Siyahıya "Patriot" sistemləri daxildir .....                        Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü .....                        DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU .....                        Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı .....                        Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək .....                        Azərbaycan regiondakı gərginlikdən narahatdır .....                        Ərdoğan Arakçini qəbul etdi - İstanbulda İranla bağlı xüsusi iclas... .....                        İranın yeraltı nüvə obyektinə zərbə Azərbaycana da təhlükə yaradacaq - Zəlzələşünas .....                        Xamenei haradadır... - Ali liderin yerinə gələ biləcək 3 namizəd .....                       
15-03-2025, 20:44
34 yaşlı qadın liposaksiyadan sonra öldü


34 yaşlı qadın liposaksiyadan sonra öldü

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.
Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.
1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.
15-03-2025, 20:16
Gözümüzdəki möcüzə


Milyonlarla rəng yalnız üç rəngdən yaranır: Gözümüzdəki möcüzə

Gündəlik həyatda rastlaşdığımız rənglər bizə adi görünə bilər. Qırmızı gül, yaşıl yarpaq, mavi səma – hamısı təbiətin bizə təqdim etdiyi rəng palitrasının bir hissəsidir. Amma maraqlıdır ki, əslində insan gözü milyonlarla rəngi görsə də, onların hamısı cəmi üç əsas rəngin – qırmızı, yaşıl və mavi işığın kombinasiyasından yaranır.
Bu fenomen həm insan görmə sisteminin, həm də müasir texnologiyaların əsas prinsipidir. Televizor, telefon, kompüter ekranlarında gördüyümüz bütün rənglər də eyni qaydada – bu üç rəngin müxtəlif intensivliklərdə qarışması ilə əldə olunur. Yəni, biz ətrafımızı tam rəngarəng görsək də, bu rənglərin hamısı sadəcə üç rəngin birləşməsindən ibarətdir.
İnsan gözü işığı qəbul edən xüsusi hüceyrələr – konus hüceyrələri vasitəsilə rəngləri ayırd edir. Bu hüceyrələr əsasən üç növdür və onların hər biri müəyyən dalğa uzunluğundakı işığa həssasdır: biri qırmızı, biri yaşıl, digəri isə mavi dalğaları qəbul edir. Gördüyümüz bütün digər rənglər məhz bu üç hüceyrənin eyni anda fərqli nisbətlərdə aktivləşməsi nəticəsində yaranır. Məsələn, gözümüz eyni anda həm qırmızı, həm də yaşıl dalğaları qəbul edərsə, biz sarı rəng görürük. Əgər üçü də eyni dərəcədə aktivləşərsə, ağ rəng alınır.
Bəzi insanlar üçün bu mexanizm tam işləməyə bilər. Dünyada təxminən 8% kişi və 0.5% qadın rəng korluğundan (daltonizm) əziyyət çəkir. Bu, əsasən qırmızı və yaşıl rənglərin fərqləndirilməsində çətinlik yaradır. Rəng korluğu olan insanlar üçün xüsusi eynəklər hazırlanıb ki, bu da onların rəngləri daha dəqiq görməsinə kömək edir.
İnsan gözü əsas üç rəng reseptoruna sahib olsa da, bəzi heyvanlar fərqli sayda reseptorlara malikdir. Məsələn, itlər və pişiklər iki əsas rəng reseptoruna sahibdir və əsasən mavi və sarı tonları ayırd edə bilirlər. Onlar insanlarla müqayisədə daha solğun bir dünya görürlər. Quşlar və kəpənəklər isə dörd reseptor sisteminə malikdir və hətta ultrabənövşəyi (UV) işığı belə görə bilirlər.
