Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
16-01-2022, 21:50
CÜCƏ OĞRUSU

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.


(hekayə)
Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
- Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?
- Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım.
- A bala, ta keçib bir bu tərəfə zəhmət çək, - deyə, - məni çəpərin başına çağırdı.
Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum:
- Buyur, ay Məcid dayı, nə məsələdir?
- Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox
olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, - deyə, - həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi.
- Buyurun, buyurun.
- Vallah heç bilmirəm necə deyim...
- Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə.
- Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş
bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var.
- Oldu, – deyib, - məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı.
Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim:
- Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir?
- Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür!
- Min şükür!
- Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var.
Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi:
- Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-
pişik də yoxdur.
- Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə
pişiyinin adı idi.
- Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi
də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi.
- Bəs səbəbi nə idi, Məcid dayı?
- Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə
deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayan gözünə dəyibmi?
- Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin
həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm.
- Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at
belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır.
- Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, - bayaqdan kənarda
oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, - adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi... İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə.
- Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək?
Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim:
- Məcid dayı, atalar yaxşı deyib, - “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım.
- Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür.
İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir.
- Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə
bilər?
- Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil
məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır?
- Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O
“televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var.
- Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə
bilməz.
- Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm,
direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq....
Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi:
- Salam, müəllim! Necəsiniz?
- Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var?
- Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin
inanmazdım.
- Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə
kameralarınıza ziyanlıq dəyməmiş aparın.
- Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq.
Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz.
Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi:
- Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir.
Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam...
Hamımız heyrət içində donub qalmışdıq... Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım...
Məcid dayı isə elə hey təkrar edirdi:
- Dağıl, a belə dünya, dağıl... At izi it izinə qarışıb....

15.01.2022. Bakı.
16-01-2022, 12:26
“Ərusək” filmi Fəcr film festifalına buraxılmadı

Səməd Bayramzadə
Tarix üzrə fəlsəfə doktoru

Azərbaycan türkcəsində ərsəyə gəlmiş “Ərusək” filmi Fəcr film festifalına buraxılmadı, özü də Təbrizin lap göbəyində.
(13.01.2022-ci il tarixində İranın “ANAJ” saytına istinadən)
“Ərusək” (Gəlincik – S.B.) filminin prodüseri Cəlil Əkbəri Səhhət həmin filmin Fəcr film festivalına buraxılmamasını kino sənəti və onu yaradanlar üçün böyük bir itki kimi dəyərtləndirib.
40-cı Fəcr Film Festivalının seçim komissiyasının üzvü olan Behruz Əfxəmi “Ərusək”in ölkənin ən mühüm kino tədbirinə qatılmamasının səbəbi ilə bağlı bunları deyib: “Bu film həssas bir məsələyə (Azərbaycan türkcəsində olduğunu nəzərdə tutur – S.B.) və filmin fars dilində gedən alt yazıları üçün çox az zaman verilməsi səbəbinə görə festivala qəbul olunmadı. Amma ümumi qaydalara görə filmin nümayişi üçün lisenziya veriləcəkdir. Çünki bu film, çox yaxşı bir işin məhsuludur”.
“Ərusək” filminin prodüseri Cəlil Əkbəri Səhhətin müsahibəsindən: “Ərusək” filmi sosial problemdən və eyni zamanda da bir ailənin hekayəsindən bəhs edən bir komediyadır. Filmin məzmununu açıqlamaq istəmirəm, amma onun nə ümumi, nə də milli təhlükəsizliklə bağlı məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu film İran kinosunun ümumi və xüsusi tamaşaçıları üçün çəkilib və filmdəki hekayə Təbrizdə baş verən hadisələrlə bağlı olduğundan filmin dili təbii olaraq türkcədir (Azərbaycan dilidir – S.B.). Bu film çəkilməli olduğu gündən, yəni bu ilin aprel-may ayından xəbərlər şəbəkəsində onun geniş kütlə üçün dublyaj ediləcəyini bildirdim. Əvvəldən planımız film üçün dublyaj və farsca alt yazı hazırlamaq idi. Bu illər ərzində türk (Azərbaycan – S.B.) dilində “Ev”, “Dəri”, “Kömür”, “Atabay” kimi müxtəlif filmlər çəkilib. Ölkəmizdə yayılmış ortaq dillərdən biri türk (Azərbaycan – S.B.) dilidir və bu dildə film nümayişinin də tamaşaçı üçün heç bir xüsusi problemi yoxdur. İstehsal lisenziyası alınarkən bu dilin istifadəsinin qadağan olunduğu qeyd edilməmişdi. Bu film düşünülənin əksinə olaraq, milli sinerjini də artıra bilər.
Fikrimizcə, “Ərusək” filmi geniş tamaşaçı kütləsini cəlb edə bilən milli bir filmdir. “Ərusək”in sosial potensialı o qədər böyükdür ki, bütün tamaşaçılar arasında fərqli əks-səda yarada bilər”.

