9-12-2025, 23:03
Azərbaycanda ZƏLZƏLƏ oldu Quba stansiyasından 19 km şimalda, Quba rayonunda 3.3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla 22:18-də baş verən zəlzələ yerin 9 km dərinliyində olub.
Zəlzələ hiss olunmayıb.
9-12-2025, 22:44
Tramp Zelenskiyə bir neçə gün vaxt verdi
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim etdiyi “sülh planı” ilə bağlı cavab verməsi üçün “bir neçə gün” vaxt verib.
Bu barədə “The Financial Times” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin ondan “tez qərar” tələb etdiyini bildirib. Tramp isə ümid edir ki, tərəflər razılaşmanı katoliklərin Milad bayramına qədər yekunlaşdıra biləcək.
ABŞ lideri dünənki açıqlamasında Zelenskinin hələ də “sülh planı” ilə tanış olmamasından məyus olduğunu söyləyib.
9-12-2025, 22:07
Prezidentin Slovakiyaya səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri dekabrın 9-da başa çatıb.
Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər yola saldılar.
9-12-2025, 21:53
Mən həmişə seçkilərə hazıram - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada seçki keçirilməsi ilə bağlı çağırışına cavab verib.
Zelenski bu barədə Romada İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ukrayna prezidenti seçkilərin keçirilməsinə hər zaman hazır olduğunu deyib.
"Mən həmişə seçkilərə hazıram", - o bildirib.
9-12-2025, 21:51
Türkiyənin tanınmış jurnalisti saxlanıldıTürkiyənin tanınmış jurnalisti Mehmet Akif Ersoy saxlanılıb.
O, "Habertürk TV"nin baş redaktoru olaraq fəaliyyət göstərir.
Jurnalistin hansı səbəblə saxlandığı məlum deyil.
9-12-2025, 21:48
Laçına qar yağırLaçın rayonu Minkənd kəndinə qar yağıb.
Axşam saatlarında müşahidə olunan yağışlı hava sonradan qarla əvəzlənib.
Hazırda davam edən yağıntı kəndi ağ örpəyə bürüyüb. Qeyd edək ki, daha çox yağıntı yaylaq ərazilərə düşüb.
9-12-2025, 20:56
Bakı metrosunda daha bir yeni qatar
"Bakı Metropoliteni" QSC qatar parkını genişləndirməkdə davam edir.
QSC-dən bildirilib ki, sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb. Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq. Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.
9-12-2025, 20:40
Paşinyan kanslerlə bəyannamə imzaladıBerlində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Almaniyanın federal kansleri Fridrix Mers arasında görüş keçirilib.
Bu barədə Armenpress agentliyi məlumat yayıb.
Paşinyan və Almaniyanın kansleri iki ölkə arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannamə imzalayıblar.
9-12-2025, 18:20
"QARABAĞ" azarkeşləri sevindirməyə çalışacaq - Qurban Qurbanov
Sabah keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından əvvəl Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
9-12-2025, 18:03
Yollarda görünüş məsafəsi məhdudlaşacaqSabah yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.