Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
7-11-2022, 22:22
Cəbrayılda hərbi xəstəxana və yaşayış kompleksi istifadəyə verildi


Cəbrayılda hərbi xəstəxana və yaşayış kompleksi istifadəyə verildi

Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa olunmuş hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib. Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir. Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb. Tədbir çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş Vətən Müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilmiş, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunublar. Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib. Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.









7-11-2022, 22:17
Türkiyə nümayəndə heyəti Qarabağda


Türkiyə nümayəndə heyəti Qarabağda

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və​ Türkiyənin Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfəri başlayıb. Butov.az-ın məlumatına görə, qonaqlar öncə Füzuli rayonuna gəliblər. Qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov​qarşılayıb. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara,​ yerlə-yeksan edilən yurd yerlərinə baxış keçərəcək. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərlə tanış olacaqlar. Bundan başqa azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanışlıq nəzərdə tutulub. Səfər çərçivəsində Çorum şəhəri və Füzuli şəhəri arasında Qardaşlaşma sənədi imzalanacaq.
7-11-2022, 22:16
İRAN ADLANAN QACAR YURDUNDA NƏ BAŞ VERİR?


İRAN ADLANAN QACAR YURDUNDA
NƏ BAŞ VERİR?


Dövlətlər, xüsusilə böyük imperiyalar yarandığı vaxtdan yer üzündə baş verən genişmiqyaslı ictimai hadisələrin baş verməsində bu imperiyaların öz maraqları və məqsədləri çərçivəsində birbaşa və ya dolayısı ilə iştirak etməsindən tarixi prosseslərə az-çox bələd olanların xəbəri var. Bu gün İran adlanan Qacar Türk elində Tehran şəhərinə qohumlarına qonaq gələn gənc qızın düzgün hicab etməməsi bəhanəsilə dövlət orqanları əməkdaşları tərəfindən öldürülməsi bütün ölkədə əhalinin ayağa duraraq rejimə inadlı etiraz və müqavimət göstərməsi ortaya bir çox suallar qoyur. Ən mühüm sual isə bu prossesin rejissorunun kimliyi, etirazların qısa müddət ərzində alovlanaraq bu qədər geniş miqyas almasının səbəbləri və onun davamlılıq müddətinin nə qədər olacağıdır. Rejissoru müəyyən etmək üçün bir o qədər də uzaq olmayan tarixə ekskurs edək.
I Pyotordan bəri rus taxt-tacına alman zadəganlarını oturdub, daim Osmanlı türkləri və Qacar türk xanədanı ilə müharibələrə şirnikdirən Avropalılar birinci dünya müharibəsində ruslarla birləşərək Osmanlını çökdürsələr də Mustafa Kamal Paşa Atatürkün və Osmanlı türklərinin qəhrəmanlığı nəticəsində yaradılan kiçik, lakin fövqəladə dərəcədə strateji əhəmiyyətə malik bir coğrafiyada onların iddalarına heç bir maneə törədə bilməyəcək zəif Türkiyə dövlətinin mövcudluğunu qəbul etmək məcburiyyətində qaldılar. Bununla belə, Rusiyada hakimiyyətə sahiblənən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətini işğal etdikdən sonra Türkiyənin Azərbaycan türkləri ilə əlaqəsini kəsmək üçün, Azərbaycandan dövlət yaratmaq üçün məcburən alınıb ermənilərə verilmiş İrəvan xanlığı ərazisindən başqa Zəngəzur mahalını da Azərbaycan SSR-in razılığı olmadan, qanunsuz olaraq Ermənistana verməklə təkcə Şimali Azərbaycanı deyil, Mərkəzi Asiya Türklərinində Türkiyə ilə əlaqəsini kəsdi, hətta Şimali Azərbaycanın tərkib hissəsi olan Naxçıvanı da anklav vəziyyətinə salaraq Azərbaycanın özündən də ayırmış oldu. Ruslarla dünya ağalığı uğrunda mübarizədə əsas rəqib olan ingilislər zəifləmiş Qacar xanədanını da 1925-ci ildə hərbi çevriliş vasitəsilə devirib, yerinə fars mehtərbaşı Rza Pəhləvini gətirməklə Qacar türk dövlətini özlərinin vassalı statusunda etmiş oldu. O vaxtdan bu türk ölkəsini İran adlandırılan fars dövlətinə çevirdilər. Rza Pəhləvi hakimiyyətinin ilk günündən ölkədə türk dilini, mədəniyyətini, türk milli varlığına aid olan nə varsa çox sərt qadağalara məruz qoydu. Bununla da təkcə faydalı qazıntıları, xüsusilə də karbohidrogenlərlə çox zəngin olan, ən önəmlisi də ruslara qarşı mübarizədə mühüm strateji əhəmiyyət daşıyan bu ərazi Pəhləvilər hakimiyyətinin sonunadək, yəni, 1978-ci ilədək iqtisadi, hərbi, siyasi cəhətdən ingilislərin ixtiyarına keçdi. 1953-cü ildə Baş nazir, doktor Müsəddiçin dövründə neft sənayesi milliləşdirilsə də ölkə iqtisadi, hərbi, siyasi cəhətdən ingilislərin təsir dairəsi və nəzarətində qalmaqda idi. Son dərəcə mürtəce idarəetmə sistemi, zəngin iqtisadi imkanların olması qarşılığında insanların mütləq əksəriyyətinin çox ağır iqtisadi durumu, üstəlik ölkədə mövcud olan çoxsaylı ABŞ hərbi bazalarının hərbi kontingenti tərəfindən əhaliyə qarşı edilən vəhşi zorakılıqların daim cəzasız qalması artıq 70-ci illərin ikinci yarısında cəmiyyətdə inqilabi əhval-ruhiyyəni formalaşdırmışdı.
İran hökumətinin neft sənayesini milliləşdirməsi ingilislərə vurulan çox ağır bir iqtisadi zərbə idi. Məhəmmədrza Pəhləvinin ruslarla saziş bağlayıb İsfahanda metaləritmə zavodu tiktirməsi, iri feodallardan torpaq sahələrini alıb kəndlilərə paylaması, qısa müddət ərzində tədris ancaq fars dilində olsa da əyalətlərdə məktəblərin tikilməsi İranın bir dövlət olaraq inkişafı və müstəqilləşməsi prossesi olmaqla, ingilislərin xoşuna gələ bilməzdi. Bu əsaslı istehsal sahələrinin farsların çox yaşadığı məntəqələrdə tikilməsi, məktəblərdə tədrisin ancaq fars dilində olmasının İranda yaşayan başqa millətlərin milli inkişafına xidmət etməsə də ingilislərin məhz oradakı hökmüranlığını nə vaxtsa zəiflədəcəyi prosses olduğundan onlar Pəhləvilərin əvəzinə daha ələbaxım hakimiyyətin olmasında maraqlı idilər. Digər tərəfdən SSRİ də bilavasitə onun sərhəddində, İran ərazisində yerləşən hərbi texnikanın son nailiyyətləri ilə təchiz edilmiş çoxsaylı ABŞ hərbi bazarlarından yaxa qurtarmaq, belə böyük bir təhlükəni öz sərhədlərindən uzaqlaşdırmaq ümidi ilə İranda hakimiyytəin dəyişməsində fövqəladə dərəcədə maraqlı idi. Bu baxımdan Məhəmmədrza Pəhləvinin İrandan sürgün etdiyi Ruhulla Xomeyninin SSRİ-nin nüfuz dairəsində olduğu İraqda məskən salması,oradan Ayətullah Taleqani, Ayatullah Şəriətmədari və digər nüfuzlu din xadimləri vasitəsilə İranda hakimiyyətə qarşı etiraz nümayişlərinin təşkil və bu prosesi idarə etməsi, sonradan da İraqda hakimiyyət sahiblərinin, əhalinin əsas hissəsinin sünnü məzhəb olması, qonşuluqda yerləşən İran hakimiyyətinin İraqda mövcud olan şiələrin vasitəsilə terror edilə biləcək imkanını neytrallaşdırmaq məqsədilə məhz Avropada nüfuz müstəvisində ingilislərlə daim rəqabət aparan, üstəlik əsas Avropa dövlətləri içərisində SSRİ ilə daha isti münasibətləri olan Fransaya köçməsi heç də təsadüfi deyil. Lakin əsas məsələ dünya ağalığı uğrunda mübarizədə əsas güclü rəqibi olan SSRİ-nin sərhəddində çoxsaylı, dəyəri yüzmilyardlarla, hərbi əhəmiyyəti isə heç bir pul dəyəri ilə ölçülə bilməyən fövqəladə strateji əhəmiyyətli hərbi bazaları olub İranın şahlıq rejimini dəstəkləyən ABŞ-ı neytrallaşdıraraq onun hakimiyyətə gəlməsinə ən əsas maneəni aradan qaldırmaq idi. R.Xomeyni bu məsələni də SSRİ nümayəndələri ilə danışıb, hakimiyyətə gələcəyi təqdirdə ABŞ hərbi bazalarını İrandan çıxarmaq öhdəliyi götürməklə həll etdi. SSRİ ABŞ-ın İranda baş verən prosseslərə hərbi müdaxilə edəcəyi halda İrana qoşun yeridəcəyi barədə ABŞ-a ciddi xəbərdarlıq etdikdən sonra Məhəmməd Rza Pəhləvi ölkə ərazisində SSRİ-ABŞ hərbi toqquşmasının onun üçün fəlakətlə nəticələnəcəyini başa düşüb, – “Mən öz xalqımın cəlladı olmaq istəmirəm” – bəhanəsilə ölkəni tərk etdi. R.Homeyni isə öz növbəsində həm ruslarla, həm də ingilislərlə ayrı-ayrı onların şərtlərinə uyğun sövdələşdikdən sonra faktiki olaraq hakimiyyətsiz qalmış İrana şou qaydalarında təşkil edilmiş təntənə ilə Tehrana gətirildi. Homeyni ilk növbədə onun üçün ən təhlükəli amil olan ABŞ-ı neytrallaşdırmaq məqsədilə inqilabçı kütlənin ən radikal hissəsi olan gənclərin vasitəsilə Tehranda ABŞ səfirliyinin bütün heyətini girov götürərək ayrı-ayrı hissələrlə müxtəlif yerlərdə həbsdə saxlamaqla ABŞ-ın hərbi kontingentinin İrandan çıxarılmasına nail oldu.
İran ərazisindən ABŞ hərbi qüvvələrini tam çıxarılması prossesi başa çatana qədər SSRİ-nin onu himayəsini sığortalamaq məqsədilə hətta o zaman Şərqi Almaniyada yerləşən və SSRİ-nin nəzarəti və himayəsində olan İran Hizbe Tudə (İran Xalq Partiyası – Ş.Q.), Bakıda yerləşən Azərbaycan Demokrat Firqəsinin (Cənubi Azərbaycan Demokrat Partiyası – Ş.Q.) leqal fəaliyyətinə icazə verdi. Moskva da öz növbəsində əl altından ABŞ-ın hərbi qüvvələri İrandan çıxdıqdan sonra hərbi çevriliş vasitəsilə öz nəzarətində olan və fars Kiyanurinin başçılıq etdiyi Hizbe Tudəni hakimiyyətə gətirməklə İranı öz nüfuz dairəsinə salmağı hədəfləyirdi. Hərbi çevrilişə başçılığı və kordinasiyasını SSRİ Tehrandakı səfirliyinin hərbi attaşesi, Sov. İKP MK-nın katibi Rusakovun yaxın adamı, olan adını və soyadını unutduğum polkovnik həyata keçirirdi. Bu zaman L.Brejnevin ölməsi, onun yerinə keçməkdə iddalı olan Y.Andropovun Kremldəki Ukraynalı qruplaşmanın üzvü, lideri olub, Brejnevin vəzifəsinə ən real namizəd olan Krilenkonu onun öz kabinəsində güllələyib, Krilenkonun ən yaxın adamı olan Rusakovu isə həbs etdikdən sonra Tehrandan Rusakovun yaxını olan hərbi attaşeni geri çağırdırtdıqdan sonra, bunun nəinki karyerasının, həyatının belə sonu olacağını başa düşən polkovnik SSRİ-nin İranda hazırladığı hərbi çevrilişin planının ən kiçik detallarını belə əks etdirən sənədləri də götürüb təcili Tehrandan İstanbula, oradan isə Londona uçaraq bütün sənədləri o zaman İngiltərənin baş naziri olan “dəmir ledi” Marqaret Tetçerə təqdim edir. İngilislər İranın SSRİ-nin nəzarətinə keçməsinin qarşısını almaq, həm də bununla Homeyni ilə münasibətlərini istiləşdirmək məqsədilə elə ertəsi gün bu planın surətini Homeyniyə təqdim edirlər. Elə həmin gün də İranda Hizbe Tudənin mərkəzi komitəsinin üzvlərini həbs edib, hərbi çevriliş üçün nəzərdə tutulmuş silah-sursat anbarlarını qapadaraq müsadirə edilir.
O zaman İran mətbuatının xəbərlərinə görə bir həftə ərzində ölkədə Hizbe Tudənin və Azərbaycan Demokrat Firqəsinin üzvləri və onlarla həmrəy olmaqda şübhəli bilinən on min nəfər həbs edildi. Bir müddətdən sonra Hizbe Tudənin baş katibi fars Kiyanuri və Mərkəzi komitə üzvləri olan bir neçə erməni istisna olmaqla tutulanların hamısı qətlə yetirildi. Bu prosseslərdə də türklərə, ümumiyyətlə türk mənliyinə düşmən münasibət bəsləyən Kiyanuri və erməni millətinə mənsub olanları öldürməyərək azad edilməsi bir daha bunu sübut edir ki, İranda hansı dövlət quruluşu yaradılmasından asılı olmayaraq hər hansı fars hakimiyyəti türk milli mənliyinə düşmən münasibət bəsləyəcək. Bunun ən əsas səbəbi bu gün İran adlanan ərazidə farsların bir qarış belə milli torpağı, ərazisi olmamasıdır. Məhz bu səbəbdən bu gün İran adlanan ərazidə farslar hakimiyyəti ələ keçirdiyi 97 il ərzində ən vəhşi üsullarla bu coğrafiyada türk mənliyinə, türk mədəniyyətinə, türkün tarixi izlərinə son qoymaqla bu coğrafiyanı mənimsəməyə, özəlləşdirməyə çalışmışlar. Türklərin toplum yaşadığı bütün ərazilərdə, o cümlədən Güney Azərbaycan ərazilərində ekoloji, bütün iqtisadi və ictimai sahələrdə süni surətdə fəlakətli vəziyyətlər yaratmaqla türk əhalini öz yurdundan didərgin salaraq xaricə mühacirət etməyə, yaxud fars, kürd, bəluc və s. millətlərin daha çox yaşadıqları ərazilərə köçməyə sövq etməklə onların assimilyasiyasını asanlaşdırmaq, parçalamaqla milli müqavimət imkanlarını yox etməyə çalışırlar.
İrana birbaşa ingilis, həm də rus hərbi müdaxilə imkanını neytrallaşdıran Homeyni ölkə daxilində onun həm opponentləri, rəqibləri, eyni zamanda onun şovinist, mürtəce rejim qurmaq planlarına müxalif olan, Homeyni Tehrana gələnə qədər inqilab prossesinə başçılıq etmiş fars Ayətullah Taleqaniyə sui-qəsd təşkil edərək öldürtdürməklə, türk Ayətullah Şəriətmədarini ev dustağı edərək, zəhərlədib öldürtdükdən sonra müasir dünyada misli olmayan vəhşi, qəddar, şovinist fars faşizm rejimi qura bildi. Altıncı əsrdə yaradılıb hətta o dövrün ibtidai şüur səviyyəsində mövcud olan insanlarının belə çoxunun qəbul etmədiyi dini uydurmalara əsaslanan şəriət əsasında qurulan dövlət quruluşunu 20-ci əsrin insanları qəbul edə bilməzdi. 1979-cu ildə kütlələrin mollaların dalınca getməsinin əsas və həlledici səbəbi əhalinin şahlıq rejiminin əhalini səfalət içərisində saxlaması, ABŞ-ın oradakı çoxsaylı hərbi bazalarının hərbiçilərinin vətəndaşlara qarşı etdikləri cinayətlərin cəzasız qalması və kütləvi savadsızlıq, dindarlığın geniş yayılması nəticəsində insanların hansı dövlət quruluşunun onların milli və şəxsi hüquqlarını təmin edə biləcəyini bilməməsi idi.
