Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
20-08-2025, 17:10
Prezident və birinci xanım Gəncə stadionunda - FOTO


Prezident və birinci xanım Gəncə stadionunda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.








20-08-2025, 16:54
Overçuk Paşinyanla danışıq üçün İrəvandadır


Overçuk Paşinyanla danışıq üçün İrəvandadır

Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Ermənistana gedib.
Ermənistanın baş naziri Nikol Paşinyan Aleksey Overçuku qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub. Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar.
Tərəflər ticarət dövriyyəsinin dinamikasını, eləcə də birgə proqramların icrasının gedişatını müzakirə ediblər.
20-08-2025, 14:01
Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları


Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları - FOTOLAR

Professor Mahirə Hüseynova: “Dərələyəz mahalının sayılıb-seçilən ruhanilərinə məxsus elmi irsin öyrənilməsi Türk dünyasının vacib tərkib hissəsi olan bu coğrafiyanın mədəni irsi haqqında dolğun təsəvvür yaradar”.
Əsrarəngiz gözəllikləri, meşə massivi, dağ silsiləsi, flora və faunası, bitgi örtüyü, yaylaqları, bulaqları, kəhrizləri, maddi və qeyri-maddi mədəniyyət abidələri ilə insanları heyran qoyan qədim türk yurdu Dərələyəz mahalı təkcə təbiəti ilə deyil həm də elmi-ədəbi mühiti ilə də öz səciyyəvi xüsusiyyətlərini qormuşdur. Təsadüfi deyil ki, fransız əsilli rus səyyahı İvan İvanoviç Şopen Qərbi Azərbaycanın Dərləyəz mahalını Qafqazın İsveçrəsi adlandırıb. Xüsusilə Dərləyəzin folkloru, elmi və ədəbi mühtinin formlaşdırdığı zəngin miras Qərbi Azərbaycan mədəni irsinin ən vacib tərkib hissəsidir.
Dərələyəz mahalının elmi ədəbi mühitinin öyrənilməsində ruhani institutunun elmi təsissatları olan mədrəsələrin fəaliyyəti də mühüm yer tutur. Çar Rusiyası dönəmində Dərələyəz mahalının bir çox kəndlərində dini təlimlər keçən mədrəsələr əsl elm ocaqları idi. Bundan başqa həmin mədrəsələrdə dini təhsil alan ruhanilər sonra dini təhsilini davam etdirmək üçün İraqın Nəcəf, Suriyanın Şam və və İranın Qum şəhərində dini hövzələrdə öz təhsillərini davam etdirirdilər. Adıçəkilən coğrafiyada əsasən İslam dinin Cəfəri (şiə) məhzəbinə etiqad göstərdikləri üçün daha çox akademik şiə ruhani təsisatlarının yerləşdiyi həmin şəhərlərdə təhsillərini davam etdirirdilər. Nəzərə alsaq ki, əhalinin böyük hissəsi həmin dönəmlərdə savadsız idi o halda akademik dini təhsil almış şəxslərin ruhani qismində cəmiyyət üçün nə qədər faydalı olduğu göz önündə canlanır. Belə şəxslər sonradan mahalın elmi və ədəbi mühitini formalaşmasında aparıcı rol oynayırdılar.

Bu gün haqqında söhbət açacağımız Molla İmran da belə şəxslərdən biridir. Molla İmran Həsənalı oğlu Həsənov 1865-ci ildə Dərələyəz mahlının Terp kəndində anadan olub. İlk dini təhsilini atası Həsənalıdan alıb (atası Nəcəfdə dini təhsil alması bildirilir). İmran Həsənov 1882-ci ildə Terp kəndindən İraqın Nəcəf şəhərinə gedərək orada 1895-ci ilədək təhsilini davam etdirib. 1896-cı ildə Dərələyəzə qayıdaraq mahalın saylı-seçilən din xadimlərindən olub.1905-1906-cı ildə ermənilər tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən soyqırımının şahidi olub. Ailəsi ilə birlikdə 1918-1919-cu illərdə Cənubi Azərbaycana keçməli olub. Sonra isə öz dogma kəndlərinə qayıdıb. O, Sona Ağamalıyeva-Həsənova (1874-1974) ilə ailə qurub. İmran Həsənov ömrünün sonuna qədər (1925) Dərləyəz mahalında dini fəaliyyətlə məşğul olub. Övladları və həyat yoldaşı 1951-ci ildə öz doğma yurdlarından deportasiya edilərək Salyan rayonun Qarabağlı kəndinə köçüblər. Hazırda İmran Həsənovun nəsli burada yaşayır. Molla İmranın nəslinin davamçısı Hacı Hüsnü Həsənov onun yolunu davam etdirir. O, Qafqaz Müsəlmanları İdarəsinin Salyan (Şirvan, Nefçala, Hacıqabul) rayonu da daxil olmaqla bir neçə rayonun Qazısıdır.
Molla İmranın zəngin kitabxanası ailə üzvləri tərəfindən yuz ildən artıqdır ki, mühafizə edilərək qorunmuşdur. Hazırda bu zəngin kitabxana din xadimi Hacı Hüsnünü şəxsi arxivində saxlanılır. Molla İmranın kitabları Dərləyəz elmi-ədəbi mühitinin öyrənilməsində önəmli mənbələrdəndir. Bu sahədə elmi araşdırmalar aparan ADPU-nin prorektoru professor Mahirə Hüseynova bu kitabların tədqiq edilməsini zəruri hesab edir. Qeyd edək ki, professor M.Hüseynova Qərbi Azərbaycan aşıq mühitinə aid ilk doktrorluq dissertasiyasının müəlifidir. Onun “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda yazdığı elmi monoqrafiya bu mövzuda yazılmış ilk doktorluq dissertasiyasıdır.
Qeyd: Sözügedən qədim kitabları "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonun apardığımız araşdırma zamanı bizə təqdim edilmişdir.