چرا «عروسک» از جشنواره فجر بازماند؟/ داستانی به زبان ترکی و در بطن شهر تبریز
ANAJ.İR
چرا «عروسک» از جشنواره فجر بازماند؟/ داستانی به زبان ترکی و در بطن شهر تبریز
جلیل اکبری‌صحت، تهیه‌کننده «عروسک»، پذیرفته نشدن این فیلم در جشنواره فجر را هم خسارتی برای این رویداد سینمایی و هم سازندگان آن دانست.
15-01-2022, 13:29
QHT sədri uşaq bağçasındakı  hadisəyə kəskin etirazını bildirir

Uşaq bağçasının maraqlı yaranma tarixi var. 1837-ci ildə alman pedaqoqu Fridrix Frebel Bad-Blankenburq şəhərində körpələrin təlim-tərbiyəsi məqsədilə ilk məktəbəqədər tərbiyə müəssisəsi yaradır və bu məkanı “Kindergarten” – Uşaq bağçası adlandırır. Onun fikrincə, “Həyatın çiçəkləri” olan uşaqlar xüsusi nəvaziş və diqqət tələb edirlər və onları bacarıqlı və qayğıkeş “bağbanlar” böyüdüb bəsləmələdir. Bu nəcib insan yəqin ki, sivil cəmiyyətdə “uşaq bağçası”nın bəzi nanəcib tərbiyəçilər tərəfindən “cəngəlliyə” çevriləyəcəyini qətiyyən təsəvvür edə biməzdi.
İsmayıllıda baş vermiş hadisə - utandırıcıdır. Sosial şəbəkələrdə geniş yer almış, televiziya efirində nümayiş etdirilmiş kadrları izlədikcə, üzülürəm: üç yaşlı körpəyə əl qaldırmaqmı olar? Nədir bu məzlum varlığın günahı? Nədən bu uşaq ovcunda tutduğu çörək əvəzinə qapaz “yeməlidir”?
“Uşaqlar – gələcəyimizdir” deməklə gələcəyimizi xoşbəxt edə bilmərik. Bu gün uşaq bağçasında tərbiyəsiz tərbiyəçinin qapazına tuş gələn bu çocuq sabah Vətən torpağını qorumalı əsgər deyilmi? Uşağa əl qaldırmaqla gələcəyimizə qəsd etmirikmi?
Məlumata görə, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə ləğv edilib.
Ədalətli qərardır. Amma yenə də - yarımçıq. Uşağa təcavüz – kobud rəftar deyil, cinayətdir. Cəzası da sərt olmalıdır: bu tərbiyəsiz tərbiyəçi təlim-tərbiyə müəssisələri ilə əmək müqaviləsi bağlamaq hüququndan həmişəlik məhrum edilməsə, onun qapazının qurbanı olan körpələrin sayı arta bilər. Gələcəyimiz təhlükədə deyilmi?

Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
14-01-2022, 20:33
Hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimov zəngin dəyərlərə malik, öz geniş elmi fəaliyyəti, dərin zəkası, hüquq elmi sahəsində fundamental əsərləri ilə təkcə doğulduğu vətənində, Azərbaycanda deyil, Rusiya, eləcə də inkişaf etmiş beynəlxalq ölkələrdə böyük şöhrət qazanmışdır.
DÜNYA ŞÖHRƏTLİ ALİM

