Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
5-04-2026, 17:50
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq


Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında aprelin 6-da müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aprelin 6-da ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
5-04-2026, 17:34
İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları


İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları

İran və onun dəstəklədiyi silahlı qruplaşmalar İsraildə yerləşən iki iri elektrik stansiyasını mümkün hədəflər siyahısına daxil edib.
Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata əsasən, İsrailin enerji təminatında mühüm rol oynayan iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyat qərargahı tərəfindən hədəf kimi müəyyənləşdirilib.
Bildirilir ki, bu addım əks-cavab strategiyasının tərkib hissəsidir və İranın kritik infrastrukturuna yönələ biləcək hücumlara qarşı hazırlıq kimi qiymətləndirilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara start verib. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Həmçinin İran qüvvələri Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Regionda gərginliyin artması səbəbindən bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
5-04-2026, 17:15
Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək


Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
H. Fidanı Dəməşq Beynəlxalq Hava Limanında suriyalı həmkarı Əsəd Hasan Şeybani qarşılayıb.
"Nazirlik mənbələrindən alınan məlumata görə, səfər çərçivəsində ikitərəfli mövzuların və regional məsələlərin müzakirə edilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub və bildirilib ki, 17 və 29 yanvar razılaşmaları çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiya mərhələsinin qiymətləndirilməsi gözlənilir.
Qeyd olunub ki, Suriyanın təhlükəsizliyinə yönəlik təhdidlərin müzakirə edilməsi, bölgədəki müharibənin Suriyaya təsirləri, Livandakı vəziyyət başda olmaqla, digər regional məsələlərin müzakirə olunması da nəzərdə tutulub.
Bununla yanaşı, H, Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Ərəb Respublikasının Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
5-04-2026, 16:56
F-15-in polkovnik pilotu xilas edildi - Tramp


F-15-in polkovnik pilotu xilas edildi - Tramp

ABŞ, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib.
Bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" platformasında paylaşım edib.
"İranın dağlıq ərazilərinin dərinliklərində ağır yaralanmış, lakin böyük cəsarət nümayiş etdirən F-15 ekipaj üzvünü – zabiti xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və ona yaxınlaşırdılar. O, yüksək hörmətə malik polkovnikdir. İnsanlar və texnika üçün risklərə görə belə əməliyyatlar çox nadir hallarda icra olunur", – deyə paylaşımda qeyd edilib.
Tramp bildirib ki, amerikalı hərbçi İran hava məkanında həyata keçirilən yeddi saatlıq ikinci əməliyyat nəticəsində xilas olunub.
"Bazar ertəsi saat 13:00-da Oval kabinetdə hərbçilərlə birlikdə mətbuat konfransı keçirəcəyəm", – deyə ABŞ rəhbəri əlavə edib.
Qeyd edək ki, bu açıqlama İran tərəfinin ABŞ Silahlı Qüvvələrinin vurulan təyyarənin pilotlarını xilas etməyə cəhdinin uğursuz olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib.
5-04-2026, 16:45
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı


Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.
5-04-2026, 16:36
Qusarda sel aparan şəxsin meyiti tapıldı


Qusarda sel aparan şəxsin meyiti tapıldı

Qusarda selin apardığı şəxsin cəsədi aşkarlanıb.
Qusar rayonunun Gündüzqala kəndindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulov suda boğularaq axına düşüb.
Aparılan axtarış tədbirləri nəticəsində F. Rəsulovun cəsədi tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
5-04-2026, 16:07
Göytəpə abidəsi ciddi təhlükədədir - VİDEO


Göytəpə abidəsi ciddi təhlükədədir - VİDEO

Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Göytəpə arxeoloji abidəsi ciddi təhlükə altındadır.
Təbii aşınma və diqqətsizlik nəticəsində abidənin ilkin quruluşu tədricən dağılır.
Göytəpə təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük tarixi əhəmiyyət daşıyır. Burada eramızdan əvvəl VI minillikdə neolit dövrü insanlarının yaşadığı müəyyən edilib.
Bir neçə il əvvəl aparılan arxeoloji qazıntılar zamanı qədim insanların məişət əşyaları, əmək alətləri və hətta qəbirlər aşkar edilib. Bu tapıntılar Göytəpənin regionun ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiqləyir.
Lakin hazırda abidə baxımsız vəziyyətdədir və təbii amillərin təsiri ilə aşınaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Yerli sakinlər və müəllimlər hesab edirlər ki, ərazidə açıq muzey yaradılması vacibdir. Onların fikrincə, bu, həm tarixi irsin qorunmasına, həm də gənc nəslin maarifləndirilməsinə xidmət edər.
“Burada açıq muzey təşkil olunsa, şagirdlər üçün çox faydalı olar. Gələcək nəsillər də bu tarixi yaxından tanıya bilər”, – deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası-nın Arxeologiya və Antropologiya İnstitutundan qeyd olunub ki, Göytəpədə 2008-ci ildən etibarən Yaponiyanın Tokiya Universiteti ilə birgə uzunmüddətli tədqiqatlar aparılıb.
Hətta 2012-ci ildə dövlət səviyyəsində ərazidə arxeoloji parkın yaradılması ilə bağlı sərəncam verilsə də, layihə müxtəlif texniki səbəblərdən bu günədək həyata keçirilməyib.

5-04-2026, 15:49
Maştağada xətt bərpa edildi


Maştağada xətt bərpa edildi

Sabunçu rayonu Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində qəzalı, istisamara yararsız təxliyə xətti aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib.
Bu barədə ADSEA-dan məlumat verilib.
Qeyd edilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan xəttin bərpası Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Əraziyə yığılan yağış sularının nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacağı vurğulanıb.
5-04-2026, 15:14
Keşləni su basdı - Eldar Əzizov hadisə yerində


Keşləni su basdı - Eldar Əzizov hadisə yerində

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.
Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.
Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.

***

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

***

11:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

5-04-2026, 15:06
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır


]Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qeyd olunub ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Belə ki, Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində isə yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.
Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istisamara yararsız təxliyyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!