Butov.az xəbər verir ki, oktyabrın 24 - də Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının növbəti iclası keçirilib. İclasa təşkilatın Kanada, İsveç, Gürcüstan və Türkiyədəki koordinatorları, həmçinin Tatarıstan nümayəndəliyi və BDAT-nın rəhbəri Sərraf Sabir oğlu Kərimov, vitse-prezident Könül Məmmədzadə və Təşkilatın İctimai Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə iştirak edib.