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
Fotoqraf: Rahim Qədimov
20-08-2025, 09:00
Gülgəz NUR: Etidaldan etiqada

Gülgəz NUR yazır: Etidaldan etiqada

"Qaranlıq gecədə səni gözləyib
Durmaqdan yoruldum, ey Dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey Dan ulduzu!"


(C.Cabbarlı)

Etiqad insana xas ən xarakterik xüsusiyyətlərdən birincisidir, desək heç yanılmarıq. Həm də necə... Onun Qütb ulduzu, qəlbinin (elə zehninin də) nicat nöqtəsi, kiminçünsə istinad qalası, kiminçünsə ümid bucağıdır O. Hər kəsin öz dünyasının rəngində, arzu bağçasının rayihəsində... bəzən də daxili riqqətinin huyundadır bu qibləgah. Maraqlıdır. Eyni məfhum, anlayış necə müstəvinin ən müxtəlif koordinat nöqtələrində yerləşə, ən zidd çalarlara malik ola, kəsəsi, tam fərqli dünyalara aparan əks qütblərə doğru uzana bilər? Həəə...demək ki, burada məsələnin əsli onu doğuran nəfəsdə, kainata ötürən səsdədir.
Diqqət etsək, dünyanı idarə edən bəlkə də elə etiqadların cəng-cidalıdır. Məhz... Ancaq onlar da (bayaq dediyimiz kimi) heç də göründüyü, bilindiyi kimi deyillər haaa. Adına fələk dediyimiz o çarəsiz çarxın başı ona görə də açılmaz qeyli-qaldadır. Hər canın öz ruhi biçimində olan işıq və ya qaranlıq, xeyir və ya şər motivli etiqad nidası. Nə etməli? Bütün zamanların ən yorğun sualı... Bəlkə vahid etiqad elə vahid cəmiyyət... vahid amal... vahid siqlət ehtiyacındadır? Ancaq bu da hansı dərəcədə vacib, arzuolunandır? İstənilən halda insan ətrafına, təcrübi fəaliyyəti olan digər cəmiyyətlərə, onların inkişaf spektrinə diqqət yetirməlidir. Axı fərd cəmiyyəti, cəmiyyət isə fərdi yaradır, ona həyati keyfiyyətlər verir. Ancaq bütün hallarda hər bir yaranışın genetik kod yaddaşı da vardır axı. Bu yaddaş yaranmışın həm ruhunda oturuşan müvazinət nöqtəsi, həm də uzaqlardan ona özünü unutmağa qoymayan Dan Ulduzu timsallıdır.
Bəli, istənilən halda insanı yönləndirən, ona yol göstərən, zülmətli dönəmlər(in)də də, salim günlərində də zehnini (və demək ki önünü) nurlandıran Dan Ulduzu elə onun şüurudur ki var. Əlbəttə, bu, mütləq şəkildə onun nə dərəcədə mütaliəli olmasına və ya zehnini açıq saxlayan müşahidəçilik qabiliyyətinin var olmasına bağlı məsələdir. Ancaq bu halda onun dünənindən əsasını götürən, habelə gələcəyinə ötürülən "genetik kod" dediyimiz o möhtəşəm Süd Yolu (məhz) ona yaşarı, həqiqətən saf bir səhifə yazmasına vəsilə olacaq, mayasını, ruhunu İlahidən aldığı məhz o etiqadı sayəsində gerisinə (və demək ki gələcəyinə) xeyiri ölçüyə gəlməyən sərmayə qoyacağına zəmin yaradacaqdır.
19-08-2025, 21:53
Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?


Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra Rusiya və Ukrayna prezidentlərinin birbaşa dialoqu gündəmə gəlib.
Tramp bu görüşün təşkilinə hazır olduğunu bildirib. Bundan dərhal sonra siyasətçilər və media müxtəlif məkan variantlarını irəli sürüblər.

Moskva

Qərb mətbuatı Kreml mənbələrinə istinadən bildirir ki, Vladimir Putin görüşün Moskvada keçirilməsini təklif edib. Lakin Zelenski bu variantı dərhal rədd edib.

