiasına baxmayaraq, Banqkok tərəfi bu iddianı rədd edib. Döyüşlər sayca çoxaldıqca, Banqkok və Pnompenh arasında ciddi hərbi qarşıdurma davam edir.
14-12-2025, 10:17
ABŞ-də universitetdə atışma - 2 nəfər öldü


ABŞ-də universitetdə atışma - 2 nəfər öldü

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, xəsarət alanların sayı doqquza yüksəlib.
Bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.
Məlumata əsasən, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
14-12-2025, 10:08
Gəlin qayınanası və baldızını qaynar çayla yandırdı


Gəlin qayınanası və baldızını qaynar çayla yandırdı

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.
Hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.
Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib.
Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib. Lakin qaynar çay onun da ayağının üstünə tökülüb.
Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.
Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
14-12-2025, 09:56
Ramil Səfərovun xanımına vəzifə verildi


Ramil Səfərovun xanımına vəzifə verildi

Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib.
Bu barədə o özü məlumat verib.
Şəbnəm Səfərova qeyd edib ki, bu vəzifəyə təyin edilməsi ona böyük etimaddır:
"Study in Azerbaijan" kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan", Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram".
Qeyd edək ki, Şəbnəm Səfərova azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.
14-12-2025, 09:41
Tramp iki ölkəni hədələdi


Tramp iki ölkəni hədələdi

ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca hakimiyyətini iki ölkə arasında hərbi əməliyyatların dayanmayacağı təqdirdə məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.
"Mən indicə, 10 dəqiqə əvvəl, Tailand və Kamboca arasında yeni eskalasiyanı həll etmək üçün tariflərdən istifadə etdim. Mən dedim: "Əgər döyüşsəniz, nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəm", - Tramp izah edib.
ABŞ prezidenti əmin olduğunu bildirib ki, tariflərin tətbiqi imkanları onun administrasiyası üçün mühüm xarici siyasət alətidir. Tramp vurğulayıb ki, əgər ABŞ Ali Məhkəməsi onun tətbiq etdiyi bəzi tarifləri qanunsuz hesab edərsə, Amerika tərəfi üçün "dəhşətli" olacaq.
Bununla belə, Amerika lideri əmin edib ki, hətta bu halda o, növbəti tariflərə hüquqi əsas tapacaq.
14-12-2025, 09:37
Almaniyanı “sıfırdan yeniləmək” lazımdır - Merz


Almaniyanı “sıfırdan yeniləmək” lazımdır - Merz

Almaniya kansleri Fridrix Merz ölkənin dərin modernizasiyaya ehtiyacı olduğunu bildirib.
O, bu barədə Münhendə keçirilən partiya qurultayında çıxışı zamanı danışıb.
Merz qeyd edib ki, dövlətin əsası möhkəmdir, lakin onun müasirləşdirilməsi və “sıfırdan yenilənməsi” zəruridir.
Kanslerin sözlərinə görə, Almaniyada “ideologiya dövrü” başa çatıb və ölkə bundan sonra öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməyi öyrənməlidir.
Merz həmçinin əlavə edib ki, yaxın gələcəkdə ölkədə hərbi çağırışın bərpası məsələsi də müzakirə oluna bilər.
13-12-2025, 20:52
Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü


Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü

Bakıda ağac ərazidə park edilmiş avtomobillərin üzərinə düşüb.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
13-12-2025, 20:38
“AnewZ” Vardanyan haqda film çəkdi


“AnewZ” Vardanyan haqda film çəkdi

“AnewZ” telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib.
“The Oligarch’s Design” maliyyə gücünün, siyasi təsirin və məqsədli şəkildə qurulmuş narrativlərin, münaqişələrin gedişinə və ictimai rəyə necə təsir göstərə bildiyini araşdıran tədqiqat xarakterli sənədli filmdir.
Film Ruben Vardanyanın taleyini mərkəzə alaraq beynəlxalq hesabatlara, açıq mənbələrdən əldə olunan məlumatlara, eləcə də Rusiyanın korporativ və siyasi maraqları ilə bağlı genişmiqyaslı ofşor şəbəkəni ifşa edən və “Troika Laundromat” kimi tanınan əvvəlki araşdırmalara əsaslanır.
Sənədli film Vardanyanın Moskvanın maliyyə elitasından Qarabağdakı siyasi müstəviyə keçid yolunu, o cümlədən 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsini və sonradan tanınmamış separatçı administrasiyada tutduğu rola nəzər salır. Bu prosesləri daha geniş geosiyasi və maliyyə kontekstində təqdim etməklə, film ayrı-ayrı şəxslərin ictimai nəzarətdən kənarda regional sabitliyə necə təsir göstərə bildiyini araşdırır.
Yoxlanılmış mənbələrə və araşdırma materiallarına söykənən “The Oligarch’s Design” hər hansı mövqe bildirməkdən daha çox, hakimiyyət mexanizmlərinin fəaliyyətini sənədləşdirməyi, şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai anlayışın gücləndirilməsini hədəfləyir.
Qeyd edək ki, filmin premyerası və yayımı dekabrın 19-da baş tutacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!