Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-12-2021, 16:44
Müharibəyə aid orden və medalları satan şəxs həbs edildi

Bakı şəhəri Yasamal rayon məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Bütöv.az Musavat.com-a istinadən xəbər verir ki, Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibətil iə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşanın, Suqovuşanın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Ağdamın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, “İgidliyə görə” medalları, “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Rəşadət” ordeni, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.

Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə Aydın Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
28-12-2021, 16:38
Külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alındı - VİDEO

Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Unikal"a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bütöv.az
28-12-2021, 16:35
Reket-“jurnalist” Ata Abdullayev yeddi il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevə hökm oxunub, o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz verib.
O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib. Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
28-12-2021, 16:33
AQİL ƏLİYEVİN GƏMİSİNİ GİZLİ ŞƏKİLDƏ SATIB, PULUNU BÖLÜŞDÜRDÜLƏR...

Mərhum hazırda Almaniyada yaşayan qızları 13 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatlarını açıqlayır: “2006-cı ildə Aqil Əliyev rəhmətə getdikdən sonra, İlham Məmmədov və İmran Eyvazzadə 1500 tonluq “Drafa” gəmisini atamın əlindən almışlar”

“Bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi?...”

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, 02.12.1992-ci və 09.12.1988-ci illərdə Bakı şəhərində anadan olmuşuq. 07.11.2008-ci ildə atam Səlimov Dianət İsmayıl oğlu qətlə yetirilmişdir. Onda mən - Səlimova Nərgiz 16 və bacım - Seyidova Nərminə 20 yaşında olmuşuq. Atamın öldürüldüyünü dərindən başa düşə bilmirdik. Nəhayət, böyüdükdən sonra anamın dediklərindən elə başa düşdük ki, atamız mərhum Aqil Əliyevin yanında işləyirmiş, ailəmiz yaxşı yaşayırmış, maddi vəziyyətimiz də yaxşıymış.

Lakin Aqil Əliyev 03.08.2006-cı il tarixdə rəhmətə getdikdən sonra, atamı A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və atamın ortağı (şəriki) Eyvazzadə İmran adında kəslər gözümçıxdıya salmışlar. Aqil Əliyev rəhmətə gedən kimi atamın işlədiyi 1500 tonluq “Drafa” gəmisini əlindən almışlar və Maxaçkala şəhərində gizlindən kimlərəsə satmışlar. Həmin gəminin satışından əldə edilən, atamın payına düşən pulun üstündə də atamı sifariş verib öldürtmüşlər.

Anamdan soruşardıq kı, atamın qətlini sifariş verənləri cəzalandırdılarmı? Anam deyərdi ki, yox, şikayət etsək də, nə İlham Məmmədovu, nə də İmran Eyvazzadəni cəzalandırmadılar, gəminin pulundan verib, atanızın qanını batırdılar. Hətta anam deyirdi ki, atanızı öldürtdürən İlham Məmmədovdan və İmran Eyvazzadədən bu gün də qorxuram, onlar çox pulludurlar, sizi də, məni də nə vaxtsa öldürtdürə bilərlər.

Beləcə, uşaqlıqdan qorxu içərisində yaşadıq. Böyüyüb şəxsiyyət vəsiqəsi alan kimi, onların qorxusundan anam bizi Bakı şəhərindən çıxarmışdır. Hal-hazırda bacımla Almaniyada çox-çətin şəraitdə, çox çətin durumda yaşayırıq. Lakin nə vaxtsa bu cinayətin üstünün açılacağına, atamın qətlinin sifarişçiləri - İlham Məmmədovun və İmran Eyvazzadənin dövlətimiz tərəfindən cəzalandırılacağına inanırdıq. O günü səbrsizliklə gözləyirdik. Hər gün Allaha yalvarırdıq, dualar edirdik ki, atamızın qanı yerdə qalmasın.

Nəhayət, bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi? Görəsən, atamın qətlə yetirilməsi ilə bağlı cinayətin üstü açılacaqmı?

Neçə illərdir anamızın üzünə həsrət qalmışıq. Qorxumuzdan, Bakıya gəlib-gedə bilmirik. Bizə elə gəlir ki, elə Bakıya gedən kimi atamın qətlinin sifarişçiləri - İlham Məmmədov və İmran Eyvazzadə - bizi də öldürdəcəklər.

Ancaq nədənsə, bu günə kimi İlham Məmmədovla birgə atamın qətlini sifariş verən İmran Eyvazzadə hələ də həbs edilməmişdir, azadlıqda gəzir.

Bütöv.az
28-12-2021, 16:28
Yüksək təzyiq riskini 65% azaldan içki AÇIQLANDI

İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir. Bunun qarşısını almaq mümkündür. Bunun üçün qida və həyat rejimini dəyişmək lazımdır.

Medicina.az xəbər verir ki, Çin alimləri yeni tədqiqatlarında hipertoniya riskini azaldan, insanı qoruyan 2 içkinin effektini sübut ediblər.

Bunlar yaşıl çay və ulundur. Onar güclü antioksidant təsirə malikdir
Gündə yarım stəkan yaşıl çay və ulun içən şəxslərdə hipertoniya riskini 46% azaldıb.

Gündə 2 fincan içənlərdə isə bu risk 65% olub.

Bu içkiləri yeni aşkarlanan təzyiq xəstələri də içə bilər.