R.Xomeyni ölkədə şovinist fars milli ideologiyası olan şubiyəçilik (şiəlik) əsasında islam respublikası yaratmaqla türk, kürd, bəluc, ərəb, lor və başqa millətləri bu ideologiya vasitəsilə ram edərək assimilyasiya etməkdən əlavə dünya hidrokarbogen ehtiyatlarının böyük hissəsinə malik olub, pərakəndə halda mövcud olan ərəb dövlətlərini də öz nəzarəti altına almaqla fars şovinizmini dünyada söz sahibinə çevirməyi hədəfləyirdi. Əlbəttə ki, dünya ağalığı iddiasında olub, dünyada bir sıra qlobal prossesləri idarə etməkdə olan ABŞ, İngiltərə bunu qəbul edə bilməzdi. Lakin qərb dövlətləri uzun müddət yumşaq güclə şovinist molla rejimini öz nəzarətinə ala biləcəyi ümidilə onunla bu rejimi ayaqda saxlayacaq iqtisadi sahələrdə, ilk növbədə enerjidaşıyıcılarının ən böyük alıcıları olaraq əməkdaşlıq edirdilər və hətta bu regimin atom texnologiyasını mənimsəmək cəhdlərinə loyal münasibət bəsləyirdilər. Tehran rejimi nüvə texnologiyasını inkişaf etdirərək bu məqsədini reallaşdırmağa yaxın və qəti iddialı olduğunu açıq nümayiş etdirdikdə Qərb onu cilovlaya bilməyəcəyini dərk edərək sanksiyalar vasitəsilə çökdürməyə cəhd etdi. Lakin Rusiya və Çinin dəstəyi və bu gün İran adlanan ərazidə mövcud olan aborigen millətləri, xüsusilə türklərin yeraltı və yerüstü sərvətlərini qarət edib, onların özlərini səfalət içərisində qoymaq hesabına şovinist fars faşist rejimi nüvə texnologiyasını daha da inkişaf etdirməklə yanaşı qonşu altı ərəb dövlətlərində böyük hərbi birləşmələr yaradıb onların vasitəsilə öz nüfuz dairəsini xeyli genişləndirə bildi.
Birinci dünya müharibəsindən üzü bəri Qazaxstan, Orta asiya Respublikaları, Şimallı, Cənublu Azərbaycan ərazilərində rus-erməni-fars üçlüyünün onlarla milyon türkü qətlə yetirərək qətliam törətmələrinə bütün dünya nəinki heç bir reaksiya verməyib, hətta 1915-ci il hadisələrində Osmanlı ərazisində 3 milyona yaxın türkü ən amansız üsullarla qətlə yetirən ermənilərə qarşı türklərin qətliam törətdiyini heç bir real əsası olmadan bu gün də iddia edirlər. Hətta bu gün Birləşmiş Millətlər təşkilatının, insan və vətəndaş hüquqlarının bütün dövlətlər tərəfindən qəbul edilmiş normalarının və bu normaları müdafiə edən beynəlxalq təşkilatların, habelə beynəlxalq məhkəmələrin mövcud olduğu vaxtda belə Azərbaycan ərazilərinin 30 il ərzində ermənilərin işğal edib, türk əhalini ən vəhşi üsullarla qətlə yetirməsinə, yer üstündəki məişət, mədəniyyət, dini, tarixi abidələrini yerlə yeksan edib, yeraltı sərvətlərini talan etməsinə kor, kar, lal olduğu halda Rusiyanın və Tehran rejiminin başqa ölkələrdən daşıyıb Qarabağa gətirdiyi 20-25 min terrorçuya muxtariyyət tələb etdiyi vaxtda son 97 il ərzində fars şovinizminin bütün insan və vətəndaş hüquqlarından vəhşicəsinə məhrum etdiyi türklərin vəziyyətinə heç bir reaksiya verməyərək biganə qalması hələ də dünyanın cəngəllik qanunları ilə idarə edildiyini sübut etmirmi? Bunu, həm də onların min illərlə çalışaraq yüz il bundan öncə türk millətinin parçalanıb, bölünüb, birləşərək bütövləşib dünya ağalığı iddiasında olanlara qarşı müqavimət göstərmək imkanından məhrub edilmiş türklərin bütövləşib güc sahibi olmasının qarşısını almaq üçün hətta öz aralarında boğuşduğu zaman belə həmrəy olub birgə hərəkət etməsi də ortaya qoyur. Bəs bu gün İran adlanan ərazidə BİR KÜRD qızının dövlət orqanı işçiləri tərəfindən öldürülməsi nəticəsində bütün ölkə əhalisinin, o cümlədən sıravi farsların da rejimə qarşı güclü və dayanıqlı etiraza qalxmasına səbəb olan nədir?
Bunun bir neçə əsas səbəbi mövcuddur:
Birincisi, 85 milyon əhalisi olan bu ölkənin 52,2 milyondan çox olan hissəsini təşkil edən TÜRK millətinin inkişaf etmiş ölkələrin milli, mədəni səviyyəsi, dəyərlərindən nəinki geri qalmayan hətta üstün səviyyəsi, kürd, ərəb, bəluc, lor və s. millətlərin də milli, mədəni səviyyəsi və dəyərləri ən azı Afrika sakinlərinin səviyyəsindən qat-qat yüksək olduğu halda onları 6-cı əsrdə mövcud olan orta şüur səviyyəli insanların əksəriyyətinin belə qəbul etmədiyi, mövcud insan və vətəndaş hüquqlarına daban-dabana zidd olub, vətəndaşı həm milli, həm də şəxsi hüquq baxımından ancaq qul statusunda görən molla rejiminin onları vəhşi zor vasitəsilə 6-cı əsr ideoloji, siyasi, inzibati, mənəvi qandalları çərçivəsində həyat sürməyə məcbur etməsindən yaranan partlayış potensialının bir qığılcıma ehtiyacı olması idi. Həm də qığılcıma ehtiyac bu gün deyil, ən azı 30 ildən çoxdur ki, yaranıb. Son 97 il ərzində şovinist fars faşizminin bu coğrafiyada türk əhaliyə qarşı yaşatdığı faciə və qətliamların hətta 47 ilini kənara qoysaq belə, son otuz ildə qətlə yetirdiyi oğlanlı-qızlı yüz minlərlə türk gənclərini faciələrindən doğan alovlar belə niyə bir kürd qızının ölümündən yaranan qığılcımı əvəz edə bilmirdi? Nahaq yerə “Arxalı köpək qurd basar” deməyib türk aqilləri. Mən bu ifadəni işlətməklə günahsız öldürülən gənc kürd qızının xatirəsini təhqir etmək fikrindən uzağam. Rusiyada bolşeviklər hakimiyyətə gəlib sonradan əhalisinin böyük bir kəsimi türk olub, ərazisinin də çox hissəsi türk milli ərazisi olan SSRİ kimi böyük bir dövlətə çevrilib, xüsusilə də ikinci dünya müharibəsindən sonra dünya ağalığı uğrunda mübarizədə ingilislərin əsas rəqibinə çevrildikdən sonra daim rus imperiyasını çökdürməyə çalışan ingilislər daim bu halda türk milət və dövlətlərinin birləşərək böyük gücə çevrilə biləcəyinin fərqində olduğundan bu ölkədə şovinist şahlıq diktaturasını, sonra isə şovinist və dini ideologiyaya bürünən fars faşizmini dəstəkləməklə bərabər, SSRİ-nin İran və Türkiyə ərazisində yaratdığı kürd dəstələrinə alternativ kürd qruplaşmaları yaratmaqla İraq, İran, Türkiyə, Suriya ərazilərində yaşayan kürdlərdən gələcəkdə Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyi hədəfləyirldi. Onlar bu məqsədlərinin ilk mərhələsini İraqa qoşun yeridib Səddam Hüseyni devirdikdən sonra orada kürd muxtariyyəti yaratmaqla bərabər, İraq dövlətinin başına kürd etnik nümayəndəsini gətirməklə qurduqları kürd dövlətçiliyinin ən azı xeyli müddətdə mövcudluğunu və möhkəmlənməsini təmin etməklə reallaşdırmış oldular. Bu gün İran adlanan ölkədə bütün millətlərdən olan vətəndaşlarının molla rejiminə olan nifrət kasasının çoxdan tam dolmağına baxmayaraq yüz minlərlə gənc türklərin haqsız olaraq məhv edilməyi bu nifrəti alova çevirə bilən qığılcıma çevrilə bilmədiyi halda, bir kürd qızının ölümünün bu qığıcıma çevrilməsinin əsil səbəbi də məhz bu ölkədə öz gələcək planlarında kürd toplumundan Yaxın Şərq siyasətində Rusiyaya, əsas da Türkiyəyə qarşı aktiv istifadə edə bilməsi üçün Qərbin bu məntəqələrdə kürdləri maddi, hərbi təchizatla yanaşı siyasi, diplomatik və beynəlxalq mətbuat vasitələrilə dəstəkləmələridir. Əlavə olaraq Tehran rejiminin Türkiyə, Şimali Azərbaycan Respublikası və Cənubi Azərbaycan türklərinə qarşı uzun müddət kürdləri silahlandırıb maddi cəhətdən dəstəkləməsi bu gün bumeranq effekti ilə şovinist fars faşist rejiminə qarşı çevrilmişdir. Mollalar bu günkü hadisələrin baş verməsində Qərbin təşkilatçılığını dilə gətirsələr də öz günahlarını hələ etiraf etmirlər. Görünür bunu taxtdan düşdükdən sonra obyektiv düşünə bilsələr öz memurlarında etiraf edəcəklər. Buna da onların intellektual səviyyəsi çatsa.
Daxili səbəblərdən başqa bu gün İran adlandırılan coğrafiyada baş verən prosselərin mühüm xarici amilləri də mövcuddur. 43 il öncə Qərbin məngənəsindən qopub SSRİ-ni özünə tərəfdar və himayədar seçən Tehranın molla rəjimi SSRİ dağıldıqdan sonra onun Rusiyanın əhəmiyyətli dərəcədə zəiflədiyini görüb özünə yeni himayədar axtarmağa başladı və tapdı. Şovinist fars molla rejimi özünün yeni oynaşı olaraq iqtisadi, hərbi və texnoloji cəhətdən sürətlə inkişaf edərək dünya ağalığı yarışında Qərbə ciddi rəqibə çevrilən Çini seçdi və onunla 400 milyard dollarlıq “hədiyyə”şərti ilə 25 illik “siğə” müqaviləsi bağladı. Bununla belə erməni və fars millətinin özəl cəhəti olan həm əri, həm də oynaşı olmaq xüsusiyyətinə uyğun olaraq Suriyada, Cənubi Qafqazda da Türkiyə və Azərbaycana, yəni, türklərə qarşı düşmənçiliyini Rusiya ilə birlikdə davam etdirdi və bu gün də davam etdirməkdədir. Rusiya isə Tehranın bu əməkdaşlığının “diplomatik” qardaşlıq olduğunu, molla rejiminin artıq Rusiyanın Qərbdən dəfələrlə çox qorxduğu, hələlik susub Rusiyanın beynəlxalq meydanlarda məğlubiyyətlərinə bığaltı gülümsəyən düşməni olan Çinin qucağında oturduğunu çox yaxşı dərk edir. Eləcə, həm də Rusiyanın, arxasında Qərbin durduğu Ukrayna ilə savaşda vəziyyətinin yaxşı durumda olmaması səbəbindən Rusiyadan hər hansı bir dəstək gözləməsi ehtimalı sıfıra bərabərdir.
Digər tərəfdən son illər Türkiyənin güclənərək artıq beynəlxalq müstəvidə söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yaradılıb Türk Dövlətlərinin iqtisadi, hərbi, siyasi və s. istiqamətlər üzrə inteqrasiyasının, daha keçənlərdə olduğu kimi türk millətinin, türk varlığının tapdalanmayacağının qarantına çevrilməsi, eləcə də fars molla faşizminin bu coğrafiyada məhv edilməsində son dərəcə həyati marağı olan İsraillə, islam dövləti olan Pakistanla sığaq hərbi-iqtisadi əlaqələr qurmuş Türkiyənin NATO-nun çox önəmli hissəsi olmaqla Qərbin marağında, məhv olmamaq üçün yeganə nəfəslik, ümid yeri olmaqla eyni zamanda Rusiyanın marağında olması Tehranın fars şovinizminin ölkə daxilində gedən parçalanma prosseslərinə özünə məxsus son dərəcə vəhşi qəddarlıqla geniş miqyaslı müdaxilə etməsi imkanını məhdudlaşdırır.
Buna görə də molla rejiminin başında duran əmmaməlilərdən tutmuş oyuncaqları olan Ərdəbil mollası Amoliyə qədər “Romeo mənim qonşumdur” kinofilmindəki erməni pivəsatan kimi Şimali Azərbaycan Respublikasının bu gün İran adlanan əraziyə nüfuz imkanlarının Tehran rejimindən qat-qat çox olduğunu dərk edərək Azərbaycana xox gəlib hədələməkdən əl çəkib hətta konfederasiya halında da olsa fars hakimiyyətini saxlamaq xatirinə “Qarabağ Azərbaycandır” havasını çalmağa başlayıblar. Lakin artıq gecdir, qatar çoxdan gedib. Uzun illər başqa millətlərə, xüsusilə türklərə qarşı törətdikləri insanlıq anlayışına sığmayan vəhşiliklərin cavabı olaraq farslar 97 il əvvələ qayıdıb türk dövlətinin təəbələrinə çevrilməli, onlar üçün ən yaxşı halda isə “persiya” adlanan ərazidə cırtdan dövlət olaraq mövcud olmağa məhkumdurlar. Qacar yurdunda türk milli dövləti bərpa olunmalıdır və olacaq da. Məsələnin bir önəmli cəhəti də var ki, bu gün müstəqil Şimali Azərbaycan türk dövləti mövcuddur və o, Qacar Türk Dövlətinin bir hissəsi, həm də bir dövlət olaraq onun bütün türk milli ərazilərinin varisi və orada yaşayan türk əhalisinin de fakto qanuni dövlətidir. Bu baxımdan 97 il öncə fars şovinizminin qanunsuz olaraq hərbi çevriliş vasitəsilə ələ keçirdiyi hakimiyyət dağıldığından Türk dünyasını təmsil edən Türk Dövlətləri təşkilatının, ilk növbədə isə Şimali Azərbaycan Türk Dövlətinin ona sahib çıxmaq birbaşa haqqı və borcudur. K.Marks yazırdı ki, – “Vaxtı çatmış ictimai hadisələrin baş verməsi üçün ZOR mamaça rolunu oynayır”. 97 il əvvəl qanunsuz hərbi çevriliş vasitəsilə bu gün İran adlanan coğrafiyada devrilmiş Qacar Türk dövlətinin bərpa edilməsi üçün zəruri olan bu güc Türk Dövlətləri Təşkilatı onun etibarlı müttəfiqləri olan Pakistan, İsrailin şovinist fars faşizminin məhv edilməsində israrlı həmrəyliyinin simasında mövcuddur və buna zəruri olan münbit beynəlxalq şərait də artıq yetişib. Buna görə də Türkiyədə yaradılmaqda olan müvəqqəti milli məclisin praktiki fəaliyyətini həyata keçirmək üçün təcili Bakıda Qacar yurdunun Müvəqqəti Hökuməti yaradılmalıdır. Bu gün bunun üçün zəruri olan bütün kadrlar mövcuddur. Uzun illər Cənubda Milli Azadlıq Mübarizəsində fəal iştirak edib Tehran rejiminin terrorundan yayınmağa müvəffəq olub dünyanın müxtəlif ölkələrinə mühacirət etmələrinə baxmayaraq bu mübarizədə daim iştirak etmiş Cənublu milli mübarizləri Bakıya toplayıb Müvəqqəti Milli Hökumət yaradılmalı, Qacar yurdunda gedən milli azadlıq hərəkatına yön verib, koordinasiya və rəhbərlik etməlidir. Bunun üçün bu gün Cənubun özündə, Avropada, ABŞ-da, Şimali Azərbaycanda bu mübarizəni idarə edib tam qələbə ilə başa çatdıra biləcək kadrlar yetərincədir. Cənubda Abbas lisani və onlarla mətin milli mübarizələr hələ Tehran rejiminin qalıqlarının nəzarətində olan zindanlarda olduğundan bu prossesə hələlik qoşula bilməsə də, Avropada, Amerikada, Mahmudəli Çöhrəqani, Əjdər Tağızadə, Eldar Qaradağlı, Əhməd Obalı, Cavad İsmayılbəyli Müvəqqəti Hökumətin müxtəlif istiqamətlərdə fəaliyyətini idarə edə biləcək digər kadrlar olmaqla bərabər, Bakıda bu hökumətə başçılıq edə biləcək S.C.Pişəvəri hökumətinin Baş Prokuroru 1947-ci ildə şah rejimi tərəfindən Təbrizdə dara çəkilmiş Firidun Qəni oğlu İbrahiminin qardaşı, islam inqilabı dövründə Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinin rəhbəri, 1987-ci ildə molla rejiminin Tehranın Evin zindanında qətlə yetirdiyi Ənuşirəvan Qəni oğlu İbrahiminin böyük oğlu, Cənubdakı Milli Azadlıq mübarizəsi tarixində BEŞ, sıradan olmayan ŞƏHİD vermiş bir sınanmış nəslin layiqli nümayəndəsi olan təcrübəli, peşəkar hüquqşünas Firidun Ənuşirəvan oğlu İbrahimi kimi kadrlarımız da mövcuddur. Artıq təcili hərəkətə keçməyin zamanı çatıb. AZADLIQ MÜBARİZƏN UĞURLU, BÜTÖV AZƏRBAYCANIN, BÜTÖV TÜRKMƏNİSTANIN SAYALI, TURANIN MÜBARƏK VƏ ƏBƏDİ olsun, BÖYÜK TÜRK MİLLƏTİ!

