"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
28-01-2022, 16:16
Ağdamın icra başçısı özü üçün biznes yaradır - VİDEO

Ağdam rayonundan Azinfo.tv ya maraqlı məlumat daxil olub.

Məlumatda icra hakimiyyətinin başçısı Vaqif Həsənovun yaxın adamları vasitəsilə özü üçün biznes yaratdığı bildirilir.
Qeyd olunur ki,icra başçısının göstərişi ilə kökəltmə adlanan ərazidə 400 hektar sahə təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib.
Müharibə vaxtı Ağdam ərazisində işğaldan azad olunmuş yerlərdən ələ keçirilmiş hərbi qənimətləri icra başçısı şəriki N saylı hərbi hissənin briqada komandiri Polad adlı şəxsin əli ilə satışa çıxarmışdır.Sonradan bu məsələdən hərbi nazirlik xəbər tutduğu üçün briqada komandiri vəzifəsindən azad edildi.
Mənbənin sözlərinə görə, Ağdam ərazisində yerləşən bütün marşrut xəttlərinə və sair biznes sahələrinə başçının yaxın qohumları və adamları nəzarət edirlər.Bu sırada Tariyel, Şərif və sair şəxslərin adları hallanır.
Gülablı kəndinə cavan qızı icra nümayəndəsi təyin ediblər.Ancaq həmin qız işə gəlmir və onun əvəzinə rəsmi tədbirlərdə atası Elmir adlı şəxs iştirak edir.
Ağdam rayonu Novruzlu kəndinin aşağısından Qarqar çayı keçir.Həmin çayın yatağında icra başçısının adamları qum-çınqıl karxanası açıblar və gecə-gündüz torpağın üst qatı məhv edilərək, material məlum olmayan yerlərə daşınır.Bilinmir ki, buradan əldə olunan gəlir kimlərin cibinə gedir, ya vergi verilir?
Qeyri-qanuni şəkildə torpağın dərin qatını istismar edən karxanaya başçının yaxın adamları Kəramət və Elman rəhbərlik edirlər.
Camaat üçün qazılmış artezian quyusundan qanunsuz olaraq karxana üçün istifadə olunur. Karxanadan yük daşıyan ağır tonnajlı maşınlar rayon yollarının asfalt qatını sıradan çıxarır.

Redaksıyadan: Mənbə yeni məlumatların olacağını bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.



Bütöv.az
28-01-2022, 16:14
Elman Rüstəmov SÖZ VERDİ - Devalvasiya olmayacaq

Birmənalı olaraq, demək istəyirəm ki, orta müddətli dövrün sosial-iqtisadi proqnozu inkişafın dayanıqlığı, maliyyə sabitliyi üzərində qurulub.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, bütövlükdə hökumətin, Mərkəzi Bankın devalvasiya proqnozu yoxdur:
“Devalvasiya ilə bağlı şayiələr artıq tsiklik xarakter alıb. Bir-iki ay ajiotaj davam edir, sonradan sakitləşir. Bir daha əmin edirəm ki, manatın məzənnəsinə hər hansı risk gözlənilmir. Başlıca məqsədimiz inflyasiyanın 4 faiz səviyyəsinə qaytarılmasıdır”.

Bütöv.az
28-01-2022, 15:37
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, başsağlığında deyilir:

“Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Bütöv.az
28-01-2022, 14:56
İlham Əliyevdən Kunio Mikuriya ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Kunio Mikuriyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, K.Mikuriya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə təltif edilib.

Bütöv.az
28-01-2022, 12:09
Rafael Ağayevin “Karate Combat”da rəqibi açıqlanıb - FOTO

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”da rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Macarıstan təmsilçisi Jolt Habdadır.
Döyüş bu gün Budapeştdə keçiriləcək.

Bu barədə görüş öncəsi mətbuat konfransında açıqlama verilib. Tədbirdə sualları cavablandıran Ağayev 30 ildir idmanla məşğul olduğunu xatırladıb.

O, “Karate Combat”a keçidini kiçik yaşlarından küçədə çox dalaşması ilə əlaqələndirib: “Əlbəttə, Karate Combat” mənim üçün böyük addımdır. Artıq 30 ildir idmandayam. Kiçik yaşlarımdan küçədə çox dalaşdığımdan, döyüşməyi çox sevirəm. Gələcəkdə harada olacağam? Hələlik burdayam. Çox şanslıyam ki, “Karate Combat”dayam”.

Qeyd edək ki, Rafael Ağayevin 37, Jolt Habdanın 25 yaşı var. Habda karate ilə 1999-cu ildən məşğul olur.



Bütöv.az
28-01-2022, 11:48
Putinin ABŞ-a cavabı necə olacaq?

ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağı üzərindədir.

