Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
14-01-2022, 18:36
İlham Əliyevdən Səyyad Salahlı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Səyyad Adil oğlu Salahlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, S.Salahlı Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Bütöv.az
14-01-2022, 18:32
Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclası keçiriləcək

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının toplantısının keçirilməsi nəzərdə tutulur.

Bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən danışıb.

“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir”, - o vurğulayıb.

Bundan başqa, Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə də razılığa gəliblər.

Bütöv.az
14-01-2022, 12:22
“Sülhməramlı”ların Xankəndində Saxarov adına məktəbdə Rusiya mədəniyyəti dərsi…-VİDEO

"Bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır..."

“Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində Dağlıq Qarabağda Saxarov adına ümumtəhsil məktəbində “Sülh” adlı interaktiv dərs keçirib”.

Moderator.az xəbər verir ki, bu məlumat bu gün –yanvarın 14-də Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“Rusiya sülhməramlı kontingenti ictimaiyyətlə işləməkdə davam edir. Bu gün Stepanakert şəhərindəki məktəblərdən birində “Sülh” dərsi keçirilib. Dərsdə uşaqlara Rusiya mədəniyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin işi haqqında məlumat verilib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Denis Fartunov bildirib.

“İnteraktiv dərsdə 50-dən çox orta məktəb şagirdi iştirak edib. Rusiya sülhməramlıları Rusiyada və dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya edib, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”- xəbərdə belə deyilir.

“Sülh” dərsindən sonra Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə məktəblilərə dəftərxana ləvazimatı dəstləri və şirin hədiyyələr təqdim ediblər.

Zəruri şərh:

Rusiya MN-in yaydığı bu xəbərin üzərindən adi bir məlumat kimi oxuyub keçmək olmaz.
Əvvəla, Azərbaycan ərazisində yaşayan ermənilərin təhsilinə, tədrisinə, mədəniyyətinə, sosial durumuna və s. müdaxilə etmək Rusiya “sülhməramlı”larının missiyasına aid deyil.

İkinci də, yaxşı “Sülh” dərsi keçirsiniz, keçin. Amma niyə məhz 1988-ci ildən bəri özü də, arvadı, erməni mənşəli Yelena Borner də açıq ermənipərəstliyi ilə seçilən Andrey Saxarov adına məktəbdə keçirilir?

Yeri gəlmişkən, video-görüntüdə diqqət edin ki, həmin məktəbin girişindəki adı öncə yuxarıdan rus dilində, sonra aşağıdan ingiliscə yazılıb, ermənicə yazı yoxdur. Sanki bura Rusiya torpağıdır...

Üçüncüsü, erməni məktəblilərin gerçək vətəni Rusiyadır ki, onlara “vətənpərvərlik” tərbiyəsi çərçivəsində “çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında” danışırsınız? Məgər dislokasiya olunduğunuz torpaq Azərbaycan Respublikasının ərazisi deyil və orada yaşayan erməni məktəblilər ilk növbədə Azərbaycan mədəniyyətini, tarixini bilməli deyillər? Bəs Azərbaycandan niyə danışmırsız? Məgər Ali Baş Komandınınız, Rusiya prezidenti V.Putin dəfələrlə vurğulamayıb ki, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır”?..

Əslində bizim də dəfələrlə dediyimiz kimi, “sülhməramlı”ların davranışlarına impuls verən amil elə məhz Putinin bu mesajında guzlənir. Yəni Putin birbaşa demir ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun “beynəlxalq hüquq baxınından” belə olduğunu vurğulayır. Yəni məntiqlə belə çıxır ki, bu torpaq tarixi və ya mövcud reallıqlar baxımından Azərbaycanın olmaya da bilər. Rusiya lideri bir növ ermənilərə üstüörtülü ümid verir ki, “bu torpaqlar tarixi baxımından sizindir, özünüzü yaxşı aparın, biz də şərait yaradaq, mübarizə aparın, yenidən qaytarın Qarabağı”…

Amma cənab Putin digər yandan da yenə dəfələrlə vurğulayır ki, “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır”. Məhz ona görə Rusiya hərbi kontingenti Xocalı ərazisində rus kilsəsi tikir. Tanınmış 10 rus məşhura abidə qoydurur və ermənilərə Rusiya mədəniyyəti mövzusunda vətənpərvərlik dərsi keçirlər… Yəni bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır...



Bütöv.az
14-01-2022, 12:20
Sahibə Qafarova: "Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!"

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulması münasibətilə sosial şəbəkədə paylaşım edib.

Paylaşımda qeyd olunub:

"Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. "Bir millət iki dövlət" şüarına əsaslanan və dünyada bənzəri olmayan Azərbaycan -Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!"

Bütöv.az
14-01-2022, 12:15
DİN əməliyyatlar keçirdi - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının bu ilin ilk 10 günü ərzində keçirdikləri əməliyyatlar zamanı 127 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, 31 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 31 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 127 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 1821 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən ilk tədbir zamanı Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar. Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.

