Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
1-04-2026, 00:22
Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq


Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.
Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
1-04-2026, 00:20
Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı


Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı

Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib.
Rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralı üz nahiyəsinin və sol əlinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində zərərçəkənə ilkin tibbi yardım göstərilib və yaralarına tikiş qoyulub. Lakin həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən L.Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1-04-2026, 00:07
Azərbaycanda elektron siqaretlər qadağan olunub


Azərbaycanda elektron siqaretlər qadağan olunub

Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə qeyd olunub.
Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.
Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.
31-03-2026, 23:11
Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO


Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO

Türkiyənin gənclərdən ibarət futbol yığmasının baş məşqçisi Egemen Korkmaz Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunda huşunu itirib.
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, oyunun 35-ci dəqiqəsində Korkmaz yerə yıxılaraq başını zədələyib. Ona dərhal tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb.



31-03-2026, 22:56
Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində


Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiören Bələdiyyəsi həmrəylik və başsağlığı əlaməti olaraq üçrəngli Azərbaycan bayrağını Cümhuriyyət Qülləsinə proyeksiya edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov X sosial media hesabında məlumat yayıb.

31-03-2026, 22:28
Zaqatalada qəza - Xəsarət alanlar var


Zaqatalada qəza - Xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar olub.
Hadisə axşam saatlarında Zaqatala–Qax avtomobil yolunun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Ramazan Mahmudovun idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə Əziz Müseyim oğlu Kərimovun idarə etdiyi VAZ 2109 markalı avtomobil toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Ə. Kərimov sükan arxasında sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib. Digər sürücü R. Mahmudov da xəsarət alıb.
Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
31-03-2026, 21:43
Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək


Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək

Saatlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin verilməsi planlaşdırılır.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Layihə çərçivəsində 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı olmaqla ümumilikdə 45 mənzilin təqdim edilməsi nəzərdə tutulur.
Mənzillərin alqı-satqısı üçün təxminən dörd milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.
31-03-2026, 21:17
Fidan HƏMAS nümayəndələri ilə görüşdü


Fidan HƏMAS nümayəndələri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda “TRT Haber” məlumat yayıb.
Görüş Ankarada baş tutub.
31-03-2026, 20:56
Tarixin qanlı səhifələri   yaddaşlarda yaşayır


Tarixin qanlı səhifələri

yaddaşlarda yaşayır


31 mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunan, xalqımızın tarixi yaddaşında dərin iz buraxmış faciələrin anım günüdür. Bu gün 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla təsdiqlənmişdir. Həmin sənəd Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımı və etnik təmizləmə siyasətinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarixi mənbələr göstərir ki, azərbaycanlılara qarşı yönəlmiş zorakılıq və qırğınlar uzun illər davam edən məqsədyönlü siyasətin nəticəsi olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması, onların yaşadıqları ərazilərə kənardan erməni əhalisinin köçürülməsi bu siyasətin əsas istiqamətlərindən biri olmuşdur. Bu proses sonrakı dövrlərdə daha da dərinləşərək 1905-1907-ci illər hadisələri, 1918-ci ilin mart-aprel qırğınları, eləcə də sovet dövründə həyata keçirilən deportasiyalarla davam etmişdir.
Xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunur. Həmin dövrdə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən bolşevik-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Qısa müddət ərzində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, tarixi və mədəni abidələr məhv edilmişdir.
Bu qırğınlar yalnız Bakı ilə məhdudlaşmamış, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Salyan və digər bölgələri də əhatə etmişdir. Şamaxıda yüzlərlə kənd dağıdılmış, minlərlə insan xüsusi qəddarlıqla öldürülmüşdür. Tarixi araşdırmalara görə, təkcə Şamaxı qəzasında minlərlə dinc sakin, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilmişdir. Quba bölgəsində isə 2007-ci ildə aşkar edilmiş kütləvi məzarlıq bu faciələrin miqyasını bir daha sübut edən ən mühüm faktlardan biridir. Aparılan elmi-tibbi ekspertizalar həmin məzarlıqda tapılan insan qalıqlarının 1918-ci il soyqırımı qurbanlarına aid olduğunu təsdiqləmişdir.
Eyni zamanda, İrəvan quberniyasında və Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar nəticəsində yüz minlərlə insan ya qətlə yetirilmiş, ya da öz doğma torpaqlarından didərgin salınmışdır. 1918-1920-ci illər ərzində yüzlərlə kənd dağıdılmış, minlərlə ailə məhv edilmişdir. Bu hadisələr təkcə azərbaycanlılara deyil, bölgədə yaşayan digər xalqlara qarşı da yönəlmiş genişmiqyaslı zorakılıq aktları ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bu hadisələrə toxunaraq qeyd etmişdir ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları sistemli xarakter daşıyır və bu faktların dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifədir. Onun təşəbbüsü ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmış, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bununla yanaşı, 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzalanmış sərəncam bu hadisələrin daha geniş şəkildə tədqiqi və beynəlxalq aləmdə tanıdılması baxımından yeni mərhələnin başlanğıcı olmuşdur. Bu sərəncam çərçivəsində həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlər, konfranslar, sərgilər və elmi araşdırmalar həyata keçirilmişdir.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri tarixi həqiqətlərin təhrif olunmasının qarşısını almaq, real faktlara əsaslanaraq dünya ictimaiyyətini məlumatlandırmaq və soyqırımı qurbanlarının xatirəsini yaşatmaqdır. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaları, diaspor təşkilatları və beynəlxalq platformalarda fəaliyyət göstərən nümayəndələr bu istiqamətdə mühüm rol oynayırlar.
31 mart yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillərə tarixi yaddaşı ötürmək, milli kimliyi qorumaq və ədalətin bərpası uğrunda mübarizəni davam etdirmək günüdür. Bu faciələrin unudulmaması və düzgün qiymətləndirilməsi xalqımızın birliyinin, həmrəyliyinin və milli şüurunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rəna Bağırova

Vətən müharibəsi şəhidi Əli Ələkbərovun anası, Abşeron rayon sakini
31-03-2026, 20:50
Tramp: İran artıq məğlub edilib


Tramp: İran artıq məğlub edilib

Hörmüz boğazı tezliklə açılacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində bildirib. Tramp bildirib ki, İran artıq məğlub edilib.
“Düşünürəm ki, boğaz açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın. Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!