Şapur Qasimi
+99455 522-36-15
20.10.2022
7-11-2022, 21:48
"Nur ocağı" ədəbi məclisi Ziba Sevindiyin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Ziba Sevindiyin şeirlərini təqdim edir:

XUDAYƏTİM

Bu dünyadan köçdün cavan,
Xalqım səni anır hər an.
Sən, ey cəsur, ər qəhrəman,
Tükənməzdir dəyanətin,
Əziz, şəhid Xudayətim!

Düşmənlərdən qisas aldın,
Canlarına qorxu saldın.
44 gündə zəfər çaldın,
Hasil oldu xoş niyyətin,
Əziz, şəhid Xudayətim.

Hər əzaba sinə gərdin,
Saysız düşmən yerə sərdin.
Sən vətənə könül verdin,
Müqəddəsdir bu ülfətin,
Əziz, şəhid Xudayətim!

Adın ilə Azərbaycan,
Qürur duyur, hər bir zaman.
Ey ruhu şad, cənnətməkan,
Sənsən pirim, ziyarətim,
Əziz, şəhid Xudayətim!

AZ AĞLA, ŞÖVKƏT ANA

Şəhid Xudayətin anası Şövkət xanıma ehtiramla.


Ağlamaqdan üzüldün,
Sızlarsan yana-yana.
Bir bu qədər hönkürüb,
Az ağla, Şövkət Ana!

Gözün yola dikilib,
Yuxun ərşə çəkilb.
Qəddin yaman bükülüb,
Az ağla, Şövkət Ana !

İtirdin Xudayəti,
Zülmət gördün həyatı.
Dildə ağı, bayatı,
Az ağla, Şövkət Ana!

Ömrün-günün bəzəyi:-
Şəhidin ev muzeyi.
Gör, bu bəzək-düzəyi,
Az ağla, Şövkət Ana!

Billəm, yaran dərindi,
Şəhid qəbri pirindi.
Xudayət and yerindi,
Az ağla, Şövkət Ana !

Oğlun şir kimi coşdu,
Haqq uğrunda vuruşdu.
Dönüb haqqa qovuşdu,
Az ağla, Şövkət Ana!
Az ağla, Şövkət Ana!!!

ADI MÜQƏDDƏSDİR HƏR BİR ŞƏHİDİN

Şəhidlik zirvəsi uca zirvədir,
Hər insan bu ada yüksələ bilmir.
Ürəklərdə məskən salır əbədi,
Şəhidlər doğulur, şəhidlər ölmür.

