"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
25-01-2022, 14:45
UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.

“Report” xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə qarşılaşacaq.

Bütöv.az
25-01-2022, 14:37
İstanbul aeroportunda uçuşların bərpa olunacağı TARİX AÇIQLANDI

Xəbər verdiyimiz kimi, güclü qar yağışı səbəbindən İstanbul hava limanında bütün uçuşlar ertələnib.

Bütöv.az bildirir ki, “Türk Hava Yolları”nın mətbuat katibi Yəhya Üstün sosial media hesabı üzərindən İstanbul aeroportunda reyslərin bərpa olunacağı vaxtı elan edib.
Yəhya Üstün qeyd edib ki, hava şəraiti səbəbindən THY-nin İstanbul hava limanından edilən uçuş əməliyyatları yanvarın 26-sı saat 00:00-dək təxirə salınıb.
25-01-2022, 14:29
İstanbulda dəhşətli mənzərə: Şəhərə girişlər bağlandı – VİDEO

İstanbulda aramsız qar ciddi fəsadlara yol açıb.

Bütöv.az verir ki, qar səbəbilə yollar bağlanıb. Minlərlə sürücü yollarda qalıb. İstanbulun nəqliyyat vasitələri ilə daha çox yüklənməməsi üçün şəhərə girişlər bağlanıb. İnsanlar ünvanlarına piyada getmək məcburiyyətində qalıb. İstanbul hava limanında reyslər təxirə salınıb.

Bir çox dövlət idarələrində və məktəblərdə işlər dayandırılıb.Metbuat.az


25-01-2022, 14:06
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 89,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,31 dollar/barel azdır.

Bütöv.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 84,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 87,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.
25-01-2022, 13:07
10 MİNLƏRLƏ ŞAGİRDİ SAXTA MƏLUMATLARLA "ZƏHƏRLƏYƏNLƏR" KİMLƏRDİR?

“Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Bundan sonra həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.

Bu iki cümləlik açıqlama Təhsil Nazirliyinin 4-cü siniflərin rus dili dərsliyindəki 20 yanvar faciəsinin saxtalaşdırılmasına verdiyi reaksiyadır. Dərsliyin hazırlanmasında iştirak edən Təhsil Nazirliyi, “Şərq-Qərb” nəşriyyatı və müəlliflər heç nə olmamış kimi, cəmiyyətin haqlı etirazına məhəl qoymurlar.

Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.

Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”

Hazırda ölkədə 340 rus məktəbində 130 minə yaxın şagird təhsil alır. Hər il 15 minə yaxın uşaq bu məktəblərdə 1-ci sinfə gedir. Kiçik bir hesablama nəticəsində bu kitabdakı saxta informasiyanın nə qədər şagird tərəfindən oxunduğunu bilmək olar.

Haqqında bəhs olunan kitab 2019-cu ildən tədris edilir. Hər il təqribən 15 min şagirdin 4-cü sinifdə təhsil aldığını nəzərə alsaq, 3 il ərzində 50 minə yaxın şagirdə 20 yanvar faciəsi ilə bağlı saxta, yalan bilgi verildiyi məlum olar. Təcrübədə sübut olunub ki, insanların uşaq vaxtlarında oxuduqları kitablar onların yaddaşına həkk olunur və həqiqət olaraq qəbul edilir.

Qeyd edək ki, təhsil müəssisələri üçün dərsliklərin hazırlanması, təsdiqlənməsi və nəşri qaydaları Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli qərarı ilə təsdiq olunub. Bu qərara əsasən, hazırlanan dərsliklər inkişafyönümlü, dəyəryönümlü, tərbiyəyönümlü olmalı və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini qarşılamalıdır.

Dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün Təhsil Nazirliyi tərəfindən qrif verilməli, yəni təsdiqlənməlidir. Təhsil Nazirliyi dərsliyi yoxlamaq və qiymətləndirməni həyata keçirmək üçün bu sahədə ən azı 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan 3 nəfər mütəxəssis cəlb edir. Dərslik 2 ay ərzində yoxlanılır və 100 ballıq şkala əsasında, müxtəlif meyarlar üzrə qiymətləndirilir. Daha sonra Nazirlik tərəfindən təsdiq olunmuş dərsliklər 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunaraq təhsil müəssisələrinə göndərilir.

Burdan aydın olur ki, dərsliyi yoxlayan və təsdiqləyən Təhsil Nazirliyi olduğundan, əsas məsuliyyət də bu qurumun üzərinə düşür. Belə çıxır ki, bu 3 mütəxəssis ya dərsliyi oxumadan təsdiqləyiblər, ya da bu rüsvayçı nöqsana bilərəkdən göz yumublar.

“Şərq-Qərb” nəşriyyatına gəlincə, bu qurumun AMEA prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilir. Burada Təhsil Nazirliyinin rus dilində dərsliyin hazırlanması üçün bu nəşriyyatı seçməsi də olduqca maraqlı faktdır.

Qeyd edək ki, dərsliklərdəki nöqsanlarla bağlı qanunvericilikdə heç bir cəza tədbiri, sanksiya nəzərdə tutulmayıb.

