Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
23-11-2021, 15:53
Zakir Həsənov ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşdü

Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bütöv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.

Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.
23-11-2021, 15:44
Bütün müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Bu barədə "Unikal"a Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bütöv.az
23-11-2021, 15:38
Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.

Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.

Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb. (qaynarinfo.az)

Bütöv.az
23-11-2021, 15:28
Qiymətlər qalxdıqca, keyfiyyət aşağı DÜŞÜR

“Qiymət artımı şirkətlərə yox, əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Ticari şəbəkədə böyük rol oynayan şirkətlər də bu hallara uyğun məhsulunu istehsal etdikdə, keyfiyyəti aşağı salırlar”.

Bu fikirləri Modern.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov müşahidə olunan qiymət artımı fonunda məhsulların keyfiyyətinin aşağı düşməsindən danışarkən bildirib.

Onun sözlərinə görə, hər bir istehsalçı şirkət qiymət artımından istifadə edərək, çox pul qazanmaq üçün məhsulun keyfiyyətini aşağı salır:
“Bildiyimiz kimi, qiymət artıqca keyfiyyət aşağı düşür. Keyfiyyəti aşağı salan da istehsalçı şirkətdir. İstehsalçı şirkət ölkədə qiymət artımını müşahidə edir və öz məhsulunun da qiymətini qaldırır. Qiymətini qaldırdıqca keyfiyyətini aşağı endirir ki, gəliri daha çox olsun.
Onlar hər şeyi ölkənin iqtisadi durumuna uyğun tənzimləyirlər.
Bəzi şirkətlər var ki, özünün yararsız olan məhsulunu açıq şəkildə məhv edir. Mən bütün şirkətləri belə bir təşəbbüs etməyə çağırıram. Yalandan vaxtı keçmiş məhsulların üzərinin qabığını dəyişib, yenidən satışa qoymasınlar”.

Bütöv.az
23-11-2021, 12:34
Vitamin D əskikliyini evdə özün təyin et

Payız-qış aylarında orqanizm kəskin vitamin D defisiti keçirir. D vitamini hətta isti yay aylarında təbii olaraq günəşdən alınsa da, cəmi 3-4 aya sərf olunub gedir.

Bütöv.az medicina.az-a istinadən analiz vermədən, evdə, özünüzdə vitamin D defisitini təyin etməyin metodunu təqdim edir.
Özünüzdə bu vitaminin çatışmamasını necə yoxlamalı?
- Saçlarınıza, dırnaqlarınıza baxın - əgər quru, qırılan, laylanan, cansızdırsa, sınırsa, uzanmırsa, saçlarınız tökülürsə deməli vitamin azdır
- Bədən, əllər, boyun tez-tez tərləyirsə
- Gecələr yatanda və ya çox oturanda qollar, ayaqlar uyuşursa, qıcolmalar baş verirsə

- Əzələlər zəifdirsə, spazmlar olursa

- Yuxunuz normal deyilsə, yuxuya gedə bilmirsiz
- Qadınlarda menstruasiya pozulmaları varsa
- Kişilərdə cinsi zəiflik və enerjisizlik varsa
- Daim yorğun, əzgin, bir işi görməyə halınız yoxdursa
- Sümüklər, barmaqlar, oynaqlar ağrıyırsa
- Başda duman hissi, diqqət, yaddaş zəifliyi varsa
- Sümüklərdə kövrəkləşmə başlayıbsa
- Ağzınız, diliniz, ağız ətrafı sanki qurudursa
- Çəkiniz öz-özünə artırsa, bədən sanki şişirsə
- Bağırsaqlarda spazm, şişmə varsa
23-11-2021, 12:31
Teymur Musayev: “Azərbaycanda vaxtı keçmiş vaksin yoxdur”

“Azərbaycanda vaxtı keçmiş vaksin yoxdur”.

Bunu APA-ya səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini icra edən Teymur Musayev deyib.

O bildirib ki, indiyə qədər ölkədə vaxtı keçmiş vaksin olmayıb.
“Bütün vaksinlər vaxtında istifadə edilib”, - deyə T. Musayev bildirib.

Bütöv.az
23-11-2021, 12:28
Milli Məclis sədrinin Rusiyaya səfər proqramı açıqlanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə Bütöv.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Burada parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.
23-11-2021, 12:20
ABŞ Ukraynaya əlavə silah göndərməyi nəzərdən keçirir

ABŞ Ukraynaya hərbi müşavirlər və əlavə silah göndərmək ehtimalını nəzərdən keçirir.

Ovqat.com xəbər verir ki, məlumatı Bayden administrasiyasındakı mənbələrə istinad edərək CNN telekanalı yayıb.

Telekanalın iddiasını Ağ Evin sözçüsü Cen Psaki şərh etmək istəməyib və bu barədə hər hansı fikir “bəyan etməkdən” boyun qaçırıb.

CNN-in məlumatına görə, Ukraynaya əlavə Javelin zenit-raket kompleksləri və portativ zenit-raket kompleksləri göndərilə bilər, baxmayaraq ki, Ukraynanın özündə kifayət qədər MANPADS var.

CNN iddia edir ki, Pentaqonda bu “yardım” Moskvanın Ukraynaya hərbi müdaxiləyə hazırlığı fonunda Kiyevə əlavə dəstək kimi qiymətləndirilir.

Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iki gün öncə ABŞ-ın Military Times” nəşrinə müsahibəsində Vaşinqtonu Ukraynaya kifayət qədər hərbi dəstək verməməkdə ittiham etmişdi. Görünür, Vaşinqtonda bu gileyi “nəzərə alıb” Ukraynaya daha ciddi dəstək vermək qərarına gəliblər.

Bütöv.az
23-11-2021, 12:18
Qurtulmuş: Nə F-35, nə də S-400, əsas məsələ budur!

F-35 və S-400 məsələsi Türkiyənin milli müdafiə sənayesindəki irəliləyişdən dolayı yaranan narahatlığın təzahürüdür.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş deyib.

Qurtulmuş bildirib ki, Türkiyə müttəfiq ölkə tərəfindən (ABŞ – red.) S-400-lərə görə embarqo və təzyiqlərə məruz qalır:

“Əslində məsələ nə F-35-dir, nə də S-400... Məsələ ondan ibarətdir ki, əgər Türkiyə güclü Türkiyə istiqamətində irəliləyərsə, yaxın zamanda milli təyyarəsini yaradacaq, raket və təyyarə mühərrikləri istehsal edəcək. Narahatlıq bununla bağlıdır”.


Bütöv.az
23-11-2021, 12:12
Bakının məşhur gecə klubunda əməliyyat keçirildi, saxlanılanlar var – VİDEO

Bakıda polis tərəfindən gecə klubunda əməliyyat keçirilib.

Hokm.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən məşhur gecə klubu “1033”dən gedir.

Sözügedən klubda pandemiya qaydalarına əməl olunmadığı bildirilir. Bu səbəbdən polis tərəfindən bir neçə nəfər saxlanılıb.

Gecə saatlarında keçirilən əməliyyat anını əks etdirən görüntüləri təqdim edirik.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!