Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                       
5-11-2022, 15:44
Laçın dəhlizi yalnız üç məqsədlə istifadə oluna bilər - Rəsmi


Laçın dəhlizi yalnız üç məqsədlə istifadə oluna bilər - Rəsmi

“Laçın dəhlizi yalnız üç məqsəd üçün istifadə oluna bilər. Hərbi məqsədlər üçün istifadə oluna bilməz”. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Üçtərəfli bəyanatda bu açıq qeyd olunub. Dəhliz yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün istifadə oluna bilər”, - C.Bayramov bildirib.
5-11-2022, 15:42
Rusiyada faciə - 13 nəfər “Poliqon”da yandı


Rusiyada faciə - 13 nəfər “Poliqon”da yandı

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində baş verən yanğında 13 nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə ilə əlaqədar 250 nəfər ərazidən təxliyə olunub. Məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub.


5-11-2022, 15:39
İrandakı etirazlarda daha 16 nəfər ölüb


İrandakı etirazlarda daha 16 nəfər ölüb

İranda işgəncələrə məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanan etirazlarda daha 16 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, hadisə sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanının Haş şəhərində baş verib. Belə ki, cümə namazından sonra təşkil olunmuş növbəti etiraz aksiyasına təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Nəticədə 16 etirazçı həyatını itirib. 2 gün əvvəl isə İranın Kərəc şəhərində aksiyalar zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. İğtişaşlarda 2 etirazçı və 1 polis dünyasını dəyişib. Qeyd edək ki, İranda hicab qaydasının pozulması iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir.
5-11-2022, 15:37
Dardanel boğazı bağlandı


Dardanel boğazı bağlandı

Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna səbəb sis-dumanlı hava şəraiti nəticəsində görmə məsafəsinin minimuma enməsi olub. Çanakkale Gəmi Nəqliyyatı İdarəsinin qərarına görə, hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq və gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.
5-11-2022, 15:34
Xocavənddə silah-sursat aşkarlandı


Xocavənddə silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 1 qumbaraatan, 4 əl qumbarası, 9900 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
5-11-2022, 15:32
Rusiya ordusu 3 istiqamətdən hücuma keçib


Rusiya ordusu 3 istiqamətdən hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Butov.az xəbər verir ki, rəsmi açıqlamada ümumilikdə 14 yaşayış məntəqəsində hücumların dəf edildiyi bildirilib. Qeyd olunub ki, Luqansk və Donetsk vilayətlərində təmas xətti boyunca gərginlik davam edib. Belə ki, Ukraynanın Baxmutsk, Avdeyevsk, Novopavlovsk yaşayış məntəqələri istiqamətində hücum edilib. Xatırladaq ki, müharibə bu il 24 fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb. Daha sonra Rusiya“Donetsk XR”, “Luqansk XR”, Xerson və Zaporojye vilayətlərini birtərəfli qaydada ilhaq edib.
5-11-2022, 00:20
Xersonda komendant saatı elan edildi


Xersonda komendant saatı elan edildi

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib. Bu barədə Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov bildirib. Məlumata görə, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Ukrayna ordusunun hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetskin mərkəzinə də 26 top mərmisinin düşdüyü qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!