Roma

İtaliyanın Baş naziri Meloni Romanı üçtərəfli sammit üçün meydança kimi irəli sürüb. Tramp və Zelenski bu təklifə müsbət yanaşıblar. Lakin bəzi diplomatlar bu ehtimalı zəif sayırlar.

Cenevrə

Fransa Prezidenti Emmanuel Makron görüşün Cenevrədə təşkil olunmasını təklif edib. Məlumata görə, Putin də bu variantı üstün tutur. İsveçrə rəsmiləri Putinə diplomatik toxunulmazlıq veriləcəyini bəyan ediblər. Qeyd edek ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onun barəsində həbs orderi çıxarıb.

Budapeşt

"Reuters" və "Sky News" nəşrlərinin məlumatına görə, ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbələr görüş üçün Budapeştin də müzakirə olunduğunu bildiriblər.

İstanbul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə son danışıqlarda İstanbulun təcrübəsini əsas gətirərək yenidən bu şəhəri təklif edib. Ankara bu təşəbbüsün hələ də qüvvədə olduğunu vurğulayıb.

Minsk

Belarus Prezidenti Aleksandr Lukaşenko da görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. O, “sülh naminə” belə bir toplantını dəstəklədiyini deyib, lakin Zelenskinin Minska gələcəyinə şübhə ilə yanaşıb.

Digər variantlar

Bəzi KİV-lər Helsinki və Yaxın Şərq ölkələrini də mümkün mərkəzlər sırasında göstərirlər.
Hazırda yekun qərar yoxdur. Görüşün yeri yaxın həftələrdə müəyyən ediləcəyi gözlənilir.
19-08-2025, 21:40
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır


Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
19-08-2025, 21:25
30 ukraynalı uşaq Azərbaycana əmanət edildi


30 ukraynalı uşaq Azərbaycana əmanət edildi

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.
Yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar, uşaqların valideynləri iştirak ediblər.
Səfir Seymur Mərdəliyev bildirib ki, növbəti dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır. Üç ildən çoxdur Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir.
Səfirin sözlərinə görə, qrupa Ukraynanın bir sıra bölgələrindən, o cümlədən Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindən uşaqlar daxildir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
19-08-2025, 20:54
Saray körpüsü yaxınlığındakı obyektlər sökülür


Saray körpüsü yaxınlığındakı obyektlər sökülür

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsünün yaxınlığında yerləşən obyektlərin sökülməsinə başlanılıb.
Proses yolun genişləndirilməsi ilə əlaqədar həyata keçirilir.
Hazırda işlər Sumqayıtdan-Bakı istiqamətində yolun sağ tərəfində aparılır.
Qeyd edək ki, hərəkətə məhdudiyyət tətbiq olunmayıb.
19-08-2025, 20:42
Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər...


Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 avqust – Dünya Humanitar Yardım Günü münasibətilə İspaniyanın nüfuzlu "El Pais" qəzeti üçün məqalə yazıb.
“Sərhədləri Aşan Mərhəmət: Sivilizasiyalar İttifaqı və Humanitar Diplomatiya” adlı məqalədə o, humanitar yardımın siyasətdən kənar, vicdan məsələsi olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə İspaniya ortaq dəyərlərə sahib iki ölkə olaraq Avropa-Aralıq dənizi regionunun sabitliyi üçün mühüm əməkdaşlıq edir.
Prezident vurğulayıb ki, Türkiyə tarixi ənənələrindən qaynaqlanan yardım missiyasını Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər geniş coğrafiyada davam etdirir. O, İspaniyanın da bu humanitar fəaliyyətlərdə önəmli tərəfdaş olduğunu, xüsusilə 6 fevral zəlzələsindən sonra həkim və xilasedicilərin göstərdiyi dəstəyi minnətdarlıqla xatırladığını bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin Dünya Humanitar Zirvəsinə ev sahibliyi etməsi, AFAD, TİKA və Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, eləcə də COVID-19 dövründə 160-dan çox ölkəyə yardım göstərməsi ilə beynəlxalq aləmdə seçilir. Qəzzaya 101 min tondan artıq yardım çatdırıldığını vurğulayan dövlət başçısı, “birinin yaşadığı ağrı hamının vicdanında əks-səda doğurur” prinsipi ilə hər bölgədə fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.
Məqalənin sonunda isə Ərdoğan Türkiyə və İspaniyanın ortaq məqsədlər əsasında daha ədalətli bir dünya qurmaq üçün birgə çalışacağına inam ifadə edib.
19-08-2025, 20:33
Zelenski Putinin təklifinə YOX dedi


Zelenski Putinin təklifinə YOX dedi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifini rədd edib.
Bu barədə AFP məlumat yayıb.
Bazar ertəsi Tramp və Putin arasında telefon danışığı zamanı Rusiya dövlət başçısı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə birgə Ağ Evdə olan Ukrayna prezidenti rədd cavabı verib.

***

18:35

Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib.
Bu barədə AFP məlumatlı mənbələrə istinadən bildirib.
Agentliyin məlumatına görə, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı çıxış edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!