Təbrizim, Elgünüm, Nihadım mənim,
Hər biri əzizdir, qoşa qalamdır.
Təkcə bir ananın övladı deyil,
Şəhidlər doğmadır, igid balamdır.

Şəhla anamızın ciyərparası,
Rozanın nəfəsi, göz bəbəyidir.
Kəmalə ananın qeyrət qalası,
Köksündə çırpınan saf ürəyidir.

Adı müqəddəsdir hər bir şəhidin,
Bu vətən uğrunda veribdir canın.
Şəhidlər bir kəndin, mahalın deyil,
Fəxridir, yurdumuz Azərbaycanın!

ŞƏHİD XƏYALIM

Oğlunu Vətən yolunda qurban verən, şəhid anası Xatirə xanımın dilindən şəhid Xəyal balamıza ithaf edirəm.

Ölüm xəbərini eşidən zaman,
Başımın üstünü aldı çən, duman.
Qəddimi döndərib, eylədin kaman,
Artdı ürəyimdə dərdim, məlalım,
Mənim cəsur balam, şəhid Xəyalım !

Göz yaşlarım dama-dama göl oldu,
Axdı hər tərəfə, dönüb sel oldu.
Başımda vaxtsız ağaran tel oldu,
Pozuldu növrağım, dəyişdi halım,
Mənim cəsur balam, şəhid Xəyalım!

Bu necə haraydı, bu necə ündü?
Bu necə ələmli, matəmli gündü?
Adın da özüntək xəyala döndü,
Mən səni bəs indi, de, hardan alım?
Mənim cəsur balam, şəhid Xəyalım!

Vətənçün gül-çiçək bitirən də, sən,
Özünü dadına yetirən də, sən.
Qəhrəman igidtək xatirəmdəsən,
Hər zaman səninlə baş-başa qalım,
Mənim cəsur balam, şəhid Xəyalım.

Bu nakam ömrünə bilməm, nə deyim?
Həsrətinə nə vaxtacan göynəyim?
Gözümün önündə qanlı köynəyin,
Sənin qoxusunu mən ondan alım,
Mənim cəsur balam, şəhid Xəyalım!

03.09.2021

DÜNYADA ƏBƏDİSƏN

Keçər aylar, fəsillər,
Tarixdə adın qalar.
Yeni gələn nəsillər,
Səni hey yada salar.

Çox ömür sona çatar,
Payız gedər, qış gələr.
Yaşarsan, Şəhid adın,
Hər ürəyə xoş gələr.

Sən elə bir igidsən,
Səni necə unudum?
Sən elə bir şəhidsən,
Zirvədəsən, Mahmudum !

Əzmlə çaldın zəfər,
44 günlük savaşda.
Qərinələr keçsə də,
Qalacaqsan yaddaşda.

Tankınla sən birbaşa,
Əzib keçdin düşməni.
Canından çox sevirdin,
Bu yurdu, bu Vətəni.

Ey Vətənin yolunda,
Qəlbi alışıb-yanan.
Səninlə qürur duyur,
Gözəl Aybəniz anan.

Övladların fəxrlə,
Öyünəcək səninlə.
Səni sevən ürəklər,
Döyünəcək səninlə.

Gül bitirən məzarın,
İndi dönüb cənnətə.
Məqamın çox ucadır,
Eşq olsun, bu qüdrətə !

Sən çatdığın Zirvəyə,
Hər insan çata bilməz.
Şəhidlər sırasında,
Yerini tuta bilməz.

Məzarın pirdir sənin,
Şəhidlik məbədisən.
Sən dirisən, ölməzsən,
Dünyada əbədisən!

ŞƏHİDLİYƏ QOVUŞDUN

1-ci Qarabağ müharibəsində şəhid olan Ağstafa rayon şəhidi Çingiz Abdullayevin əziz xatirəsinə.

Gör neçə illər keçib ,
Üzür bizi həsrətin.
Sonsuz oldu bu yurda,
Vətənə məhəbbətin.

Tarixlərdə yaşayır,
Müqəddəs şəhid adın.
Bu gün hörmətlə anır,
Səni qohumun, yadın.

Dünənim, bu günümdə,
Nurlu sabahımdasan.
Sənsiz alışıb yanan,
Könüllər ahındasan.

Bu gün sənin yaşına ,
Neçə igid çatıbdır.
Çoxları şəhid olub,
Torpaq altda yatıbdır.

Bəzi dost-tanışların,
Oğul -uşaq sahibi .
Sənin isə cənnətdə,
Vardır neçə talibin .

Sən şəhid olan gündən,
Dözmədi ata -anan.
Gecə-gündüz ağlayıb,
Ürəyi oldu yanan.

Yoxluğun dərdə saldı,
Qardaşını, bacını.
Unutmaq çox çətindir,
Bu ağrını, acını.

Esmira anan səni,
Ağladıqca hey anır.
Bu dərdi daşımaqdan,
Nə doyur, nə usanır.

Adın- Şəhid Çingizim ,
Şəhidlər sırasında .
Sənin ağrın göynəyir,
Könüllər yarasında.

Sən yenilməz ər kimi,
Bu vətənçün vuruşdun.
Tarixlərdə yaşayıb,
Şəhidliyə qovuşdun.

RUHUNLA HƏR YANA İŞIQ SAÇIRSAN

44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Fazil Razim oğlunun əziz xatirəsinə.

Məzarın elə bil, çiçəkli bağdır,
Dönüb gülüstana hər yanın sənin.
Düzülüb yan-yana məzarın üstdə,
Dönüb qərənfilə al qanın sənin.

Ürəyi dözmədi, sənin dərdinə,
Atan da yol alıb, yanına gəldi.
Bir oğul həsrəti, bir yar həsrəti,
Lətifə ananın bağrını dəldi.

Dözməyir bu dərdə ana ürəyi,
Söyləyir, ,,hardasan, Fazilim mənim?
Sənsizlikdən çəkdiyim ah-nalədən,
Odlanır həm bəmim, həm zilim mənim."

Günay bacın görüb səni yuxuda,
Görüb ki, cənnətdə rahatdır yerin.
Məzarın bənzəyir ziyarətgaha,
Çevrilib olmusan ocağım, pirim.

Ruhunla hər yana işıq saçırsan,
Sönməyən nur ki var, bizə bəllidir.
Bir ana qəlbinə, bacı qəlbinə,
Sənin şəhidliyin bir təsəllidir.

Hamımız dünyadan köçüb getsək də,
Görəsən kim bizi yadına salar?
Çoxu unudulub, gedəcəyik biz,
Həyatda tək sənin ər adın qalar.

ŞƏHİD BALASIYLA FƏXR EDİR ANA

Silaha sarıldı, Vətən eşqiylə,
Döyüşə yollandı igid Ələddin.
Qəhrəman, mərd, cəsur oğlum var-deyə,
Öyündü hər zaman-Ata Vəlyəddin.

Birinci Qarabağ - haqq savaşında,
Düşmənin başına od ələyirdi.
Cəsur Ələddinin hər zərbəsindən,
Düşmənlər yarımcan səndələyirdi.

Bir gün xəbər gəldi, yayıldı kəndə,
Dedilər, ,, Ələddin itkin düşübdür."
Hamı ümid oldu, tapılacaqdır,
Çünki, kişi kimi o, döyüşübdür.

Vəlyəddin atanın gözləri yolda,
Günbəgün könlünü qəm-qüssə aldı.
Atam soruşardı: ,, Ay xala oğlu,
Bu uşaq gəlmədi, harada qaldı?"

İllər keçdi, Ələddindən bir soraq,
Sevincli , şad xəbər verən olmadı.
Arayıb nə qədər axtarsalar da,
Ölübmü, qalıbmı? Görən olmadı.

Qardaş itkisinə qəlbi dözmədi,
Köçdü bu dünyadan Aydın qardaşı.
İki qardaş yoxluğuna yoldu saç,
Maral bacısının axdı göz yaşı.

İllər bir-birini əvəz eylədi,
Böyüdü, boy atdı Maralın oğlu.
Dayı qisasını almaqdan ötrü,
Yollandı birbaşa, cəbhəyə doğru.

İkinci Qarabağ döyüşlərində,
Sonadək vuruşdu qəhrəman Vüqar.
Yerində gəbərtdi, vurub öldürdü,
Vermədi düşmənə, heç aman- Vüqar.

Qardaş dərdi ilə, həsrəti ilə,
Olsa da, ürəyi hər an yanası...
Dayı qisasını alan oğulla,
Hər an öyünürdü Maral anası.

Bir gün acı xəbər döydü qapını,
Vüqarın şəhidlik xəbəri gəldi.
Qardaşın dərdini unutdu sanki,
Bu həsrət qəlbini ox kimi dəldi.

Çökdü gözlərinə, bu an qaranlıq,
Günəşli gündüzü zülmətə döndü,
Tək oğul böyütdü, o, şəhid oldu,
Bir evin çırağı, bax, belə söndü.

Sağalmaz yaranı unuda bilmir,
Oturub ah çəkir yenə dərindən.
Özünə təsəlli verməkçün alır,
Oğlunun ətrini- nəvələrindən.

Şəhid övladının bir qızı, oğlu,
Ona balasından yadigar qalıb.
Vüqarı vədəsiz itirən gündən,
Nənə öz meylini nəvəyə salıb.

Qəlbini üzsə də, bu sıxıntılar,
Şəhid balasıyla fəxr edir ana.
Deyir ki: ,,Yaşayır, ölməyib oğlum,
Layiqdir hər ada, şöhrətə, şana!"

ÖLMƏMİSƏN, DİRİSƏN

Sən bu xalqın, millətin,
Ürəyisən, canısan.
Yurdun Zəfər soraqlı,
Cəsur qəhrəmanısan.

Ölməmisən, şəhidim,
Sən hər zaman dirisən.
Qibləm, ziyarətgahım,
Xalqımın and yerisən.

Sən milyonlar içində,
Ölməzlik qazanmısan.
Sən Zəfər tarixini,
Öz qanınla yazmısan.

Sən mənfur düşmənlərin,
Başına od ələdin.
Onu öz əllərinlə,
Boğub qana bələdin.

Bükülməyən qolunla,
Qırdın düşmən qolunu.
Sən ona diz çökdürdün,
Göstərdin haqq yolunu.

Məhv elədin düşmənin,
Neçə-neçə səddini.
Qorudun bu vətənin,
Ayrılmaz sərhəddini.

Sıldırımlı dağları,
Qartal kimi dolaşdın.
Hünərinlə yüksəlib,
Zirvələrə yol açdın.

Düşmənlərin başında,
Alov oldun, od oldun.
Azad etdin torpağı,
Ürəyin çox şad oldu.

Öz dəmir yumruğunla,
Düşmənə zərbə vurdun.
Düşmənlərin başından,
Sanki bir qala qurdun.

Düşmən gördü gücünü,
Qorxu düşdü canına..
Xalqım alqış söylədi,
Yurdun qəhrəmanına!

Sən mənim qibləgahım,
Həm imanım, həm dinim.
Ölməmisən, dirisən,
Ey şəhid Xaləddinim !

QƏHRƏMAN TALEH
Keçsə min il, milyon il,
Sən düşməzsən dillərdən.
Sənin şəhidlik adın,
Silinməz könüllərdən.

Döyüş yoldaşların da,
Hamı səndən danışır.
Qəhrəman olmağından,
Danışdıqca alışır.

Komandirin söyləyir:
,,-Düşməni saldın dərdə.
Sənintək bir döyüşçü,
Gəlməz dünyaya bir də."

Sən alovlar içində,
Düşünmədin canını.
Xilas etdin gör neçə,
Vətən qəhrəmanını.

Döyüşün qızğın çağı,
Komandir ,, qayıt", dedi.
Sən sözünə baxmadın,
Dedin, ,,qayıtmaq nədi?"

Komandirin əmrini,
,,Vurdun qulaqardına."
Getdin daha irəli,
Qüvvət verdin orduma.

Neçə-neçə yaralı,
Əsgəri xilas etdin.
Yarasını sarıdın,
Belə arzuna yetdin.

Əlində silahınla ,
Düşmənləri çapırdın.
Düşməndən qisas alıb,
Xoş təsəlli tapırdın.

Çünki, zəfər çalmağa,
Ürəkdən inanırdın.
Sən bu yurdu, vətəni,
Xoşbəxt, azad sanırdın.

