2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                       
25-12-2024, 16:03
İtaliya Azərbaycana yardım TƏKLİF ETDİ


İtaliya Azərbaycana yardım TƏKLİF ETDİ

İtaliyanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Səfirlik bu barədə "X" hesabında paylaşım edib.
“İtaliya səfirliyi bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir və lazımi yardımı göstərməyə hazır olduğunu bildirir", - deyə paylaşımda qeyd edilib.
25-12-2024, 15:51
Azərbaycanlı nazirlər təyyarənin qəzaya uğradığı yerdə - FOTO


Azərbaycanlı nazirlər təyyarənin qəzaya uğradığı yerdə - FOTO

Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarə qəzası barədə məlumat toplamaq üçün Qazaxıstanın Aktau şəhərinə gedən azərbaycanlı nazirlər artıq qəza yerindədirlər.
Butov.az ərazidən fotoları təqdim edir:




25-12-2024, 15:47
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
25-12-2024, 15:39
Prezident təyyarə qəzası ilə əlaqədar komissiya yaratdı


Prezident təyyarə qəzası ilə əlaqədar komissiya yaratdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiyanın tərkibi aşağıdakı kimidir:

Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

Üzvlər:

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli, Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.
25-12-2024, 15:27
Qəzadan sonra ilk köməyə onlar gəliblər


Qəzadan sonra ilk köməyə onlar gəliblər

Azərbaycana məxsus təyyarənin qəzaya uğramasından sonra yaralılara ilk köməyi əraziyə yaxın olan Manqıstau Regional Elektrik Enerjisi Şirkətinin işçiləri edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, işçilər dərhal köməyə qaçaraq yaralıları təyyarənin qalıqları arasından çıxarıblar.
25-12-2024, 15:16
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı bu rayondandır - SİYAHI


Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı bu rayondandır - SİYAHI

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində Zaqataladan səkkiz nəfər olub. Onlardan altısı həlak olub, ikisi yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

Həlak olanlar:

Carayev Arif

Carayev Mahir

Carayev Hacı

Ceerov Xizri

Ceerova G.

Siracova Müslümət

Yaralılar:

Siracov Nurulla

Cəlilov Nizami

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
25-12-2024, 15:16
Türkiyə Hələbdə baş konsulluq açacaq - Ərdoğan


Türkiyə Hələbdə baş konsulluq açacaq - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyanın Hələb şəhərində Türkiyənin baş konsulluğunun açılacağını bildirib.
Ərdoğan Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuz da fəaliyyətə başlayacaq. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri prosesi çox yaxşı idarə edir və onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilir. Biz Suriyaya ehtiyacı olan hər şeydə dəstək verəcəyik: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər. Biz yeni hakimiyyətlərə kömək edəcəyik ki, Suriya bərpa olunsun, potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan yaratsın”, – Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı deyib.
25-12-2024, 15:00
Türkiyə Hələbdə baş konsulluq açacaq - Ərdoğan


Türkiyə Hələbdə baş konsulluq açacaq - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyanın Hələb şəhərində Türkiyənin baş konsulluğunun açılacağını bildirib.
Ərdoğan Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuz da fəaliyyətə başlayacaq. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri prosesi çox yaxşı idarə edir və onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilir. Biz Suriyaya ehtiyacı olan hər şeydə dəstək verəcəyik: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər. Biz yeni hakimiyyətlərə kömək edəcəyik ki, Suriya bərpa olunsun, potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan yaratsın”, – Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı deyib.
25-12-2024, 14:53
Təyyarə qəzasından sağ çıxan 10 nəfər Rusiya vətəndaşıdır


Təyyarə qəzasından sağ çıxan 10 nəfər Rusiya vətəndaşıdır

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysilə uçan təyyarəsinin qəzasında sağ qalan 32 nəfərdən 10-u Rusiya vətəndaşıdır.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə sağ qalan 10 nəfərin rusiyalı olduğunu Rusiyanın Qazaxıstandakı səfirliyi təsdiqləyib.
25-12-2024, 14:39
Tokayev İlham Əliyevə başsağlığı verdi


Tokayev İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən bildirilib.
Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb: “Sizə, həlak olanların yaxınlarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərən dövlət komissiyası yaradıb”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!