Uca yaradan müqəddəs kitabında, “Qurani-Kərim”də “Ələq” surəsində yazır: “Sizə qələmlə tutmağı öyrətdim”. Bu müqəddəs kəlamı özü üçün devizə çevirən professor İlham Rəhimov bütün elmi çıxışlarında deyir: “Elm mənim üçün ən üstün, dəyərli, qiymətli nemətdir. Onun işığında çox zülmətləri yarıb, hüquqi elmi əsərlər yazmışam”.
Professor İlham Rəhimovun on bir elmi əsərlərdən ibarət kitabları: “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi”, “Cinayətkarlıq və kibernetika”, “Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi”, “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri”, “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası”, “Müasir mərhələdə Rusiyada və dünyada terrorizm”, “Qlobal transformasiyalar dövründə müasir dövlətçilik”, “Din və cəza”.
Bu kitablar elmi dərslik kimi ali məktəblərdə, hüquq fakültələrində tələbələrə öyrədilir. Eyni zamanda hüquq sahəsində çalışan hüquqşünaslar, elm adamları da bu kitablardan istifadə edirlər.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiya müdafiə etmişdir.
Bununla da o, postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru adını almış, 1966-cı ildən isə professor elmi adına layiq görülmüşdür.
Kitabları Azərbaycan, rus, ingilis, alman, italyan, çin, bolqar, ivrit və türk dillərinə tərcümə olunaraq dünya elmi məbədlərində yüksək qarşılanmışdır.
Elm fədaisi, elmdə qazandığı böyük nailiyyətlərlə yanaşı, 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur. O, birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür.
Eyni zamanda, tanınmış alim müxtəlif illərdə Fransa dövlətinin, Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adını, Bolqarıstan Elmlər Akademiyasının “Doktor Honoris Kauza” ali mükafatını və digər ölkələrin mükafatları ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşdür.
Professor İlham Rəhimovun ömür dünyasının ikinci hissəsini isə onun xeyirxahlığı, xeyriyyəçiliyi təşkil edir. Xeyriyyəçilik fəaliyyətində əsas yerlərdən birini istər doğma vətənində, istərsə də onun hüdudlarından kənarda təhsil alan imkansız tələbələrə təqaüd verməsi təşkil edir. Bunlar yüzlərlədir. Həmyerlisi Hacı Zeynalabdin Tağıyevin ənənələrini davam etdirən professor İlham Rəhimov 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində də öz mənəvi və maddi dəstəyini əsirgəməyib. Hal-hazırda isə yüzlərlə qazi, şəhid və kasıb ailələrinin maddi tələbatını ödəyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Rəhimovu “Şöhrət ordeni” ilə təltif etmişdir.
Uca Allah belə buyurur: “Kim mənim bir yetimimi sevindirərsə, ac qarnını doyuzdurarsa, mən də onun mükafatını verərəm”.
Bəli, xeyirxah insan, uca Allahın mərhəmət və rəhmətini öz əməlində, canında, qanında yaşadan professor İlham Rəhimovun yaşadığı ömrün, hələ qarşıda neçə-neçə yaşayacaq şərəfli ömür tarixi var. Sevinən hər yetimin, miskinin, yoxsulun uca yaradan qarşısında əllərini açıb ona etdiyi dualar onun ömrünə zənginlik, rahatlıq gətirəcək. Bu gün bu əziz günündə çox hörmətli alimimizi, xeyriyyəçimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Sizə böyük hörmətlə:

Dəyanət Səlimxanlı,

şair, tədqiqatçı, jurnalist
14-01-2022, 19:44
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.

Bütöv.az
14-01-2022, 19:35
Bakıda narkokuryerliklə məşğul olan “bloqer” saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində “Instagram” sosial şəbəkəsində bloqerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.

Qeyd edək ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib.

15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər - Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub.

Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bütöv.az
14-01-2022, 19:32
Türkiyənin ilk mini peyki kosmosa buraxıldı - VİDEO

Türkiyənin ilk mini peyki - “Grizu-263A” kosmosa buraxılıb.

Bütöv.az xəbər verir ki, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.
Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.

Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk "pocketqube peyki"nin orbitə göndərilməsi 25 min avroya başa gəlib.

14-01-2022, 19:27
Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb

Azərbaycana gətirilən bibərdə virus aşkar edilib.

Bu barədə Bütöv.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə “Amotrade” MMC tərəfindən idxal edilən 23890 kq, “Best Supply Company” MMC tərəfindən idxal edilən 27 807 kq və 11 045 kq, “Palen AS” MMC tərəfindən idxal edilən 14 392 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.

Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə uyğun olaraq, 2021-ci il 17 dekabr tarixində “Best Supply Company” MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.

Eyni zamanda “Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib. Hazırda “Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün “Amotrade” MMC”, “Best Supply Company” MMC və “Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
14-01-2022, 18:49
Dövlət Komitəsində bağçada uşağa şiddət göstərilməsi ilə bağlı brifinq - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bağçada uşağa şiddət göstərilməsi ilə bağlı brifinq keçirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə İsmayıllıda fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən görüntülər yayılıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:



Bütöv.az
14-01-2022, 18:43
Narkoloji Mərkəzdə ŞOK HADİSƏ: Xəstələri çarpayıya bağlayıb DÖYÜRLƏR - VİDEO

Narkoloji Mərkəzdə özbaşınalıq baş alıb gedir. DİA.AZ bildirir ki, bu barədə vətəndaş şikayətində qeyd olunur.

Onu da bildirək ki, narkotik asılılığı olan xəstələrin müalicə aldığı müəssisədəki özbaşınalıqlardan buna qədər də yerli KİV-də yazılıb.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!