Müasir texnologiyada rənglərin yaradılması iki əsas prinsipə əsaslanır. Rənglərin əlavə edilməsi prinsipi (RGB – Red, Green, Blue) televizor, telefon və kompüter ekranlarında istifadə olunur və rənglər işıq mənbələri vasitəsilə üst-üstə düşərək yeni rənglər yaradır. Rənglərin çıxarılması prinsipi (CMY – Cyan, Magenta, Yellow) isə çap və boyalarda tətbiq edilir və burada rənglər bir-birinin üzərinə düşdükdə müəyyən dalğaları udaraq yeni rənglər formalaşdırır.
Rənglər sadəcə vizual element deyil, onlar insan psixologiyasına və davranışına da ciddi təsir göstərir. İsti rənglər (qırmızı, narıncı, sarı) enerji və həyəcan hissi yaradır, market və restoranlarda diqqəti cəlb etmək üçün istifadə olunur. Soyuq rənglər (mavi, yaşıl, bənövşəyi) isə sakitlik və rahatlıq hissi oyadır və xəstəxana, ofis kimi yerlərdə üstünlük verilir. Mavi etibarlılıq və sakitlik hissi yaradır, buna görə də banklar və sosial şəbəkələr bu rəngi seçir. Qırmızı isə diqqət cəlb edir və iştahanı artırır, bu səbəbdən fast-food restoranlarında daha çox istifadə olunur.
Qədim dövrlərdə bəzi rənglər çox nadir və bahalı idi. Məsələn, purpur (bənövşəyi) rəngi almaq üçün dəniz molyusklarından xüsusi boya əldə edilirdi və bu, yalnız aristokratlar və krallar üçün əlçatan idi. Çində sarı rəng imperatorlara aid idi və adi insanlar onu geyinə bilmirdi. Orta əsrlərdə bəzi rənglər mistik və dini mənalar daşıyırdı. Məsələn, qara yas və kədər rəmzi idi, ağ isə saflıq və paklıq mənasını ifadə edirdi.
Xəstəxana interyerlərində açıq yaşıl və mavi rənglərdən istifadə edilir, çünki bu rənglər insanı sakitləşdirir və stres səviyyəsini azaldır. Müasir ekran texnologiyalarında insan gözünün təbii rəng qavrayışına uyğun görüntü yaratmaq üçün RGB sistemi tətbiq olunur.
Texnologiya nə qədər inkişaf etsə də, insan gözü hələ də ən müasir ekranlardan daha geniş rəng spektrini ayırd edə bilir. Buna görə də yeni ekran texnologiyaları – HDR (High Dynamic Range), geniş rəng diapazonu və digər innovativ həllər – məhz insan gözünün gördüyü rəng zənginliyini tam imitasiya etmək üçün yaradılır.
İnsan gözünün bu üstünlüyü həm də onun adaptasiya qabiliyyətindən irəli gəlir. Məsələn, qaranlıqdan işıqlı mühitə keçəndə gözlərimiz bir müddət alışmalı olur, çünki konus hüceyrələri fərqli işıq səviyyələrinə uyğunlaşır. Bu xüsusiyyət hələ ki, heç bir texnologiyada tam şəkildə tətbiq oluna bilmir.
Rənglər həyatımızın ayrılmaz hissəsidir, amma onların yaranma mexanizmi çox sadə prinsiplərə əsaslanır. Biz ətrafımızı milyonlarla rəngdə görsək də, bu rənglərin hamısı yalnız üç əsas rəngin – qırmızı, yaşıl və mavinin müxtəlif kombinasiyalarından ibarətdir. Bu prinsip həm insan görmə sistemində, həm də müasir texnologiyalarda tətbiq edilir.
Növbəti dəfə telefon ekranına baxanda və ya göy qurşağını izləyəndə düşün – gördüyün bütün rənglər sadəcə üç əsas rəngin birləşməsindən yaranır!