Həmişə bizimləsən,
Taleh adlı qəhrəman.
Xətrini əziz tutar,
El unutmaz heç zaman!
15.12.2021

ŞƏHİDİM MƏNİM

Əziz əmim nəvəsi, 44 günlük Vətən uğrunda döyüşlərdə qəhrənancasına şəhid olmuş, Abışov Fərid Əlfaim oğlunun əziz xatirəsinə.

Vətən arxasında dağ kimi durdun,
Düşmənə ən ağır zərbəni vurdun.
Adınla ucaldı Müzəffər Ordum,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

Vətən harayladı, yetdin hayına,
Qoymadın düşməni gözdən yayına.
Vuruşdun, şəhidlik düşdü payına,
Yerin zirvələrdir, igidim mənim,
Xalqımın qüruru, şəhidim mənim!

Sevimli bəndəsi sənsən- Allahın,
Səninlə nurlanır gələn sabahım.
Qisasın alındı, sevinsin ruhun,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

ŞƏHİDLƏR ÖLMƏZDİR...
Şəhid Mustafa Babayevin əziz xatirəsinə

Məzarın üstündə ağlayır yenə,
Anan göz yaşını saxlaya bilmir.
Ürəyi kədərə elə yüklənib,
Sevincdən heç zaman çağlaya bilmir.

Silir əlləriylə məzar daşını,
Sonra da əyilib öpür üzündən.
Elə bil, göylərin bütün yağışı,
Əminə ananın axır gözündən.

Ey Şəhid Mustafam, sənin xatirən,
Qalıbdır Vətənin hər guşəsində.
Atanın üzünə işıq salırsan,
Sürdüyü maşının saf şüşəsindən.

Şəklini maşında gəzdirir atan,
Sən Elman atanın qürur yerisən.
Xatirən əzizdir hər zaman bizə,
Şəhidlər ölməzdir, sən də dirisən!

SƏN ELƏ BİR İŞIQSAN
Ağstafa rayonu Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin yetirməsi olan Həsənov Elnur Elman oğlunun əziz xatirəsinə

Dərs deyən müəllimlərin,
Sevimlisi sən idin.
İndi hamı hörmətlə,
Səni anır, igidim.

Vətən, torpaq eşqiylə,
Döyünürdü ürəyin.
Deyirdin, ,, Vətən mənim,
And yerim, göz bəbəyim."

Qəhrəmantək döyüşdün,
Bu vətənin yolunda.
Pəhləvan gücü vardı,
Bükülməyən qolunda.

Mənfur, rəzil düşmənə,
Sən olmuşdun göz dağı.
Hünərinlə məhv oldu,
Qana bulandı yağı.

Sən ey şəhid qardaşım,
Mənim fəxrim, qürurum.
Ellər səni unutmaz,
Qəhrəmanım, Elnurum!

Bu gün sinif otağı,
Sənin adınla bağlı.
Bəzədilib şəninə,
Al-əlvan, çilçıraqlı.

Sən elə bir işıqsan,
Heç zaman sönməz bu nur.
Məkanın cənnət olsun,
Əziz şəhidim- Elnur !

ŞƏHADƏTİN MÜBARƏKDİR!
Şəhid generalımız Polad Həşimovun əziz xatirəsinə.

Bənzəyirdin uca dağa,
Yol gedirdin Qarabağa.
Bu vətənə, bu torpağa,
Sədaqətin mübarəkdir !

Düşmənləri qırıb, əzdin,
Şöhrətinlə dünya gəzdin.
Polad kimi əyilməzdin,
Dəyanətin mübarəkdir !

Dilindəydi zəfər səsi,
Sənsən şəhidlik zirvəsi.
Qəhrəmalıq nümunəsi,
Rəşadətin mübarəkdir !

Qisasını gərək alım,
Düşmənləri dərdə salım.
Şəhid- Polad Generalım,
Şəhadətin mübarəkdir!

EL DƏRDİNİ ÇƏKİRƏM MƏN
Hər gün qəmlə ötüb keçən,
İl dərdini çəkirəm mən.
Gözlərimdə dalğalanan,
Sel dərdini çəkirəm mən.

Başını duman, qar alan,
Buludu göydə qaralan.
Bülbülsüz solub-saralan,
Gül dərdini çəkirəm mən.

Ürəyim, canım, bu Vətən,
Qurtulmayır dardan nədən?
Sonaları uçub gedən,
Göl dərdini çəkirəm mən.

Vətəndə Vətən daşıyam,
Bu yurdun üzük qaşıyam.
Qəmini hər an daşıyan,
Bel dərdini çəkirəm mən.

Yurd-yuvasız odda bişən,
Ürəyini kədər deşən.
Qarabağdan ayrı düşən,
El dərdini çəkirəm mən!

ŞƏHİD ATASI
Tək oğlunu qurban verdin vətənə,
Dərd varmıdır, bu dərdinə çatası?
Anlayıram, dərdin dağdan ağırdı,
Bu qədər ağlama, şəhid atası !

Bu da bir qismətdir, bu da bir andır,
Bu acı həsrəti səbrinlə yandır.
Fəxr elə oğlunla, o, qəhrəmandır,
Bu qədər ağlama, şəhid atası !

Bilirəm, ürəyin doludur qəmlə,
Gəzib dərdli-dərdli, çox ötmə bəmlə.
Gəzmə bu dünyada gözündə nəmlə,
Bu qədər ağlama, şəhid atası !

Şəhid anasının könlünü ovut,
Ona təsəlli ol, qəlbini soyut.
Əyilmə bu dərdə, başını dik tut,
Bu qədər ağlama, şəhid atası !

AZAD
Şəhid Azad Nizami oğlu Yolçuyevin anası, Ofelya xanımın dilindən, şəhidin əziz xatirəsinə.

Tükəndi, qəlbimdə sevinc qalmadı,
Fələk heç eylədi arzumu, Azad !
Əzabla böyütdüm səni həyatda,
Çox çəkdim, mən sənin nazını, Azad!

Xalqıma şəhidtək əzizdir adın,
Dağ-daşı yandırır ahım, fəryadım.
Dünyaya göz açdı bir qız övladın,
Görmədin Həbibə qızını, Azad !

Həbibə- sabahın gözəl gəlini,
Bircə yol hörmədin qara telini.
Xınalı görmədin onun əlini,
Səpdin yaram üstə duzunu, Azad!

Hardan əsdi, gəldi qara ruzigar?
Səni bizdən aldı tez- Pərvərdigar.
Nizamitək balan qaldı yadigar,
Çağladar könlümün sazını, Azad!

Ömür-gün yoldaşın bəxtini dandı,
Bacılar alışdı, dərdinə yandı.
Ofelya ananın ürəyi qandı,
Düşünür, alnında yazını, Azad !

SƏNİ HARDA GƏZİM, RAMİZ?
Qaranlıqdı solum,sağım,
Tor bağlayıb gözüm, Ramiz!
Söndü , yanan gur ocağım ,
Külə döndü közüm, Ramiz !

Dərdindən hey yana-yana,
Bax, göynəyir Maral ana.
O, car çəkir bu cahana,
Deyir: -Necə dözüm, Ramiz?"

Sinəsində dağa bir bax,
Gülü solan bağa bir bax.
Bu dözülməz çağa bir bax,
Səni harda gəzim, Ramiz?

Sənsiz keçsə də illərim,
And yerisən -sən, ellərin.
Küçəboyu şəkillərin,
Olub düzüm-düzüm, Ramiz !

Yaşasam da sənsiz nalan,
Sənsən mənim bürcüm, qalam.
Sən ey əziz, şəhid balam,
Sənə qurban özüm , Ramiz!

Sən vətəndə ömürboyu,
Yaşadırsan əsli, soyu.
Yerin cənnət, rahat uyu,
Budur, sənə sözüm, Ramiz!

BU TORPAĞA NUR SAÇDIN
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Hikmət Azər oğlu Şıxməmmədovun əziz xatirəsinə.

Dağ Kəsəmən kəndində,
Sən boya-başa çatdın.
Adını qəhrəmantək,
El gözündə ucaltdın.

Bu ad elə addı ki,
Hər kəs qazana bilməz.
Dillərdə bir şüar var:
,,Şəhidlər heç vaxt ölməz!"

Sənin Hikmət adında,
Hikmət dolu məna var.
Səndən nigaran qalıb,
Üzgündür anan Bahar.

,,Hikmət" deyib, sızlayır,
Ah çəkir dərin-dərin.
Gözləri yolundadır,
Hələ atan Azərin.

Əyilmədin, sınmadın,
Heç vaxt düşmən önündə.
Oldun əsil xilaskar,
Vətənin dar günündə.

Sən Vətən səmasından,
Bu torpağa nur saçdın.
Qələbəyə, zəfərə,
Gül-çiçəkli yol açdın.

Vətən sənin sayəndə,
Gündən-günə nurlanır.
Azərbaycan adınla,
Fəxr edib qürurlanır !
29.10.2022

DÜNYADA ƏBƏDİSƏN
Keçər aylar, fəsillər,
Tarixdə adın qalar.
Yeni gələn nəsillər,
Səni hey yada salar.

Çox ömür sona çatar,
Payız gedər, qış gələr.
Yaşarsan, Şəhid adın,
Hər ürəyə xoş gələr.

Sən elə bir igidsən,
Səni necə unudum?
Sən elə bir şəhidsən,
Zirvədəsən, Mahmudum !

Əzmlə çaldın zəfər,
44 günlük savaşda.
Qərinələr keçsə də,
Qalacaqsan yaddaşda.

Tankınla sən birbaşa,
Əzib keçdin düşməni.
Canından çox sevirdin,
Bu yurdu, bu Vətəni.

Ey Vətənin yolunda,
Qəlbi alışıb-yanan.
Səninlə qürur duyur,
Gözəl Aybəniz anan.

Övladların fəxrlə,
Öyünəcək səninlə.
Səni sevən ürəklər,
Döyünəcək səninlə.

Gül bitirən məzarın,
İndi dönüb cənnətə.
Məqamın çox ucadır,
Eşq olsun, bu qüdrətə !

Sən çatdığın Zirvəyə,
Hər insan çata bilməz.
Şəhidlər sırasında,
Yerini tuta bilməz.

Məzarın pirdir sənin,
Şəhidlik məbədisən.
Sən dirisən, ölməzsən,
Dünyada əbədisən!

MƏZARINA QURBAN OLUM, ŞƏHİDİM
Torpaq üçün öz qanından keçirsən,
Torpaq sənə qucaq açır, əsgərim.
Vətən səni qucağında bəsləyir,
Ruhun göydə işıq saçır, əsgərim.

Anaların ərşə qalxır naləsi,
Göz yaşları üzdən axır sel kimi.
Qardaşsız bacının göz yaşlarından,
Məzarınız əlvan geyər gül kimi.

Hər gün yeni şəhid verir bu Vətən,
Yüz doğulur bir şəhidin yerində.
Məzarına qurban olum, Şəhidim,
Sənsən mənim ocağım da, pirim də,

Sən rahat yat məzarında, Şəhidim,
Qisasını yerdə qoymaz ərənlər.
Ölməzliyə qovuşacaq həmişə,
Öz canını bu torpaqçün verənlər.

CANLI ŞƏHİDLƏRİM
Vətən uğrunda qəhrəmancasına döyüşən qazilərimizin şərəfinə
Canında güllə yarası,
Gəzir Vətən qaziləri.
Yox canının bir parası,
Dözür Vətən qaziləri.

Ağrılara gərir sinə,
Ürəyində dərd daşıyır.
Əyilməzlik qanındadır,
Kişi kimi mərd yaşayır.

Gecə-gündüz Vətən deyib,
Qəhrəmantək döyüşdülər.
Bu vətənə nəfəs verib,
Havasını dəyişdilər.

Can verdilər bu torpağa,
Yurd yenidən gəldi cana.
Şəhidiylə, qazisiylə,
Vətən döndü gülüstana.

Laləzara çevirdilər,
Dağı, daşı, təpələri.
Hələ qalıb bədənində,
Üzür canda qəlpələri.

Birisinin qolu yoxdur,
Birinin iki ayağı.
Vətənə arxa olanın,
Əsa olubdur dayağı.

Biganəlik görən zaman,
Sanki küsür bu həyatdan.
Vətən üçün fəda olan,
Çıxmamalı heç vaxt yaddan.

