15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Bakıda məşhur restoran sökülür .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi .....                        Putin və Tramp bir-birlərini təbrik etdilər .....                        İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                       
6-11-2022, 14:39
İsveçrə Ukraynaya sursat ixracına mane oldu


İsveçrə Ukraynaya sursat ixracına mane oldu

İsveçrə Almaniyanın Ukraynaya sursat verməsinə yenidən mane olub. Bu barədə İsveçrənin iqtisadiyyat naziri Qay Parmel Almaniyanın müdafiə naziri Kristin Lambrextə məktub yazıb. Almaniyanın Kiyevə tədarük etdiyi "Gepard" özüyeriyən zenit sistemləri üçün nəzərdə tutulan sursatlar İsveçrədə istehsal olunur. İsveçrəli nazir bildirib ki, ölkənin neytrallıq siyasəti bu sursatların Ukraynaya ixrac edilməsinə imkan vermir. Məktubda qeyd olunub ki, İsveçrə qanunları silahlı münaqişələrin olduğu ölkələrə silah ixracını qadağan edir.
6-11-2022, 14:37
8 idmançımız dünya çempionatına buraxılmadı


8 idmançımız dünya çempionatına buraxılmadı

Azərbaycanın 8 paracüdoçusu Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Aydın Əhmədov, Bayram Mustafayev, Vüqar Şirinli, Xəyal Qəniyev, Kamil Ağayev, Taleh Şabiyev, Əlican İsmayılzadə və Abdulla İsmayılov beynəlxalq həkimlər tərəfindən götürülən tibbi təsnifatdan keçə bilməyiblər. Lakin onlar növbəti yarışlarında yenidən əlavə müayinə ilə tibbi təsnifata cəlb olunacaqlar. Müayinə nəticəsində kişilərdən Amil Əliyev, Hüseyn Rəhimli, Zakir Mislimov, Kənan Abdullaxanlı, qadınlardan isə Əsma İbrahimova, Şəhanə Hacıyeva, Vəfa Seyidova və Xanım Hüseynova tibbi təsnifatdan keçərək, yarışda iştirak hüququ qazanıblar. Beləliklə, dünya çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək. Yarış 8 - 10 noyabrda Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq. Qeyd edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına qədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar nüfuzlu yarışda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.
6-11-2022, 14:35
Almaniyada 200 min işçi etiraza qalxdı - Maaşdan narazıdırlar


Almaniyada 200 min işçi etiraza qalxdı - Maaşdan narazıdırlar

Almaniyanın sənaye müəssisələrində keçirilən tətillərdə 200 minə yaxın insan iştirak edib. Bu barədə Almaniyanın "Tagesschau" portalı yazıb. Bildirilir ki, tətillərin səbəbi maaşların aşağı olmasıdır. Etirazçılar maaşlarının artırılmasını tələb edirlər. Məlumata görə, noyabrın 4-də 400-ə yaxın müəssisədə 83 minə yaxın işçi fəaliyyətini dayandırıb. Qeyd edək ki, işçiləri tətil edən məşhur müəssisələr arasında BMW, "Ford" və "Meyer" kimi şirkətlər yer alıb.
6-11-2022, 14:33
İranın PUA və raket zavodlarını vurmaq lazımdır


İranın PUA və raket zavodlarını vurmaq lazımdır

İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.“Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - Ukrayna rəsmisi deyib. Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, bu ölkənin Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribə görünür:"Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır. Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar". Qeyd edək ki, rəsmi Tehran Rusiyaya pilotsuz uçuş aparatları verdiklərini etiraf edib.
6-11-2022, 14:30
Yeni metro stansiyasından ilk görüntülər


Yeni metro stansiyasından ilk görüntülər

Yaxın günlərdə Bakı Metropoliteninin "Xocasən" stansiyası və eyni adlı deposu istifadəyə veriləcək. Metronun bənövşəyi xətti üzərindəki yeni stansiya yeddivaqonlu platformaya malikdir. Artıq stansiyada son tamamlama işləri görülür və açılışa hazırlıq gedir. Bundan öncə bildirilib ki, Xocasən stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.





6-11-2022, 14:26
Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski


Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski

Hər gün ən azı 10 ədəd İran PUA-sını vururuq. Təkcə ötən gün 11 ədəd "Şahed" vurulub. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları tammiqyaslı işğal başlamazdan əvvəl Rusiyaya verib.“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, - Zelenski vurğulayıb. Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.
6-11-2022, 14:23
“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb


“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir. Komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.
6-11-2022, 14:21
Kamikadze özünü partlatdı, 15 nəfər öldü


Kamikadze özünü partlatdı, 15 nəfər öldü

Somalinin paytaxtı Moqadişonun cənubunda yerləşən hərbi bazada partlayış törədilib. Butov.az xəbər verir ki, partlayış nəticəsində 15 nəfər həlak olub. Partlayışın keçmiş qənnadı fabrikinin ərazisində yerləşən bazada baş verdiyi bildirilir. Məlumata görə, bazanın ərazisində kamikadze özünü partladıb.
6-11-2022, 14:19
Rusiya sülhməramlıları erməni separatçılarını silahlandırır


Rusiya sülhməramlıları erməni separatçılarını silahlandırır

Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub. Bu barədə “Caliber” məlumat əldə edib. “Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:
- piyada əleyhinə minalar;
- tank əleyhinə minalar;
- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;
- snayper tüfəngləri;
- 122 mm-lik minaatanlar;
- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- Qumbaraatanlar;
- Portativ rabitə;
- Sursatlar.
Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bu gün və sabah ərzində Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub. Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!