Gültac Mehdizadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
15-03-2025, 20:16
3 ölkənin lideri İlham Əliyevə zəng etdi


3 ölkənin lideri İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.
Vladimir Putin dövlət başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
15-03-2025, 20:03
Putin onlarla görüşdü


Putin onlarla görüşdü

Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.
Mayın 9-da Moskvada Böyük Vətən Müharibəsindəki Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində görüş razılaşdırılıb.
15-03-2025, 19:50
"Qarabağ"ın oyununda bərabərlik


"Qarabağ"ın oyununda bərabərlik

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" "Kəpəz"lə bərabərə qalıb.
Tovuz şəhər stadionuda keçirilən oyunda hesab açılmayıb.
64 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. 23 xala malik "Kəpəz" isə doqquzuncudur.
Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.
15-03-2025, 19:41
Ramazanın 16-cı günü: İmsak və iftar vaxtları


Ramazanın 16-cı günü: İmsak və iftar vaxtları

Martın 16-sı Ramazan ayının 16-cı günüdür.
İmsak saat 05:25-də, iftar isə saat 19:03-dədir.

16-cı günün duası:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin!
15-03-2025, 19:24
Türkiyə Bakı-İrəvan razılaşmasını müsbət hesab edir


Türkiyə Bakı-İrəvan razılaşmasını müsbət hesab edir

Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzrə razılığın əldə olunması müsbət haldır.
Bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç NTV-nin efirində deyib.
O bildirib ki, bununla belə proses hələ davam edir: “Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik”.
Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
15-03-2025, 18:40
Ukrayna ordusu Kurskda mühasirəyə düşüb? - Zelenskidən reaksiya


Ukrayna ordusu Kurskda mühasirəyə düşüb? - Zelenskidən reaksiya

Rusiya Ukrayna qüvvələrini Kurskdan tamamilə çıxarmağa hazırlaşır.
Bu barədə hərbi analitiklər bildiriblər.
Bölgədəki vəziyyət ABŞ prezidenti Donald Trampın narahatlığına səbəb olub. O bildirib ki, minlərlə Ukrayna əsgəri tam mühasirəyə düşüb.
Zelenski isə Kurskda ukraynalı əsgərlərin mühasirəyə düşmədiyini deyib. O, Moskvanın bölgədə qoşun toplayaraq Sumı bölgəsinə yeni hücuma hazırlaşdığını qeyd edib. “Biz bu təhlükədən xəbərdarıq və buna qarşı tədbirlər görəcəyik,” – deyə Zelenski əlavə edib.
O qeyd edib ki, Ukrayna ordusu hələ də Rusiyanın Kursk bölgəsində Rusiya və Şimali Koreya qüvvələrinə qarşı müdafiə olunur.
Zelenski, həmçinin Qərb tərəfdaşlarını Rusiyanın planlarından xəbərdar olmağa çağırıb. O, Rusiya prezidenti Vladimir Putinin müharibəni uzatmaq niyyətində olduğunu vurğulayıb.
Putin cümə axşamı bəyan edib ki, Trampın Ukrayna ilə 30 günlük atəşkəs təklifi ilə prinsipcə razıdır. Lakin o, bəzi şərtlər yerinə yetirilməyincə döyüşlərin davam edəcəyini bildirib.
Zelenski qeyd edib ki, Rusiya qüvvələrinin toplanması Moskvanın diplomatiyanı görməzlikdən gəldiyini göstərir. Onun sözlərinə görə, Rusiya müharibəni uzatmaqda israrlıdır.
O, həmçinin bildirib ki, Ukraynanın şərqində yerləşən strateji Pokrovsk şəhəri yaxınlığındakı vəziyyət sabitləşib. Bundan əlavə, Ukrayna ordusu döyüşlərdə ilk dəfə olaraq yeni, yerli istehsal olunan uzun mənzilli raketdən istifadə edib.
Zelenski qeyd edib ki, Ukrayna müdafiə sənayesini gücləndirməyə çalışır. Bunun əsas məqsədi Qərb ölkələrindən gələn hərbi yardımlardan asılılığı azaltmaqdır. Ukraynanın yeni “Uzun Neptun” raketi 1000 kilometr məsafəni vura bilir.
15-03-2025, 18:09
"Çelsi"nin yeni transferi


"Çelsi"nin yeni transferi

İngiltərənin “Çelsi” komandası daha bir futbolçu ilə anlaşıb.
London təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan 20 yaşlı yarımmüdafiəçi Dariu Essouqu ilə razılığa gəlib. “Zadəganlar” bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək.
“Çelsi” daha əvvəl “Sportinq”in digər futbolçusu Jovani Kendanın keçidi üçün anlaşma əldə edib.
15-03-2025, 17:43
Ukrayna Kurskun bu şəhərindən geri çəkildi


Ukrayna Kurskun bu şəhərindən geri çəkildi

Ukrayna müdafiə qüvvələri Kursk vilayətindəki Suca rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.
Bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün dərc etdiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub.
Suca rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 km məsafədə yerləşən Oleşnya və Qoqolevka yaşayış məntəqələri qalır.
"Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib. Düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb ki, bunun üçü reaktiv yaylım atəş sistemlərindən açılan atəşdir", - Baş Qərargahın məlumatında bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!