Baş İdarə əməkdaşlarının Sabirabad rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı Hidayət Məmmədov saxlanılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ona külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev Binəqədi rayonunda tutulub. Bu şəxslərdən və Orxan Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar olunub.

Həyata keçirilən daha bir əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar olunub.

Adları sadalanan 7 nəfər beynəlxalq narkoşəbəkənin üzvləri olublar. Onlar qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışıblar.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının qeyd edilən dövr ərzində Lənkəran şəhəri və Astara rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 8 nəfər saxlanılıb. Onlardan isə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

14-01-2022, 12:10
Boks üzrə Azərbaycan çempionatının yarımfinalçıları məlum olub

Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşlərinə yekun vurulub.

Bütöv.az xəbər verir ki, 29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 3-cü günündə 17 qarşılaşma baş tutub.

Görüşləri Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov da izləyib.

Beş çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Boksçularımızdan 57 kiloqram çəki dərəcəsində Ümid Rüstəmov, Əzrək Bəbirov, Nihat Abdullayev, 63,5 kiloqram çəki dərəcəsində isə Ruslan Rüstəmov, Həsən İbrahimov, Malik Həsənov, Cəlal Qurbanov yarımfinala vəsiqə qazanıblar.

Nəbi İsgəndərov, Cavid Çələbiyev, Pərvin Heydərov, Elməddin İsmayılov 67, Murad Allahverdiyev, Fərid Qəribov, Kamran Şahsuvarlı, Elmir Süleymanov, 80, Fuad Cəfərov isə 92 kiloqram çəki dərəcəsində qalib elan ediliblər.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.
14-01-2022, 12:00
Vaxt bitsə də, sayğac sıfırlanmır...

““Azərqaz QSC-nin direktoru Ruslan Əliyevin KİV-lərə verdiyi müsahibələr ümid yaradırdı ki, bu sahədə insanlara daha yaxşı xidmət üçün yeni qaydalar qəbul ediləcək. Amma görürəm ki, vəziyyət "yenilər köhnələrin atasına rəhmət oxutdurur" prinsipindən kənara çıxmır".

Bu sözləri “AzPolitika.info”ya müraciətində Zərdab şəhəri, S.Mahmudov küçəsində yaşayan Tahir Qasımov bildirib.

Şikayətçi mexaniki sayğacının fotosunu 1 yanvar tarixindən “Azərqaz”ın qeyd etdiyi nömrəyə göndərsə də, 10 gün ərzində ona əvvəlki limitlə qaz sərfiyyatının hesablandığını bildirir: "Bu il qiymət artımları ilə bağlı əhalinin narazılığını nəzərə alan “Azərqaz” ASC guya, operativ qaydada 4-5 gün ərzində sayğacların sıfırlanacağını bildirmişdi. Ona görə də qurum abonentlərə xəbardarlıq etmişdi ki, hər bir abonent sayğacının şəkilini çəkib, “104” qısa nömrəsinə göndərsin. Amma bu köhnə üsul bir çox abonent kimi mənə də çətinliklər yaratdı. Yanvarın 1-i səhər saat 9-10 radələrində sayğacın fotosunu çəkib qeyd olunan ünvana göndərdim və hər şeyin həll olunduğunu zənn etdim. Dünən ev ünvanıma göndərilən bildirişdə 12 gün keçsə də, mexaniki saygacın sıfırlanmadıgını, 10 gün ərzində əvvəlki tariflə qaz pulu hesablandıgını gördüm. Bu idimi “Azərqaz”ın tətbiq etdiyi yenilik? Bu insanları aldatmaq və onların cibinə girməkdir”.

“Azərqaz” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “AzPolitika.info”ya açıqlamasında bildirib ki, bütün xidmət sahələrində sərfiyyatın ölçülmə müddəti 30 gün müəyyənləşdirilir: “Ötən ilin sonuncu sərfiyatı dekabrın 10-da olub. Deməli, növbəti bildiriş müddəti yanvarın 10-da verilməli idi və belə də oldu. Yəni limitin yenilənmə müddəti hər ilin yanvarın 10-dan, 10-na kimi ölçülür. Abonentin 1 ili, yəni 365 günü belə tənzimlənir. Növbəti sərfiyyat göstəricisini alacaq abonentlər, istehlak etdikləri hər bir kubmetrə görə 12 qəpik ödəyəcəklər”.

Bütöv.az
14-01-2022, 11:24
Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftin qiyməti azalıb.

Bütöv.az xəbər verir ki, "Azeri Light"markalı neftin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,37 % azalaraq 88,12 ABŞ dollara çatıb.
14-01-2022, 10:51
İlham Əliyev israilli həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Bütöv.az
13-01-2022, 21:23
Azərbaycanda son sutkada vaksin olunanların sayı açıqland

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 887 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 403, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!