Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
27-07-2025, 10:04
Makronla Ərdoğan Qəzzadakı vəziyyətdən danışdılar


Makronla Ərdoğan Qəzzadakı vəziyyətdən danışdılar

Fransa Prezidenti Emmanuel Makronla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə E.Makron “X”dəki hesabında paylaşım edib.
Fransa lideri bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.
“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - Makron sosial şəbəkə hesabında yazıb.
26-07-2025, 21:56
Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb


Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub.
Bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq İRİA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin Nüvə tədqiqatları departamenti (NTD) tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş ərazisində 4 ədəd sahibsiz və ya itirilmiş radioaktiv tullantı aşkar edilib.
2024-cü il ərzində İRİA NTD tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş 10 rayonun (Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqovuşan və Talış kəndləri) ərazilərində radioloji və radioekoloji tədqiqatlar aparılıb.
Zəngilan rayonun Mincivan qəsəbəsində keçmiş kimya birliyi ərazisində aşkar edilmiş tərkibində "²²⁶Ra" radioaktiv maddəsi olan bir ədəd əşyanın, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində vurulmuş "T-72" düşmən tankının içərisindən yüksək alfa və qamma şüalanma mənbəyi olan "²⁴¹Am" radioaktiv materialının, Kəlbəcər rayonunun Zod kəndi ərazisində düşmən tərəfindən qanunsuz olaraq istismar olunan "Zod" qızıl zavodu ərazisində daxilində alfa və qamma şüalanma mənbəyi olan "²²⁶Ra" radioaktiv maddəsinin və Şuşa şəhərində "N" saylı hərbi hissənin Zenit Raket Batareyasının (ZRAB) avtoparkı ərazisində aşkar edilən radioaktiv izotop saxlayan naməlum cihaz hissəsinin radioloji, nüvə kriminalistik ekspertizası İRİA NTD tərəfindən həyata keçirilib.
Müfəssəl sahəvi plana uyğun olaraq yuxarıda adları qeyd olunan işğaldan azad olunmuş rayon və kənd yolları üzərində avtoqamma radiometrik-dozimetrik ölçmələr aparılıb. Avtomobil yollarının uzunluğu 1.462 km olmaqla, 546 590 nöqtədə avtoqamma radiometrik-dozimetrik ölçmələr yerinə yetirilib.
2024-cü il ərzində keçirilmiş monitorinq zamanı işğaldan azad olunmuş rayonların ərazisinin minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş kənd və qəsəbə yolları, planlaşdırılan dövlət əhəmiyyətli obyektlər - o cümlədən 110/35/10 kVt-lıq 7 yarımstansiya, 3 kiçik su elektrik stansiyası və 3 hava limanı ərazilərini əhatə etməklə - 64 planlaşdırılan dövlət əhəmiyyətli obyekt radioloji tədqiqata cəlb edilib.
Bu çərçivədə 5 625 nöqtədə piyada qamma dozimetrik ölçmələr aparılıb.
İşğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş sahibsiz və ya itirilmiş radioaktiv materiallar barəsində İRİA NTD ölkədə tənzimləyici qurum olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyini məlumatlandırıb və aidiyyəti qaydada utilizasiya olunması üçün FHN-in İzotop Xüsusi Kombinatına təhvil verib.
İşğaldan azad olunmuş ərazilərdə radioaktiv materialların gələcəkdə də aşkar edilməsi ehtimalı nəzərə alınaraq, NTD tərəfindən nəzarətdən kənar və qanunsuz dövriyyə nəticəsində aşkar edilmiş nüvə və radioaktiv materialların tədqiqi və uçotu məqsədilə Nüvə Tədqiqatları Kitabxanasının Məlumat Bazası yaradılıb.
İRİA "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması" adlı 6.1.1 bəndi üzrə işləri 2026-cı ilədək davam etdirir.
26-07-2025, 21:38
Laçında ağır qəza - 3 nəfər öldü


Laçında ağır qəza - 3 nəfər öldü

Laçının Qarakeçdi kəndində ağır yol qəzası baş verib.
Hadisə zamanı 3 nəfər ölüb, biri yaralanıb.
“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü Mahir Abdullayev, Şəhla Novruzova və Xədicə Novruzova ölüb.
Maşında olan digər sərnişin Ramilə Abdullayeva isə ağır xəsarət alıb.
26-07-2025, 21:31
Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP


Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP

Kamboca və Tailand dərhal atəşkəs və sülh istəyir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, Kambocanın Baş naziri ilə yenidən telefonla danışdığını və Tailandın Baş nazirinin səlahiyyətlərini icra edən şəxslə apardığım müzakirələr barədə məlumat verdiyini bildirib. “Onlar, həmçinin ABŞ-la ticarət masasına qayıtmaq istəyirlər. Fikrimizcə, döyüşlər dayandırılana qədər bu, məqsədəuyğun deyil. Onlar dərhal görüşməyə və tezliklə atəşkəş və nəhayət, sülh əldə etməyə razılaşdılar. Hər iki ölkə ilə işləmək mənim üçün şərəfdir. Onların uzun və zəngin tarix və mədəniyyəti var. Ümid edirik ki, onlar uzun illər birlikdə olacaqlar. Hər şey bitdikdə və sülhə nail olunduqda hər ikisi ilə ticarət sazişlərimizi bağlamağı səbirsizliklə gözləyirəm”, - deyə Tramp əlavə edib.
26-07-2025, 20:54
Kenan Piriç rəsmən “Neftçi”də


Kenan Piriç rəsmən “Neftçi”də

“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.
Kenan Piriçlə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan 31 yaşlı qolkiper 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.
Qeyd edək ki, K.Piriç millinin heyətində 8 oyun keçirib.
26-07-2025, 20:36
Dövlət qurumunun əməkdaşı iş başında öldü


Dövlət qurumunun əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.
Rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib.
İlkin məlumata görə, o, infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.
26-07-2025, 20:25
Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ


Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ

Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.
26-07-2025, 19:46
Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq


Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.
Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.
Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.
26-07-2025, 19:36
Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ


Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ

Ermənistanda yerləşən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası region ölkələri üçün ciddi təhlükə mənbəyi sayılır. Bu mövqeni bir çox ekspertlər bölüşür və sovet dövründə inşa olunmuş bu stansiyanı “saat mexanizmi ilə işləyən bomba” və “yeni mümkün Çernobıl” adlandırırlar.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Xəbər kanalının diqqət çəkdiyi əsas məqam stansiyanın seysmik fəallıq zonasına düşməsidir. “1976-cı ildə inşa olunan AES İrəvandan cəmi 35 kilometr, Türkiyə sərhədindən isə 16 kilometr məsafədə yerləşir. 1988-ci il zəlzələsindən sonra Ermənistan hakimiyyəti stansiyanın fəaliyyətini altı il müddətinə dayandırmışdı, lakin 1995-ci ildə onu yenidən işə saldı”, – deyə telekanal xatırladır.
Reportajda Qərb ekspertlərinin, xüsusilə də Peter Marko Teysin fikirləri təqdim olunur. O, köhnəlmiş AES-i “təhlükəsizlik baxımından ciddi təhdid mənbəyi” adlandırır: “Əgər bu stansiyada hər hansı qəza baş verərsə, Çernobıl ssenarisi təkrarlana bilər. Onun nəticələri, o cümlədən çirklənmə və digər fəsadlar Avropada onilliklər boyu hiss olunacaq”.
O, beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa İttifaqı və ABŞ-ı “situasiyaya dərhal müdaxilə etməyə və bununla da qlobal təhlükənin qarşısını almağa” çağırıb.
Xəbər telekanalı Böyük Britaniyanın “Daily Mail” nəşrinə istinadla bildirir ki, Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlar hələ 1995-ci ildə Ermənistanın özündə də səsləndirilmişdi.
Həmin dövrdə Ermənistan parlamentinin ətraf mühit üzrə komitəsinin müşaviri Viktoriya Ter-Nikoqosyan Metsamor Atom Elektrik Stansiyasında baş verəcək istənilən qəzanı “Ermənistanın sonu” adlandırmışdı.
Telekanal qeyd edir ki, beynəlxalq ictimaiyyət Metsamor AES-dən qaynaqlanan təhlükə barədə Ermənistanı illərdir xəbərdar edir.
Reportajda Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi Morris Rousenin Metsamor AES-i “açıq-aşkar qeyri-kafi” adlandırdığı qeyd olunur.
26-07-2025, 19:23
"Sağlığında yox, indi Aydınla fəxr edirəm"


"Sağlığında yox, indi Aydınla fəxr edirəm"

Mərhum meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım Quliyeva "Qonaqcanlı" verilişinə telefonla bağlanıb.
O, övladından danışıb.
B.Quliyeva aparıcı Aytəkin Mərdanovanın "Ana deyir ki, Aydın sağ olanda demirdim anasıyam, qürurlanmırdım. İndi fəxrlə deyirəm ki, Aydının anasıyam" sözlərinə belə cavab verib:
"Aydının sözlərini eşitməmişdim. İndi telefonda eşidirəm və fəxr edirəm. Aydın millətin ürəyində yaşayır, yaşayacaq da. Sözləri yaddaqalan, mənalıdır. İndi fəxr edirəm ki, Aydının anasıyam. Nə atası, nə mən istəyirdik ki, meyxana desin".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!