Hüquqşünas Ceyhun Yusifov “AzPolitika.info”-ya bildirib ki, burada əsas cəzalandırma mexanizmi ictimai qınaqdır: "Hesab edirəm ki, dərsliklər hazırlanan zaman xüsusi komissiya yaradılmalı və bu işə nəzarət olunmalıdır. Komissiyanın müsbət rəy vermədiyi dərslik nəşr edilməməlidir. Digər bir məqam odur ki, dərsiyi yazanların da gərək vətəndaşlıq mövqeyi, milli ənənələrə bağlılığı yüksək səviyyədə olsun”.

Dərsliyin müəlliflərinə gəlincə, Bela Nuriyeva və Nigar Mustafazadə Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli orta məktəbin ibtidai sinif müəllimləridir. Hər iki müəllim Təhsil Nazirliyinin böyük diqqət göstərdiyi, “əl üstündə tutduğu” müəlimlərdəndir.

1968-ci ildə Bakı şəhərində anadan olan Bela Nuriyeva 1994-cü ildə Rusiyanın Omsk şəhərindəki OMSK dövlət universitetinin ibtidai təhsilin metodikası fakultəsini bitirib.

O, 2008-2013-cü illərdə Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2009-cu ildə isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Nigar Mustafazadə də Təhsil Nazirliyi tərəfindən müxtəlif vaxtlarda mükafatlar, təşəkkürnamələr və hədiyyələr alıb. N.Mustafazadə 2013-2014-cü illərdə keçirilmiş “Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərindən olub və 5 min manat mükafat alıb.

Qeyd edək ki, Bela Nuriyeva və Nigar Mustafazadə 2021-ci ilin iyunun 24-də adlarının ilk iki hərflərini birləşdirərək, “BENİ” tədris mərkəzi təsis ediblər. Bu mərkəzdə müəyyən məbləğ qarşılığında 5-7 və 8-11 yaşlı uşaqlara rus dili dərsindən hazırlıqlar keçirilir. Görəsən, dərslikdə ciddi nöqsana yol verən bu müəllimlər, tədris mərkəzində də 20 yanvar faciəsini uşaqlara təhrif edilmiş formada çatdırırlar?

Problemlə bağlı Təhsil Nazirliyinə bir daha müraciət edərək konkret suallar ünvanladıq: “Dərsliyin nəşri üçün müsbət rəy verən ekspertiza qrupu ilə səhvin necə baş verdiyi araşdırılıbmı? Pedaqoji qurum bu kitabı neçə balla qiymətləndirib?”

Qurumdan aldığımız cavab həmişəki kimi iki cümlədən ibarət oldu: "Dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar qiymət verir. Dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün tims.edu.az saytında yerləşdirilir. Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.

Bütöv.az
25-01-2022, 13:04
Əli Əsədov belarus həmkarı ilə danışdı

Yanvarın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bütöv.az
25-01-2022, 13:02
Kəlbəcər və Laçındakı qoşunlarımızın təminatı ilə bağlı yeni VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bütöv.az-a bildirilib ki, hər iki rayonda dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.

25-01-2022, 12:57
Zakir Həsənov İrana getdi

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Bütöv.az
25-01-2022, 12:54
İlham Əliyev iranlı naziri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Bununla bağlı Bütöv.az məlumat yayıb.
24-01-2022, 16:12
İlham Məmmədli-Belə olmaz ağalar, xanımlar!

İlham Məmmədli


Sosial şəbəkələrdə Fəlsəfə İnstitunun əməkdaşı Yasəmən Qaraqoyunlunun adından bir yazı yayılıb. Yazını oxuyan da, oxumayan da onu bəyənib, paylaşır. Əvvəllər bu xanımın milli ruhlu bəzi yazılarını oxuyub ona rəğbətlə yanaşmışdım. Ancaq bu dəfəki yazısı (bəlkə də özünün xəbəri yoxdu) başdan ayağa məntiqsiz, əsassız və isterikaya qapılmış bir adamın hirsi, hikkəsidir. Bu xanım Akademiya əməkdaşlarının 80 faizini Türkiyə düşməni adlandırır. Şəxsən bizim İnstitumuzda belə bir insan olduğunu mən ağlıma belə sıxışdırmıram. Nə qədər məsuliyyətsiz olasan ki, ömrünü elmə həsr etmiş, millətin kimliyini özünə tanıtmış yüzlərlə insana bu qədar həqarət edəsən, böhtan yağdırasan. Görünür Akademiya əməkdaşlarının çoxu abırına qısıldığından əli baltalı da, əli yalın da Akademiyanın üstünə yüyürür. Belə olmaz ağalar, xanımlar! Öz çəkinizi bilin, yerinizi tanıyın. Azərbaycan tarixinin, ədəbiyyatının... ən şərəfli səhifələrini yazanlar və bu yolu davam etdirənlər Akademiyanın yetirmələridir. Ziya Bünyadovdan bu günümüzə və sabahımıza qədər... Özünüzə gəlin, toxtayın, cığallığınızı dayandırın.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!