Hər döyüşdə od-alovu,
Görüb duyan şahidlərim.
Allah sizə kömək olsun,
Mənim canlı Şəhidlərim!

SƏNİ ƏZİZLƏDİ VƏTƏN TORPAĞI
44 günlük Vətən müharibəsi zamanı neçə-neçə yaralı əsgərlərimizi ölümün caynağından xilas edən, lakin özü Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan həkim Taleh Namazovun əziz xatirəsinə

Sən böyüdün, bu Vətəndə boy atdın,
Ürəyini bu torpağa bağladın.
Ürəyində yurda qarşı məhəbbət,
Ana Vətən sevgisiylə çağladın.

Döyüşlərdə sinə gərdin çətinə,
Qorxutmadı, səni güllə yağışı.
Yenilməyən hünərinlə qorundu,
Bu vətənin, torpağın hər qarışı.

Hippokrat andıyla Vətən andını,
Hər zaman qoruyub, saxlaya bildin.
Neçə yaralını xilas eyləyib,
Qanlı yaraları bağlaya bildin.

Səni Afət ana gözlədi hər gün,
Sən idin, Ananın könül həmdəmi.
O, necə biləydi şəhid olarsan?
Sənsiz yaşayacaq, bu sonsuz qəmi.

Elə bir zirvəyə yüksəldin ki, sən,
Qalxmaz bu zirvəyə, inan, hər insan.
Bu Vətən uğrunda can fəda etmək,
Şəhidlik kimsəyə gəlməsin asan.

Düşməni sarsıtdın, məğlub eylədin,
Alovlar içindən çıxdın, Talehim!
Ölümdən qorxmadın, onun üzünə,
Sən zəfər gözüylə baxdın, Talehim!

Çarpışdın, vuruşdun Vətəndən ötrü,
Səni əzizlədi Vətən torpağı.
Sarsılmaz, əyilməz dağ vüqarınla,
Düşmənin qəlbinə sən çəkdin dağı.

Cənnət məqamına ucalan Şəhid,
Alar ağuşuna mələklər səni.
Unutmaz adını, səni sevənlər,
Yaşadar köksündə ürəklər səni !

ŞƏHİDLƏR ÖLMƏZDİR...
Şəhid Mustafa Babayevin əziz xatirəsinə

Məzarın üstündə ağlayır yenə,
Anan göz yaşını saxlaya bilmir.
Ürəyi kədərə elə yüklənib,
Sevincdən heç zaman çağlaya bilmir.

Silir əlləriylə məzar daşını,
Sonra da əyilib öpür üzündən.
Elə bil, göylərin bütün yağışı,
Əminə ananın axır gözündən.

Ey Şəhid Mustafam, sənin xatirən,
Qalıbdır Vətənin hər guşəsində.
Atanın üzünə işıq salırsan,
Sürdüyü maşının saf şüşəsindən.

Şəklini maşında gəzdirir atan,
Sən Elman atanın qürur yerisən.
Xatirən əzizdir hər zaman bizə,
Şəhidlər ölməzdir, sən də dirisən!

GƏLMƏYİRSƏN GÖRÜM SƏNİN ÜZÜNÜ
Şəhid Xəyal balamızın anası Xatirə xanımın dilindən

Sən gedəndən anım dönüb il oldu,
Ürək yandı, ağı deyən dil oldu.
Göz yaşlarım döndü çaya, sel oldu,
Gəlməyirsən, görüm sənin üzünü,
Deyə bilim, sənə ürək sözümü.

İstəməm, analar oğul itirə,
Acı həsrət ürəyə qəm gətirə.
Dözməyir bu dərdə, anan Xatirə,
Gəlməyirsən, görüm sənin üzünü,
Deyə bilim, sənə ürək sözümü.

Nə vaxtacan sızıldayım, göynəyim?
Keçdi daha sevinməyim, gülməyim.
Ürəyimi parçaladı ölməyin,
Gəlməyirsən, görüm sənin üzünü,
Deyə bilim, sənə ürək sözümü.

Ürəklərdə qaldığını bilirəm,
Əbədi yurd saldığını bilirəm.
Cənnətməkan olduğunu bilirəm,
Mən də gəlib, kaş görəydim üzünü,
Deyəydim mən sənə ürək sözümü.

SALAM OLSUN RUHUNA
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə.

Vətən, torpaq yolunda,
Alovlara atıldın.
Susdurmaqçün düşməni,
Döyüşlərə qatıldın.

Əzminlə, hünərinlə,
Əzdin, düşməni boğdun.
Vətənin səmasında,
Günəş kimi sən doğdun.

Diz çökdürdün yağıya,
Qırdın qol-qanadını.
Uca tutur həmişə,
Xalqın sənin adını.

Mübarizlik alnına,
Əzəldən yazılıbdı.
Düşmənlərin məzarı,
Əlinlə qazılıbdı.

Ölməz ruhun şad olsun,
Qisasın alınıbdır.
Düşmənin ,, toy havası,"
Çoxdandı çalınıbdı.

Öz qəhrəman adınla,
Qürur duyur Vətənim.
Salam olsun ruhuna,
Ölməz şəhidim mənim!

RUHUNLA HƏR YANA İŞIQ SAÇIRSAN
44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Fazil Razim oğlunun əziz xatirəsinə.

Məzarın elə bil, çiçəkli bağdır,
Dönüb gülüstana hər yanın sənin.
Düzülüb yan-yana məzarın üstdə,
Dönüb qərənfilə al qanın sənin.

Ürəyi dözmədi, sənin dərdinə,
Atan da yol alıb, yanına gəldi.
Bir oğul həsrəti, bir yar həsrəti,
Lətifə ananın bağrını dəldi.

Dözməyir bu dərdə ana ürəyi,
Söyləyir, ,,hardasan, Fazilim mənim?
Sənsizlikdən çəkdiyim ah-nalədən,
Odlanır həm bəmim, həm zilim mənim."

Günay bacın görüb səni yuxuda,
Görüb ki, cənnətdə rahatdır yerin.
Məzarın bənzəyir ziyarətgaha,
Çevrilib olmusan ocağım, pirim.

Ruhunla hər yana işıq saçırsan,
Sönməyən nur ki var, bizə bəllidir.
Bir ana qəlbinə, bacı qəlbinə,
Sənin şəhidliyin bir təsəllidir.

Hamımız dünyadan köçüb getsək də,
Görəsən kim bizi yadına salar?
Çoxu unudulub, gedəcəyik biz,
Həyatda tək sənin ər adın qalar.

SƏN ELƏ BİR İŞIQSAN
Ağstafa rayonu Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin yetirməsi olan Həsənov Elnur Elman oğlunun əziz xatirəsinə

Dərs deyən müəllimlərin,
Sevimlisi sən idin.
İndi hamı hörmətlə,
Səni anır, igidim.

Vətən, torpaq eşqiylə,
Döyünürdü ürəyin.
Deyirdin, ,, Vətən mənim,
And yerim, göz bəbəyim."

Qəhrəmantək döyüşdün,
Bu vətənin yolunda.
Pəhləvan gücü vardı,
Bükülməyən qolunda.

Mənfur, rəzil düşmənə,
Sən olmuşdun göz dağı.
Hünərinlə məhv oldu,
Qana bulandı yağı.

Sən ey şəhid qardaşım,
Mənim fəxrim, qürurum.
Ellər səni unutmaz,
Qəhrəmanım, Elnurum!

Bu gün sinif otağı,
Sənin adınla bağlı.
Bəzədilib şəninə,
Al-əlvan, çilçıraqlı.

Sən elə bir işıqsan,
Heç zaman sönməz bu nur.
Məkanın cənnət olsun,
Əziz şəhidim- Elnur !
7-11-2022, 20:48
"Tarixdən bu yana: Azərbaycan-Türkiyə əlaqələri!"

"Əbədi Birlik" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Tarixdən bu yana: Azərbaycan-Türkiyə əlaqələri!" mövzusunda Zoom platformasında görüş keçirilib.
Görüşün fəxri qonağı Türkiyənin Bütün Rabitə və Media Federasiyasının prezidenti Şakir Gürel olub.
Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Şakir Gürel Türkiyə və Azərbaycan arası əlaqələrin vacibliyindən danışıb. Səlcuq dövlətinin zamanından bu yana iki dövlətin əlaqələrinin dostluq, qardaşlıq və mütəffiqlik səviyyəsinə yüksəlməsini dəfələrlə bildirmişdir. TİMEF-Əbədi Birlik Gənclər İctimai Birliyi birgə layihələrin olacağını vurğulamışdır.
Gənclərdə maraq doğuran suallar cavablandırılmışdır.

Son olaraq "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Şakir Gürelə dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.
7-11-2022, 17:29
“MƏN KOMANDİRƏM, SİLAHIM YANIMDA OLMALIDIR”


“MƏN KOMANDİRƏM, SİLAHIM YANIMDA OLMALIDIR”

QARABAĞ VƏTƏN MÜARİBƏSİ ŞƏHİDİ – RƏŞAD İLQAROĞLU

YAZIYA GİRİŞ... Çoxdan tanıyırdım. Bacısı ilə eyni məktəbdə işləyirdik. İlk dəfə bacısı ilə mənə toy dəvətnaməsi gətirəndə görmüşdüm onu. Yadımdadır ki, 28 May metrostansiyasının platformasında görüşdük, tanış olduq. Göyçək, yaraşıqlı sifəti, şirin görkəmi, iri gözləri və gülümsər çöhrəsi diqqətimi özünə çəkdi. Belələri haqında deyirlər ki, filankəs şikil kimidir. Bacısı “qardaşımdır, Rəşaddır” – dedi. Tanış olduq. Sonra onu bacısının ailə qurduğu, birgə çalışdığımız məktəbin yerləşdiyi kənddə arabir qohum toylarına atası, ya da dayısı ilə gəlib-gedən görürdüm... Sonralar da onu soruşurdum...
Müharibə dövrü eşitdim ki, könüllü döyüşməyə gedib. Bir gün isə, məktəbimizin müəllimi, həm də Rəşadgilin qohumu Eldar müəllim zəng elədi ki, Rəşad şəhid olub, Zabratda – həyətlərində mərasim olacaq. Elə bil dünya başıma fırlandı. Heyf o şikil kimi oğlandan... göz yaşları içində qeyri-ixtiyarı köks ötürdüm. Müharibə adamları qan-qadaya öyrədir. Nə qədər ağır olsa da daha çox şəhidliklə - bu cür ölümlə barışmağa, ona öyrəşməyə məhkumuq, yoxluğa alışmaq valideyn üçün, ailə üçün, cismdən gedənin yaxınları, əzizləri üçün bunu vərdişə çevirmək isə çox çətindir, müşküldür.

Artıq 2 ildir ki, Rəşad şəhidliyin zirvə məqamındadır. Fəqət o şikil kimi oğlan heç gözlərimdən çəkilmir. İki qardaşın bir bacısı, sadə, mehriban, səmimi xarakteri ilə yaddaşıma köçmüş atası, bəlkə daha çox anası, kiçik qardaşı, şəxsi ailəsi, körpə övladları... onun üçün daha çox darıxırlar, yəqin. Onları ovundura biləcək isə mənim bu yazdıqlarım da, mənə qədər yazılanlar da, xatirəsinə keçirilən anım tədbirləri də Rəşadı - O şikli kimi oğlanı, o igid, o cəsur oğlanı, doğma vətən üçün “uff” demədən canını əlbəhəl verən müzəffər ordumuzun o qəhrəman oğlunu əvəz edə bilməyəcək. Fəqət, o və onun kimi şəhidlərimizin, qazilərimizin, digər əsgər və zabitlərimizin sayəsində 30 illik işğal əzabından qurtulduq və dinc yaşamaq haqqımız qaytarıldı. Bu bizə bəs etməzmi?

Əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindən olan qəhrəmanımız Rəşad İlqar oğlu Rəhimov 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinndə leytenantlıq kursunu bitirib. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Səfərbərlik Xidmətinə müraciət edib. Ancaq hələlik ehtiyac olmadığından onun cəbhəyə göndərilməsi məsləhət bilinməyib. Buna baxmayaraq, azğın düşmənə qarşı hiddəti aşıb-daşan Rəşad bəy erməni quldurlarının Tovuz rayonuna hücumuna dözə bilmir və təkrar Səfərbərlik Xidmətinə gedərək könüllü döyüşmək istədiyini bildirir. Bu dəfə də istəyi nəzərə alınmır və gənc zabit ehtiyat qüvvə kimi saxlanılır. Nəhayət, dördüncü dəfə bir daha cəhd göstərir və səfərbərliyə alınmasını təkidlə tələb edir. Bu o zaman idi ki, düşmən bütün cəbhəboyu hücüma keçməyə can atırdı. Xüsusilə, Cəbrayıl ərazisində güclü atışmalar gedirdi. Azərbaycan Ordusunun yaxşı təlim görmüş igid əsgərləri çox keçmədən qarı düşmənin burnunu ovdular və az zaman içində rayonun Böyük Mərcanlı, Nüzgar və Şəybəy kəndləri işğaldan azad edildi.

Sonra ordu qüvvələri sərhəd boyu sürətlə irəliləyərək daha bir neçə kəndi azad etdilər. Paralel olaraq Füzuli və Hadrut rayonları uğrunda gedən döyüşlər zamanı düşmən xeyli itki verərək geri çəkilmək məcburiyyətində qaldı. Qubadlı və Zəngilan uğrunda gedən yüksək döyüş əzmi xüsusilə yadda qalandır. Bu rayonların işğaldan azad edilməsi düşmən qoşunlarının Ermənistanın içərilərinə doğru çəkilməsi demək idi. Belə də oldu. Azğınlaşmış düşmən 30 ilə yaxın əlində saxladığı torpaqları vermək istəmirdi. Bu illər ərzində onlar əməlli-başlı keçilməz mühafizə zolağı yaratmış, yeraltı səngərlər - möhkəm istehkamlar qurmuş, geriyə çəkildikcə maneə üçün piyada və tank əleyhinə minalar basdırmışdılar. Bu illər ərzində erməni əsgərləri ərazinin döyüş gedən meşə və dağlıq ərazilərini daha yaxşı öyrənənmişdilər, deməli, onların kəşfiyyat dəstəsi mühüribə şəraitini bizim-kilərdən daha yaxşı bilməli idilər və hiss olunurdu ki, buna ciddi hazırlaşmışdılar da. Lakin müharibənin gedişi hər şeyi alt-üst elədi. Düşmən tərəf əmin idi ki, Azərbaycan Ordusunu tezliklə məğlubiyyətə uğradacaq. Ancaq elə ilk andaca aldıqları ağır zərbədən sarsıldılar və kifayət qədər böyük itki verərk sürətlə geriyə çəkilməyə başladılar. Bu itkilərin bir çoxu hərbi sursat və döyüş texnikaları idi. Qəhrəman oğullarımız onları hərbi qənimət olaraq götürdülər. Az zaman içində, mübariz və yenilməz Azərbaycan ordusunun qorxubilməz igid əsgərləri Qubadlı və Zəngilan rayonlarının bütün ərazilərini düşməndən təmizlədlər və dövlət bayrağımızı rayon mərkəzlərinə sancdılar. Bu qanlı döyüşlərdə özünün cəsur döyüş qabiliyyəti və cəsarəti ilə seçilən qəhrəman oğullarımız sırasında Rəşad İlqar oğlu Rəhimov da var idi. O və onun kimi minlərcə qəhrəman oğullarımızın doğma Vətənə hədsiz bağlılığı, düşmənə intiqam hissilə döyüşlərə atılmaları erməni silahlı qüvvələrinin darmadağın edilməsi və cəmi 44 gün ərzində qələbəmizin təmin olunması ilə nəticələndi. II Qarabağ Müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həm canlı qüvvə, həm texniki imkanlar, həm döyüş prosesində yüksək ustalıqla manevr qabiliyyəti, hədəfə daha tez çatmaq üçün bütün qeyri-adi bacarıqlara malik olmasına görə də düşmən ordusundan qat-qat üstündür. Bizim silahlı qüvvələrin gücü igid əsgərlərimizlə bərabər həm də Rəşad kimi vətənə sevgi ruhu böyük olan, heç zaman ayıq-sayıqlığı itirməyən, komandiri olduğu taqımı ağılla idarə edən, onu daha az itki ilə döyüşdən döyüşlərə apara bilən və hər həmlədə üstünlüyü ələ alıb yalnız qələbəyə doğru irəliləyən zabit heyəti ilə müəyyən edilir. Baş leytenant R.Rəhimov buna tipik nümunədir. O, ən çətin anlarda belə qürurunu itirmədən ölümün gözlərinin içinə düz baxdı, düşmənin üzərinə şığıdı, ona etibar edilmiş silahı belə göz bəbəyi kimi qorudu. Çünki silah düşmən çəpəridir, igid babalarımızdan qalma namus əlamətidir. Silahı əldən vermək qeyrəti tapdalamaqdır, açıq kişi döyüşündə meydandan qaçmaqdır. Rəşad isə ən təhlükəli anda Ana Vətənin ona etibar etdiyi silahı qorudu. Mühasirəyə düşdüyü çətin anlarda silahı atıb qaçmadı, üzdəniraq erməni köpəkləri kimi. Götürdü və irəli cumdu. Nə yazıq ki, qənşərdən gələn güllə onu köksündən tutdu. Arxadan yox, öndən yara aldı. Bu yara getdikcə dərinləşdi, ağırlaşdı və... onu şəhidlik adlanan ucalığa qovuşdurdu. Bu Rəşadın müharibdəki taleyi ilə bağlı son akkordlar oldu. Onun son döyüşü də elə burda bitdi. Şuşaya bizimkilərin hücümü başlanmışdı. Düşmən bu alınmaz qaladan çıxmaq niyyətində deyildi. Güclü müqavimət göstərirdilər. Azərbaycan döyüçüləri düzgün taktika seçdi. Şəhərə zərər vurmadan düşmənlə əlbəyaxa döyüşə başladı və onların bu hücum ermənilərdə vahimə yaratdı. Təslim olmaq və geri çəkilməkdən başqa çarə qalmadı. Nəzərə alsaq ki, bu döyüşlərin aparıldığı meydan çətin keçilən meşəliklər və sərt, səngər təsəvvürü yaradan hündür, düz lay qayalıqlar idi, o zaman Azərbaycan əsgər və zabitlərinin döyüş bacarığını və ruhunu təsəvvür etməmək, göz önünə gətirmənək mümkün deyil. Bu sədləri bizmkilər mətanətlə yardılar. Bu meydana aşağıdan üzüyuxarı can atan Rəşadgilin dəstəsi Şuşa-Xankəndi yolu ilə düşmənin bağrını yara-yara sürətlə irəliləməkdə ikən qəfildən mühasirəyə alınırlar. Elə bu vaxt Rəşadın silahı əlindən düşür. Heç nə fikirləşmədən silaha doğru gedir və götürüb qayıdarkən quduz yağı tərəfindən vurulur. Mühasirə yarıldıqdan sonra Rəşadın vəziyyəti məlum olur. 9 noyabrda baş verən bu son döyüş də bizimkilərin qələbəsi ilə başa çatır. Təbii ki, qan-qadasız da bitmir. Alınmaz qala olan Şuşa nəhayət ki, qəhrəman oğullarımızın güclü döyüş əzmi hesabına təzədən özümüzə qayıdır. Düşmən ərazidən it sürüsü kimi qovulur. Qırılan qırılır, qaça bilən isə canını güclə qaçıb qurtarır.

HƏQİQƏT XATİRƏLƏRDƏN DOĞULUR

I XATİRƏ

...44 günlük Vətən Müharibəsində 3-cü taburunda 7-ci bölüyün 3-cü taqım komandiri, baş leytenant Mustafazadə Mustafa Əflatun oğlu Rəşadla Təlim-Tədris Mərkəzində bir yerdə zabitlik kursunda oxumuş, müharibənin dəhşətli anlarını, ağrılı günlərini birgə yaşamışlar. Onun Rəşadla bağlı xatirələrini dinlədikcə təsir-lənməmək olmur...
Mənim Rəşadla tanışlığım 2006-cı ildə zabitlik kursu oxuyanda başladı. Rəşad çox ürəkli, cəsur, mehriban, əsl dost idi. Sonra mən müharibəyə gedəndə Rəşadı Yevlax rayon hərbi komissarlığında gördüm. Soruşdum sən də gedirsən, dedi, hə. Yevlaxdan bir maşında getdik müharibəyə. Ağcabədidə bir yerdə olduq. Yeməyimiz, içməyimiz, hətta yatmağımız belə bir yerdə olurdu. Sonra bizim hər ikimizi gəlib apardılar Füzuliyə. Füzulidə də eyni bölüyün zabitləri olduq. Rəşad 2-ci, mən isə 3-cü taqımın komandiri idim. Rəşad döyüşlərdə iştirak etməkdən ötrü çox can atırdı. Bölük komandiri əməliyyata getmək üçün könüllü dəstələrə müraciət edəndə həmişə qabağa birinci Rəşad çıxırdı, yol uzun olsa da, nə qədər yorğun olsa da belə. O, həmişə öndə idi. Qubadlıda general mayor Mais Bərxudarovun rəhbərlik etdiyi əməliyyata Rəşad könüllü getdi. Həmin əməliyyata ya mən getməli idim, ya da o. Amma Rəşad məni getməyə qoymadı. Dedi sən bölüyün digər şəxsi heyəti ilə qal burda, mən gedirəm. Bu əməliyyat həm ağır, həm də riskli əməliyyat idi. Gedib qayıtmamaq var idi. Amma Rəşad tərəddüd etmədən o əməliyyata getdi.
Bir dəfə Qubadlıdan yolun yuxarı hissəsindən keçib səhv etmirəmsə, Tuğ kəndinə gəlib burda məskunlaşdıq. Ermənilər meşədə bizim kolonlarımızı ağır artileriya ilə vururdular. Onda Rəşadın silahı çiynindən düşmüşdü. Orda bölük komandiri bizi ayırdı və ayrı-ayrı ağacların altında oturduq. Özümüzə mövqe tutanda Rəşad gəlib təlaş içində dedi ki, silahımı tapa bilmirəm. Artilleriya aramsız vururdu. Ona dedim ki, qoy artilleriya atəşi sakitləşsin, taparıq. Ancaq o heç cür rahat ola bilmirdi. Artileriya isə heç sakitləşmirdi. Buna baxmayaraq, Rəşad yağış kimi yağan güllələrin altında gedib silahını tapıb gətirdi. Sən demə, silahı maşının yanına düşübmüş. Dedi ki, zabitin silahsız olması ən axırıncı işdir. O bunu qəbul edə bilmirdi. “Mən komandirəm, silahım yanımda olmalıdır!”
Rəşad gecə növbətçiliyinə çıxanda heç vaxt bəhanə gətirməz, yuxusuzluğunu, yorğunluğunu biruzə verməz, “mən ağrıyıram”, deməzdi. Daşaltıda mühasirəyə düşəndə gecəni qayanın arxasında üstümüzə plaş, çadır çəkib gecələdik. Gecə Qərargah rəisi kapitan Amil Mirzəyevə əlaqəyə girib bildirdilər ki, ərzaq gəlib dəstə ayırın, gedib gətirsinlər. Dedim mən gedirəm. Rəşad dedi ki, yox mən də gedəcəm. Dedim Rəşad, sən narahatsan, ayağın incidir, mən gedim, sən qal. O, yenə əl çəkmədi. İinadkarlıqla gecə mənimlə və əsgər heyəti ilə birgə gedib ərzaqın gətirilməsinə kömək etdi...
Biz Daşaltıdan Şuşaya gedəndə rəhmətlik Rəşadla Noçuyev Surxay cərgədən ayrılmışdı, çünki Rəşadın ayağının altının dərisini botinka soymuşdu, mazol eləmişdi, suluqlamışdı. Ayaları çox pis vəziyyətdə idi. Kombat bunu gördü və onu cərgədən çıxartdı. Tapşırdı ki, Rəşad, sən getmə. Bu ayaqla getsən, yaralansan, vurulsan sən bizə yük olacaqsan. Onda mən məcburam əlavə 4-5 nəfər şəxsi heyət ayıram ki, səni o ərazidən çıxarsınlar. Buna baxmayaraq, yenə də o, ayağı zədəli-zədəli gecə bizim xəbərimiz olmadan cərgəyə qoşulmuşdu. Biz Şuşanın girəcəyində səhəri açdıq. Bu zaman gördük ki, Rəşad aramızdadır. Soruşduq ki, sən nə gəzirsən burda, sənin ayağın yaralıdır axı. Dedi mən sizi tək qoyub gedə bilmərəm. Narahat olmayın, özümü hərliyəcəm birtəhər... Yəni heç vaxt şəxsi heyətdən geri qalmazdı.
Ən böyük arzusu Şuşada döyüş aparmaq idi. Biz orda onu danladıq ki nahaq gəldin. Dedi yox e, mən sizi qoyub gedə bilməzdim. Axıra qədər siz hara, mən də ora.
...Biz Qubadldan Şuşaya istiqamət alanda bütün zabit heyəti və Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev - hamımız dedik ki, zabit heyəti qabaqda otursunlar; həm zabit heyəti kimi, həm də “starşı maşın” kimi. Maşında da boş yer var idi. Rəhmətlik Rəşada dedim ki, gəl qabaqkı maşında otur, boş yer də var. Nə illah elədim, o qabaqda oturmadı. Rəhmətlik Surxay da, o biri zabitlər də təkid elədi. Dedi yox, mən əsgər heyəti ilə gedəcəm. Yəni nə qədər elədik, biz onu qabaqda oturda bilmədik...
Rəşad əlinə düşən hər bir şeyi paylaşmağı sevərdi. Cibində adı bir konfet də olsa belə, yoldaşları ilə bölüşürdü. Bir qurtum suyu da paylaşırdı; yarısını içər yarısını da yoldaşlarına verərdi. Suyu qapağında içərdi ki, hərəmizə bir damcı çatsın. Daşaltıda olanda çantasının küncündən ilişib qalmış bir dənə taxta peçenye tapdı. Onu 4 yerə böldü və hərəmizə bir tikəsin verdi ki, yeyin mədənizdə nəsə olsun.
Rəşad yoldaşı heç vaxt tək buraxmazdı. Bir dəfə də Daşaltıdan bir az yuxarıda, narlıqdakı asfalt yolda mühasirəyə düşmüş və ən axıra ikimiz qalmışdıq. O məni qabağa verdi ki: sən sürünə-sürünə get, mən də dalınca gəlirəm. Dedim, Rəşad, gəl ikimiz bir yerdə çıxaq. Razılaşmadı...

