Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq .....                        Fransa Azərbaycandakı səfirini geri çağırdı .....                        Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi .....                        Tbilisidə yenidən etiraz aksiyası keçirildi .....                        Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO .....                        İlham Əliyev serbiyalı həmkarını COP29-a dəvət etdi .....                        Serbiya prezidenti İlham Əliyevdən dəstək istədi .....                        Bu rayonlarda günəş elektrik stansiyaları qurulacaq .....                        Sumqayıtın 300 bal toplayan şagirdləri .....                       
5-11-2022, 18:08
Erməni zabit Qarabağda minaya düşdü


Erməni zabit Qarabağda minaya düşdü

Qanunsuz erməni silahlı dəstəsinin üzvü minaya düşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Ağdərə istiqamətində erməni silahlı dəstəsinin zabiti piyada əleyhinə minaya düşərək ağır yaralanıb. Xankəndidə yerləşən hospitala aparılan hərbçinin sağ ayağı amputasiya edilib.
5-11-2022, 18:07
Abşeronda şəhidlər yad edildi


Abşeronda şəhidlər yad edildi

Xalqımızın şanlı qələbə qazandığı Vətən Müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş abşeronlu şəhidlərin anım günlərində yad edilməsi davam etdirilir. Butov.az xəbər verir ki, Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd edilib. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət etmiş, qəhrəmanlarımız ehtiramla anılıb. Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışılmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilib. Ölkəmizin hər yerində olduuğu kimi, Abşeron rayonunda da “Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan şəhərində şəhidlərimizin əziz xatirəsinə Xatirə Kompleksinin inşa olunduğunu və tezliklə açılışının olacağını vurğulayan RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət edib. Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.






5-11-2022, 18:02
Şəhid ailələri və qazilər bir arada


Şəhid ailələri və qazilər bir arada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri və qazilərin iştirakı ilə “Zəfər salnaməsi” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan xalqının Vətən torpağının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi hər zaman yüksək ehtiramla xatırlayacağını bildirib. Qeyd edib ki, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması üçün uzun illər danışıqlar aparıldı. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev böyük səbr və təmkinlə diplomatik siyasət yürüdərək dinc yolla problemin həllinə çalışdı. Lakin düşmənin ardıcıl təxribatları aparılan sülh danışıqlarına ciddi zərbə vurdu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu torpaqlarımızın işğaldan azad olunması üçün başladığı Vətən müharibəsini 44 gün sonra Zəfərlə başa vurdu. Bu gün bütün dünya azərbaycanlıları bu Qələbəni böyük coşğu ilə qeyd edir. Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu şaddır. Qalib Azərbaycanın ordusu gündən-günə daha da qüdrətlənir, dövlətimiz daha da güclənir. Buna görə də biz müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir. Qəhrəman oğullarımızın döyüş meydanında göstərdiyi şücaət və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına, onun yenilməz ordusunun qələbə qazanacağına inandırdı və biz zəfər çaldıq. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı tarixini yazdı. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi və milli birlik özünəməxsus yer tutur. Millət vəkili Ceyhun Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın azadlığa qovuşduğunu vurğulayıb, qəhrəman Azərbaycan övladlarının göstərdikləri şücaətlərdən bəhs edib. Xalqımızın tarixi zəfərin ildönümünü böyük qürurla, təntənə ilə qeyd etdiyini bildirən millət vəkili qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, baş gizir şəhid Camal İsmayılovun anası Filara İsmayılova, şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid Elnur Allahverdizadənin atası Əli Allahverdiyev dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb, həmçinin bugünkü tədbirin keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bldiriblər. Tədbirdə həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış filmlər nümayiş etdirilib, tanınmış sənətçilərin ifasında vətənpərvərlik musiqiləri səsləndirilib.









5-11-2022, 17:36
İranda etirazçılar SEPAH zabitini öldürüb


İranda etirazçılar SEPAH zabitini öldürüb

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb, beş polis yaralanıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Məlumata görə, etirazçılar Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarlarını səsləndiriblər. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə etirazları nəzarətdə saxlamaq üçün qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.
5-11-2022, 17:34
Füzulidə şəhid ailələri ziyarət olunub


Füzulidə şəhid ailələri ziyarət olunub

8 Noyabr - Zəfər Günü ərəfəsində Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb. Butov.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüşlərdə RİH-nin başçısı Alı Alıyev və Aparatın əməkdaşları tərəfindən ərazidə yaşayan Vətən müharibəsi şəhidi ailələri ilə yanaşı Respublikamızın müxtəlif bölgələrində yaşayan və bu qəbildən olan bütün ailələr də ziyarət olunub. Məlumat üçün qeyd edək ki, Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri rayon ərazisi ilə yanaşı Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, İmişli, Beyləqan rayonları ərazisində də məskunlaşıb yaşayırlar. Ziyarət zamanı şəhid ailələri 8 Noyabr Zəfər Günü münasibətilə təbrik olunmuş, onlarla səmimi söhbətlər aparılıb, ailələrə bayram sovqatları təqdim olunub. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.







5-11-2022, 17:30
Təbrizdə azərbaycanlı fəallar həbs edilib


Təbrizdə azərbaycanlı fəallar həbs edilib

İranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rəhman Azərirad İranın Təhlükəsizlik (ETTELAAT) Nazirliyi tərəfindən həbs olunub. Onun həbs səbəbi və hara aparılması barədə məlumat verilməyib. Bundan başqa, əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. ETTELAAT təcridxanasında yeddi gün dindirilən fəal döyülüb və məcburi etiraf üçün ona işgəncə verilib. Eyni zamanda Təbrizdə milli fəal Məhəmməd Cavidi həbs edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təbrizdə yaşayan milli-mədəni fəal Məhəmməd Cavidi ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Onun həbsinin səbəbi məlum deyil.
5-11-2022, 17:27
Putin istəsə, müharibəyə sabah son qoyar


Putin istəsə, müharibəyə sabah son qoyar

Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Baş katib qeyd edib ki, Ukraynada müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu, onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər".
5-11-2022, 15:52
Bazar gününün havası - Duman, yağış, qar...


Bazar gününün havası - Duman, yağış, qar...

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
5-11-2022, 15:51
Şimali Koreya ballistik raketləri işə saldı


Şimali Koreya ballistik raketləri işə saldı

Şimali Koreya Yapon dənizi istiqamətinə 4 raket buraxıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılmış daha 4 raket ballistik raketlər olub. Qeyd edək ki, son dövrlər KXDR-in hərbi sahədə aktivləşməsi Cənubi Koreya və ABŞ-ın narahatlığına səbəb olub.
5-11-2022, 15:47
Kəmaləddin Heydərov bayram günlərilə bağlı əmr verdi


Kəmaləddin Heydərov bayram günlərilə bağlı əmr verdi

Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!