Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
7-11-2022, 16:32
Sabah “Qanlı Ay” görünəcək


Sabah “Qanlı Ay” görünəcək

Sabah 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Butov.az xəbər verir ki, tam ayın özünəməxsus qırmızımtıl çalarlarına görə, bu tutulmaya “Qanlı Ay” da deyilir. Ay tutulması Avropa, Afrika və Asiyadan görünəcək. Tutulma Türkiyədə gündüz saatlarına təsadüf etdiyi üçün onu izləmək mümkün olmayacaq. Növbəti tam Ay tutulması 2025-ci il martın 13-14-də olacaq. Ay tutulması Yer kürəsinin Ay və Günəş arasına girməsi zamanı baş verən astronomik hadisədir. Yer Günəşdən Aya gələn şüalarım qarşısını kəsdiyi üçün onun kölgəsi Aya düşür və bu hadisəyə "tutulma" deyilir.
7-11-2022, 16:06
Sabah “Qanlı Ay” görünəcək


Sabah “Qanlı Ay” görünəcək

Sabah 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Butov.az xəbər verir ki, tam ayın özünəməxsus qırmızımtıl çalarlarına görə, bu tutulmaya “Qanlı Ay” da deyilir. Ay tutulması Avropa, Afrika və Asiyadan görünəcək. Tutulma Türkiyədə gündüz saatlarına təsadüf etdiyi üçün onu izləmək mümkün olmayacaq. Növbəti tam Ay tutulması 2025-ci il martın 13-14-də olacaq. Ay tutulması Yer kürəsinin Ay və Günəş arasına girməsi zamanı baş verən astronomik hadisədir. Yer Günəşdən Aya gələn şüalarım qarşısını kəsdiyi üçün onun kölgəsi Aya düşür və bu hadisəyə "tutulma" deyilir.
7-11-2022, 16:05
Çempionlar Liqasının püşkü atıldı


Çempionlar Liqasının püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə cütlər bəlli olub. 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
"Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)
"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya)
"Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə)
"İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)
7-11-2022, 16:02
Xersonda Rusiyanın Su-25 təyyarəsi vuruldu


Xersonda Rusiyanın Su-25 təyyarəsi vuruldu

Ukraynada Rusiyanın daha bir qırıcısı məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, bu gün Xersonda Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi vurulub.
7-11-2022, 16:00
Kremldən Azərbaycan və Ermənistana çağırış


Kremldən Azərbaycan və Ermənistana çağırış

“Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır”. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”, - Kreml rəsmisi bildirib.
7-11-2022, 15:57
"Qarabağ" 3 rekorda imza atıb


"Qarabağ" 3 rekorda imza atıb

“Qarabağ” Misli Premyer Liqasının startında ardıcıl 12-ci qələbəsini qazanıb. Butov.az xəbər verir ki, Ağdam təmsilçisi 13-cü turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. Bir matçı təxirə salınan Qurban Qurbanovun komandası xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. “Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu yeniləyib. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün “Qarabağ” təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir. Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun komandasının ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün 25-ci turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib. “Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.
7-11-2022, 15:54
Avtovağzalda içində 30 min dollar olan çanta oğurlandı


Avtovağzalda içində 30 min dollar olan çanta oğurlandı

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar olan çanta oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
7-11-2022, 15:52
Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılar


Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılar

İranın Mərivan şəhərində etirazçılar ölkənin dövlət bayrağını zibil qutusuna ataraq yandırıblar. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Görüntülərdə molla rejiminə etiraz edən sakinlərin “Xameneiyə ölüm olsun!” və “Diktatora ölüm olsun!” şüarları ilə bayrağı yandırması anı əks olunub. Qeyd edək ki, İranda sentyabrda başlayan etiraz aksiyaları bütün ölkə üzrə davam edir.
7-11-2022, 15:47
Yaponiyadan İrana etiraz - Bu addımı pisləyirik


Yaponiyadan İrana etiraz - Bu addımı pisləyirik

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərməsini pisləyir. Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. O, İranı regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırıb. “Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin şəkildə pisləyirik”, - deyən baş katib vurğulayıb. “Biz İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdirəcəyimizi bildiririk”, - deyə Yaponiya rəsmisi əlavə edib. Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Fars” xəbər agentliyinə müsahibəsində Ukraynada əməliyyatlar başlayandan bəri İranın hər ay Moskvaya az sayda PUA-lar göndərdiyini bildirib.
7-11-2022, 15:43
Milli Parklar qar örtüyünə büründü


Milli Parklar qar örtüyünə büründü

Ötən gün yağan qar milli parklarda füsunkar mənzərə yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "facebook" hesabında qar örtüyünə bürünən Altıağac və Şahdağ Milli Parklarından fotolar paylaşılıb.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!