II XATİRƏ


R.Rəhimovla eyni taborda döyüş yolu keçmiş 8-ci bölüyün taqım komandiri Fədai Əlbəndə oğlu Abdullayevin silahdaşı haqqında söylədikləri onun döyüş yolu və xarakterik cəhətləri barədədir. O, danışdıqca xəyal məni çox-çox uzaqlara çəkib aparır. Eynimə birinci tarixi qəhrəmanlarımız gəlir: Babək, Cavidan, Şah İsmayıl Xətai, Nadir şah, Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov, Gəray Əsədov, Cəmil Əhmədov... və I Qarabağ Müharibəsinin əfsanəvi qəhrəmanları gəlir. Onların fonunda Rəşadın o məsum və təbəssümlü çöhrəsini görür, son müharibədə igid bir komandirin özünü necə aparmağın fərqini tapıram.
“Bizim Rəşadla ilk tanışlığımız 16 oktyabr 2019-cu ildə oldu. Ağcabədidə hərbi hissələrin birində, toplanış məntəqəsində görüşdük. Rəşad orda hər kəsin yadında səmimi zarafatları ilə qalmışdı. Onsuzda Rəşadın siması gülərüz idi. İnsan onun üzünə baxanda təbəssüm yaranırdı, içindəki xoş niyyəti birbaşa simasında hiss edilirdi. Gözəl yumor hissləri varıydı. Hər kəs Rəşada ürəyiaçıq, zarafatcıl komandir kimi baxırdı.”
Fədaini dinləyirəm. Xəyalım uşaq vaxtı gördüyümüz müharibəli kinolara doğru uçur. Bir anlığa özümə qayıdıram. Müharibənin dəhşətini fikrimdə canlandıra-canlandıra Fədaini dinləyirəm: “Bizim tabor mexanikləşdirilmiş tabor idi. Ordan Qubadlının azad olunması istiqamətində hərəkət etdik. Cəbrayılı keçdik, Həkəri çayının üzərindən ötərək Sarıyataq ətrafında mövqe tutub, orda qaldıq. Burda da Rəşadla bir yerdə olduq və kifayət qədər maraqlı gün keçirdik, gəzmək imkanımız oldu. Çoxlu nar yedik, çoxlu nərd oynadıq. Axı o, nərdi sevirdi...” Bir anlığa susub, yenə sözünə davam edir: Rəşadgilin bölüyü bir az zəif idi, yəni burda nizamsızlıq vardı. Onunçün də taqım komandiri olan R.Rəhimov bölüyün bütün məsuliyyətini demək olar ki, öz üzərinə götürmüşdü.
Fədai bəy deyir ki, Qubadlının azadlığı istiqamətində Milli Qəhrəman Şükür Həmidovun vurulduğu postu götürmək bizim tabora həvalə edilmişdi. Qubadlıdan Şuşa istiqamətində döyüşlərə qatılmaq üçün yola çıxdıq. Tuğ, Çanaqçı, Sığnaq kəndlərini artilleriya atəşi altında keçərək Şuşa istiqamətində Daşaltıda döyüşə girdik. Şuşanın fəthi demək olar ki, Daşaltıdan keçirdi. Hərbi hissəmizin döyüş tapşırığı Daşaltını alıb, Laçından gələn yolu bağlamaq idi. Bu “bizim anladığımız” döyüş tapşırığı idi. Sonradan öyrəndik ki, məqsəd düşmənin bütün qüvvələrini üzərimizə çəkmək və onları tələfata uğratmaq imiş. Başqa sözlə, xüsusi təyinatlı qüvvələr döyüşə girərkən mümkün qədər az maneə ilə qarşılaşmalı idilər. Rəşadgilin bölüyü sıldırım qayaların dibi ilə sağ tərəfdən, biz isə Daşaltının yuxarı hissələri ilə hərəkət edirdik. Gəlib Şuşanın giriş hissəsində dayandıq. Oranı keçə bilmədik. Sonra Rəşadgil gəldilər və sol tərəfdən fırlanıb dağın arxa hissəsinə keçdilər. Onları atəş tutmurdu. Demək olar ki, mən onu Daşaltıda görmədim.
Bildiyim qədər onlar Şuşadan çıxan ermənilərlə meşədə rastlaşmış və burda atışma olmuşdu. Görünür, ermənilər orda avtomat və pulemyotlarla mövqe tutmuşdular. Bu atışmada bir çox əsgərlərimiz və komandir şəhid oldular.
Ən axırıncı harada gördüyümü xatırlamıram; noyabr ayının 9-u axşam saat 8 idi. Onu gözləyirdik... Rəşadı çox axtardıq... Biz onu meşədə axtarırdıq. Ermənistan və Azərbaycan əsgərləri Şuşanın çıxışında, meşədə qarşılaşıblar. Burda çox təhlükəli döyüş olub. O döyüşdə kimin sağ qalıb-qalmayacağı bilinmirdi. Orda Rəşadgilin Şuşaya girdiyi istiqamət vardı – “Köhnə yol”un “Zapravka”ya birləşdiyi yer. Oranı tapdıq və şəhidləri çıxartdıq, lakin Rəşad onlarınn arasında yox idi. Onu soruşduq, dedilər ki, çıxıblar, burda yoxdur. Sonra meyitini tapdıq, sən demə bir az aşağıda şəhid olubmuş. Mənə elə gəlir ki, Rəşadın orda uzaqlaşmaq imkanı olub, ona görə onu tapa bilməyiblər.
Və sonda yenə taqım komandiri, baş leytenat Fədai Abdullayevin sözlərini xatırlayır və razılaşmaya bilmirəm: - Döyüşə qatılmaq, canını qoymaq ən böyük qəhrəmanlıqdır.
...Elə bil döyüş olmadı ki, Rəşad orda iştirak eləməsin. Geri durmur, döyüşə çağrılanda can-başla gedirdi. Canını qurban verməyə can-başla gəlmişdi. Allah onu qəbul elədi...

III XATİRƏ

Atası şəhid oğlu haqqında onun mərd, mübariz bir övlad olduğunu deyir, bacısı onu da əlavə edir ki, Rəşad Vətən, Torpaq üçün nədən desən keçərdi. 2016-cı ildə könüllü getmək üçün yazılsa da aparmamışdılar deyə, bu müharibə başlayanda bir yerdə qərar tuta bilmirdi. Tez-tez hərbi komisarlığa zəng vurub tələb edirdi ki, mən ehtiyatda olan zabitəm, niyə aparmırsınız?
Ömür yoldaşı deyir ki, Rəşad bir qayğıkeş ata kimi uşaqlarının gələcəyini işıqlı görmək istəyirdi. Deyirdi ki, mən istəyirəm uşaqlarımız oxusunlar, savadlı olsunlar.

SÖZARDI... Rəşadın müharibə dövrü keçdiyi ağır yol, həm də şərəfli yoldur. Qəhrəmanımızın ön cəbhədəki mahir döyüş qabilyyəti, göstərdiyi şəxsi igidlik və sücaət, tapşırıqları sözsüz və uğurla yerinə yetirməsi dövlətimiz tərəfindən qiymətləndirilib. Belə ki, ölümündən sonra baş leytenant Rəşad İlqar oğlu Rəhimov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”; Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilib.
Baş leytenant Rəşad Rəhimov həmçinin, ölümündən sonra Azərbaycanın Füzuli, Şuşa, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi idigidliyinə və sücaət nümüyiş etdirdiyinə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən eyniadlı medallarla da təltif edilib.
SON. Azərbaycan Ordusunun Baş leytenantı Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Qubadlının, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərmiş və noyabrın 9-da Şuşa-Xankəndi istiqamətində şəhid olmuşdur.
Qəhrəman zabitimiz II Fəxri Xiyabanda dəfn edilmişdir. Onun özündən sonra Fatimə və Ömər adlı iki övladı qalmışdır.
Allah Rəşad bəyin timsalında bütün Vətən şəhidlərinə qəni-qəni rəhmət elsəin, yerləri cənnət, ruhları şad olsun! Vətən üçün canını qıyanlar ölmürlər, əbədiyyən dillərdə və könüllərdə yaşayırlar.

Yusif DİRİLİ (Mahmudov)
tarix üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




7-11-2022, 16:46
Türkiyə nümayəndə heyəti Qarabağda


Türkiyə nümayəndə heyəti Qarabağda

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və​ Türkiyənin Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfəri başlayıb. Butov.az-ın məlumatına görə, qonaqlar öncə Füzuli rayonuna gəliblər. Qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov​qarşılayıb. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara,​ yerlə-yeksan edilən yurd yerlərinə baxış keçərəcək. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərlə tanış olacaqlar. Bundan başqa azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanışlıq nəzərdə tutulub. Səfər çərçivəsində Çorum şəhəri və Füzuli şəhəri arasında Qardaşlaşma sənədi imzalanacaq.
7-11-2022, 16:44
Avropa Liqasının pley-offu - Cütlüklər bəlli oldu


Avropa Liqasının pley-offu - Cütlüklər bəlli oldu

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbir UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunub. Avropa Liqasının pley-off mərhələsində öz qruplarında ikinci yeri tutan komandalar Çempionlar Liqasında 3-cü yerin sahibləri ilə qarşılaşacaqlar.
UEFA Avropa Liqası
Pley-off mərhələsi

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Yuventus" (İtaliya) - "Nant" (Fransa)
"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)
"Şaxtyor" Donetsk (Ukrayna) - "Renn" (Fransa)
"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)
"Sevilya" (İspaniya) - PSV (Niderland)
"Zalsburq" (Avstriya) - "Roma" (İtaliya)
Qeyd edək ki, Avroliqada pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.

7-11-2022, 16:41
Prezident Füzuliyə getdi, hərbi hissəyə baş çəkdi


Prezident Füzuliyə getdi, hərbi hissəyə baş çəkdi

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
7-11-2022, 16:36
Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü


Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü

Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib. Bu barədə “UNİAN” agentliyi məlumat yayıb. Bildirilib ki, ilk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması bilinib. Yanğına səbəb partlayış olub. Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşdüyünü bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!