Qərb Moskvanın tələblərini – NATO-nun şərqə doğru genişlənməməsi (Ukrayna və digər yeni üzvlərin qəbul edilməməsi), 1997-ci il aktına uyğun mövqelərə çəkilməsi, Rusiya sərhədləri yaxınlığında raketlərin yerləşdirilməməsi və s. – qəbul etmədi, hətta ittifaqın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan edildi.

Və beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçir. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər – rus qoşunlarının Donbas, Abxaziya və Cənubi Osetiya, Dnestryanı kimi ərazilərdən çıxarılması – də irəli sürür və bu, artıq başlandığı görünən “yeni soyuq müharibə”nin daha da kəskinləşəcəyini qaçılmaz edir.

Rəsmi Moskva bəyan edir ki, atılacaq addımlara Putin qərar verəcək.

Hansı addımlar atıla bilər, mümkün ssenarilər nələrdir?

Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ssenarisi o qədər də güclü olmayan versiya olaraq qalır. Sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə ssenarisi üzərində işləyirlər, lakin bu, ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə ssenari üzrə hərəkət edə biləcəyi mümkündür.

Birincisi, Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək: hakim Vahid Rusiya Partiyası bununla bağlı artıq Putinə müraciət edib və bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb;

İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər: Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edə bilər;

Üçüncüsü, Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışa bilər:

a) “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək: iki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu;

b) Avropanı qaz rıçağı ilə sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını almaq, beləliklə, Şimal Alyansı daxilində fikir ayrılığını genişləndirmək strategiyasını izləyə bilər;

Bu kontekstdə “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin “Gas for Europe GmbH” törəmə müəssisəsini yaratdığını elan etməsi diqqət çəkir: bu, layihənin sertifikatlaşdırılması üçün həyata keçirilən işlərdən biri idi və uzun müddətdən sonra ruslar alman qanunvericilyinin tələbini yerinə yetirdilər; qarşıdurma fonunda sertifikatın alınması asan olmasa da, prosesdə praktiki mərhələnin başlandığı görünür; Və bu, “Şimal axını” layihəsi, ümumilikdə Avropanın enerji təchizatı məsələsində Almaniya-Fransa ikilisinin ABŞ-la fikir ayrılığının davam etdiyinin real nümunələrindəndir.

Rusiya Avropanın vəziyyətindən NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları – bölgəyə qoşunların göndərilməsi və s. – genişləndirməklə Avropanı Rusiyaya qarşı cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək, həm hərbi, həm informasiya cəbhəsində...

Bütöv.az
28-01-2022, 11:41
Bu da MÜMKÜN OLDU: Həcc ziyarətinə virtual getmək mümkün olacaq - VİDEO

Milyonlarla müsəlmanın zəvvar olmaq üçün hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metaverse kainatına açılıb.

Bütöv.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə daxil edib. Bundan sonra milyonlarla müsəlmanın zəvvar olmaq üçün hər il ziyarət etdiyi müqəddəs torpaqlara getmədən uzaqdan Hacer-ül Əsvad daşını görüb toxuna biləcəklər.
Orada olarkən zəvvarlkar hətta ətraf mühitin qoxusunu da hiss edə biləcək.


28-01-2022, 11:37
İranda Xomeyninin heykəli dağıdılıb - VİDEO

Bu günlərdə İranın İsfahan əyalətində yerləşən Ərdistan bölgəsindən yayılan bir xəbər yerli və xarici informasiya vasitələrinin diqqətini çəkib.

“Azad İran” “Telegram” kanalının verdiyi məlumata görə, İran İslam Cumhuriyyətinin banisi Ruhullah Xomeyninin Ərdistanın mərkəzi küçəsində qoyulmuş heykəli naməlum şəxs tərəfindən dağıdılıb, eyni zamanda ətraf ərazidə Xomeyninin adı yazılmış lövhələr də sındırılıb.



Bütöv.az
28-01-2022, 11:34
Vidadi Muradovun cinayət işinə xitam verildi

Bu gün “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradova hökm oxunub və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bütöv.az
28-01-2022, 11:32
“Azərbaycanla Ermənistanın dəmir yoluna dair qarşılıqlı anlaşması var” - Qriqoryan

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan regional nəqliyyat kommunikasiyalarının açılmasından danışarkən deyib ki, Bakı və İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

Modern.az-ın məlumatına görə, “dəmir yolu ilə bağlı müsbət məqamlar var”, - deyən Qriqoryan hazırda ekspertiza işlərinin aparıldığını, nəticələrini daha sonra açıqlayacağını qeyd edib.

Bbaş nazir müavininin sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır - bu, Ermənistan ərazisində olan həmin hissələrdə dəmir yolunun tikintisidir.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu və təsdiqləndiyini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!