Bütöv.az
28-12-2021, 16:03
Rusiya aviabazasının cəmi 15 kilometrliyinə raket zərbələri endirildi LİMANDA KONTEYNERLƏR VURULDU - VİDEO

İsrail Hərbi Hava Qüvvələri dekabrın 28-nə keçən gecə Suriyanın Latakiyə rayonundakı dəniz ticarət limanının ərazisinə dəqiq raket zərbələri endirib.

Virtualaz.org xəbər verir ki, Suriya dövlət KİV-ləri raket zərbələrinin hədəfinin limandakı konteyner meydançası olduğunu bildirir. Suriya ordusu hava hücumundan müdafiə sistemlərini işə salıb, amma yayılan kadrlardan görünür ki, İsrail raketlərinə qarşı effektiv ola bilməyib. Zərbələrin Aralıq dənizi üzərindən endirildiyi bildirilir, ehtimal ki, vurulan konteynerlərdə İrandan “Hizbullah”a göndərilən silah-sursat olub. Çünki raket zərbələrindən sonra limanda bir-birinin ardınca şiddətli partlayışlar baş verib.

İsrail tərəfi ənənəvi olaraq bu zərbələri şərh etmir. Rusiya mənbələri isə zərbələrin Hmeymim aviabazasının cəmi 15 kilometrliyinə endirildiyini, bu zaman Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin radarlarının raketləri qeydə ala bilmədiyini bildirir. Məlumata görə, bu son bir neçə ayda İsrail aviasiyasının ən uğurlu hücumlarından biridir. Mənbələr limanın ərazisində azı 6 şiddətli partlayışın baş verdiyini deyirlər. Ehtimal edilir ki, İsrail ordusu daha alçaqdan uçan və manevr edən yeni tip qanadlı raketlər tətbiq edib, nəticədə Rusiya istehsalı olan hava hücumundan müdafiə kompleksləri onları “görə bilməyib”.



Bütöv.az
28-12-2021, 15:51
“Şəki Şərab” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinin qalibi ilə müqavilə imzalanıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Bütöv.az-ın məlumatına görə, dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1 920 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4 500 000 manata yaxın məbləğ təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535 000 manat olan əməkhaqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcək. “AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.

Qeyd edək ki, “Şəki Şərab” MMC altı hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir. “Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir. Müəssisənin şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. “Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov:

“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”, - deyə qeyd edib.

İnvestisiya müsabiqəsinin qalibi “AzAbrau” MMC Rusiya Federasiyasının “Abrau-Durso” PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada beş tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. Dörd şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin üç böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları vardır.


28-12-2021, 15:48
MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başladı - CANLI YAYIM

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.




Bütöv.az
28-12-2021, 15:42
Direktor təhsil sitemini bazara çevirib - VİDEO

Goranboy rayonu Hazırəhmədli kəndinin sakini Məmmədova Mirağa Nəbi oğlu Goranboy rayon Təhsil Şöbəsinin ( RTŞ) müdiri Seymur Nazarovdan, Hazırəhmədli kənd T. Məmmədov adına tam orta məktəbinin direktoru Sadət Abbasovanın qanunsuz əməllərindən və özbaşınalıqlarından şikayətçidir.

Bütöv.az xəbər verir ki, Dünyanınsəsi.Az-ın redaksiyasına göndərilən şikayət məktubunda Mirağa Nəbi oğlu direktor S.Abbasovu təhsil sitemini bazara çevirməkdə ittiham edir.
Şikayətçi qeyd edir ki, əvvəllər bizim kənddə 9-10-11-ci sinif şagirdləri repetitor yanına gedirdi.Bu gün isə 1-ci sinif şagirdi olan övladını repetitorun yanına göndərir.Nəticədə kənd məktəbində şagird kontigentin dərsə davamiyyəti olmur.Direktoor S.Abbasova məqsədyönlü şəkildə özünün “repetitor biznesi”ni çiçəkləndirir.Bu direktorun özbaşınalığına isə Goranboyda gözün üstə qaşın var deyən tapılmır.
Bu məsələ ilə bağlı dəflərlə kənd sakinləri yuxarı insatnsiyalara eləcə də dən Goranbot RTŞ-nin müdiri Seymur Nazarova da müraciət ediblər.Amma heç bir tədbir görülməyib.
Sonda şikayətçi bir maraqlı məqama toxunub;
” Həyat yoldaşım Məmmədova Qəmər Camal qızı Hazırəhmədli tam orta məktəbində xadimə işləyirdi onu işdən çıxarandan sonra əmrə baxdıq ki, (0.5 oklad) lobarant vəzifəsində çalışırmış”.

Redaksiya olaraq qarşı tərəfin mövqeyini də dərc edə bilərik.
Hazırəhmədli kənd sakinin prezidentə ünvanlanmış videoşikayətini təqdim edirik:

28-12-2021, 15:36
Vüqar Səfərlinin müsadirə edilən əmlaklarının SİYAHISI

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kvadratmetr) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedens-Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192,8 kvadratmetrlik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kvadratmetrlik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kvadratmetrlik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin “Rabitəbank” ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Xatırladaq ki, istintaq dövründə V.Səfərlinin əmlak və bank hesablarının üzərinə həbs qoyulmuşdu.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!